158
tab gətirməz. Həm də heç cürə qabaqcadan demək olmaz,
mənim taleyim qərib ölkələrdə necə olacaq. Bəlkə, ilkin
ekspedisiya zamanı mən okeanın dibinə qərq oldum, onda
necə olsun? Belə çıxır ki, mən özüm həmin qızı bədbəxt
eləmiş oluram? Bəs onda nə etməli? Gərək, Karlosun özü
ilə görüşüb onunla ciddi söhbət edim.
Migel Floridaya su aparanda artıq İlona onun yanında
idi. Oğlan hiss etdi ki, onlar Karlos haqqında danışırlar.
Florida bacısından xahiş etdi ki, onları tək buraxsın. Ona
görə ki, Migelnən söhbəti yarımçıq qalmışdı. Bu təklif
Migelin ürəyindən oldu.
- Sinyorita, mən Karlosa yaxınlaşmayacağam, - deyə
İlona otağı tərk edən kimi Migel təkidlə dilləndı və az qala
eyni divanda qızla yanaşı oturacaqdı. - onda siz də söz
verin ki, ondan uzaq olacaqsınız. Mən sizi əmin edirəm ki,
o, çox alçaq və mənfur bir adamdır. Siz öz taleyinizi ona
tapşırmamalısınız. Bir uşaqlıq dostu kimi mənə inanın.
Florida artıq heç bir söz demək istəmirdi. Sanki o,
Migelin sözlərini eşitmirdi. Qız öz daxilində hansısa, qəribə
hisslər keçirirdi. Onun ipək parçası kimi alışıb yanan
yanaqları get-gedə qırmızılaşırdı. Heyranedici gözləri iri
olmasa da, hiss etmək olardı ki, gözlərinin içi isti həyəcanın
buxarından parıldamağa başlayır. Özünə görə iri olan
döşləri dərindən nəfəs aldıqca şişib-əriyirdi. Az sonra
159
Migel başa düşdü ki, Floridanı məhəbbət hissi öz caynağına
alıb onu itaətsizliyə çağırmışdı. Lakin qızdakı bu məhəbbət
hissi hansı bəxtəvərin səmtinə yönəlmişdir? Karlos özünü
nə qədər alçaq, yalançı və şöhrətpərəst adam kimi göstər-
məsə də, bu tezliklə Floridanın məhəbbətini qazana bilməz-
di. Keçmiş yunqa dəqiq bilirdi ki, artıq qız öz inamını yaxın
adamlarına qarşı itirmişdir.
Elə oldu ki, Migel qızın düz yanında əyləşdi və gözə-
yarı ona sirayətedici nəzər saldı. Ancaq qız bunu da hiss
etmədi. Ona görə ki, o, hələ də dərin xəyallar içərisində idi.
Florida öz-özünə danışmasa da, dodaqları naməlum
səbəbdən titrəyirdi. Məhz bu haldan sonra Migel yüz faiz
əmin oldu ki, bu qız yalnız məhəbbətin məngənəsinə düşüb.
İstər-istəməz cavan yunqanın da ürəyi kövrəldi və birdən-
birə onun qıza olan istəyi artdı. Baxışlarının səmti, məcburi
olaraq yanındakı adama tərəf yönəlirdi. Belə bir şeydə
ehtiyatlı olan Migel cəld özünü aldı. O, üzünü qızdan çəkib
təmkinlə dedi:
- Sinyorita, hiss edirəm ki, siz özünüzü çox narahat hiss
edirsiniz. Arxayın ola bilərsiniz, Karlosla heç bir işim
olmayaçaq. Ümumiyyətlə, gəlin bu söhbəti birdəfəlik
unundaq. Mən çox yaxşı başa düşürəm ki, hazırda siz ağır
iztirablar içindəsiniz. Rahat istirahət üçün istəyirsiniz sizi
yataq otağına aparım? Orada istirahət etmək üçün hər bir
160
şərait var.
Bu təklif də Floridanı qane etmədi, hətta qızı qıcıqlan-
dırdı. O, öz narazılığını gizlətməyib açıq-aydın bəyan etdi
ki, daha bu evdə qalmaq istəmir.
- Sinyorita, belə çıxır ki, siz məndən narazısınız? - deyə
Migel dilləndi və təşviş içində sözünə davam etdi. - Başa
düşə bilmirəm, hansı sözümə görə məndən incimisiniz?
Yaxşı, istəyirsiniz, mən sizi bu zalda tək buraxıb bağa
gedim. Ancaq bu cür acınacaqlı vəziyyətdə bizim evi tərk
etməyin. Bu hərəkət babamın xətrinə deyə bilər.
Bu sözlərdən sonra Florida daha da hiddətləndi və dik
ayağa qalxıb ikrah hissi ilə dedi:
- Yox, artıq buna dözmək olmaz. Doğrudan da siz
dəyişmisiniz. Yaxşı olardı ki, mən özüm sizi tək buraxım.
Bircə xahişim var, bacımı tapıb evə dəvət edin.
Migel ədəb-ərkanla qızla vidalaşıb İlonanın ardınca
həyətə düşdü və bağa girəndə qızı Osvaldo ilə birlikdə şirin
söhbət etdiyini gördü. Migel bir anlığa təəccüb içində
yerində donub qaldı. Bir az keçəndən sonra o, üzrxahlıqla
qızı Osvaldodan ayırdı.
- Bu İlona əcəb qızdır, - ehtiras içində olan Osvaldo
qeyri-müəyyən qərzdə dilləndi və qızın ardınca həsrətlə
baxa-baxa məyus halda sözünə davam etdi. - o, mənimlə
elə danışırdı ki, guya yaşda mən ondan kiçiyəm. Migel
161
inanırsan, elə bil dünya onun vecinə deyil. Amma öz ara-
mızdır, hər iki bacı bir-birindən yaman gözəldirlər. Yalan-
doğru qızın iyirmi yaşı var. Migel, sən onları çoxdan tanı-
yırsan? Görəsən nə üçün İlona indiyə kimi ərə getməyib?
- Görünür, hələ ürəyinə yatan adama rast gəlməyib. -
deyə Migel məyus halda yırğalanaraq qeyri-müəyyən tərz-
də dilləndi və daha heç bir aydınlıq vermədən babasıgilin
yanına yollandı.
XV fəsil. Cavan zadəganı hiddətə gətirən
xəbərlər
Doğrundan də həmin günü Florida Migelin hərəkət-
lərinə görə ondan bərk incimişdi. Çünki Florida bu evi tərk
edəndə heç Migel ilə sağollaşmamışdı da. Bu hərəkətə görə
qızın atası utandığından qızardı və pərt halda bu evi tərk
etmişdi. Osvaldo da Florindanın bu hərəkətindən narazı
qaldı, lakin üzdə buna heç bir əhəmiyyət vermədi. Çünki
hər hansı bir anlaşılmaz hadisə baş vermişdisə də, yalnız
onların arasında baş vermişdi. Qonaq zalında onlardan
Dostları ilə paylaş: |