  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə49/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   45   46   47   48   49   50   51   52   ...   154

                                                     

 

  



                                                                            

                                                    

194 

Migel  də  tərəddüd  etmədən  gedib  düz  Floridanın 



yanında əyləşdi. Artıq onlar özlərini bu otaqda sərbəst hiss 

edə bilərdilər. Heç kim bu otaqda onlara mane ola bilməzdi. 

Onlar  ürəklərindəki  sözü  bir-birlərinə  söyləyə  bilərdilər. 

Doğrudan  da  Migel  özünü  bu  otaqda  rahat  hiss  etməyə 

başladı.  Elə  Floridanın  özündə  də  bu  hal  hiss  olunurdu. 

Migel üzünü Floridaya tutub qeyri-müəyyən tərzdə dedi: 

-  Sinyorita,  mən  istərdim  ki,  biz  bir-birimizə  “sən” 

deyib müraciət edək. Bir-birimizə nə qədər yaxın olsaq bir 

o qədər yaxşı olar. 

-  Elə  mən  də  “siz”  müraciətinin  aradan  götürülməsinin 

tərəfdarıyam.  -  deyə  Florida  təqdiredici  tərzdə  dilləndi  və 

əvvəlki  kimi  nəzərlərini  Migeldən  gizlədərək  səmimiliklə 

sözünə  davam  etdi.  -  Bilirsən,  hər  bir  şey  sənin  özündən 

asılıdır.  Mən  heç  vaxt  özüm  üçün  səni  yad  hesab  etməmi-

şəm.  Sən  mənə  ən  yaxın  adamlardan  biri  sayılırsan.  Elə 

bütün  bunları  aydınlaşdırmaq  üçün  mən  ailəmlə  birlikdə 

sizə  təşrif  buyurdum.  Lakin  həmin  gün  bizim  söhbətimiz 

alınmadı. 

-  Eybi  yoxdur,  bir  daha  həmin  hərəkətlər  təkrarlan-

mayacaq,  -  deyə  Migel  üzrxahlıqla  dilləndi  və  sol  əli 

Floridanın sol çiynindən tutub yavaşca özünə tərəf sıxaraq 

qürurla  sözünə  davam  etdi.  -  bundan  sonra  bizim  aramız-

dakı  münasibət  heç  vaxt  pozulmayacaqdır.  Florida,  söz 



                                                     

 

  



                                                                            

                                                    

195 

verirəm  ki,  Yeni  Dünyadan  qayıdan  kimi  hökmən  səni 



görmək  üçün  Seviliyaya  yollanacam.  Ondan  sonra  sən 

həmişəlik  mənim  olacaqsan,  əlbəttə  ki,  sənin  razılığın  ilə. 

Əgər,  məni  gözləməyə  hövsələn  çatacaqsa,  onda  gözlə. 

Mən  yalnız  və  yalnız  səninkiyəm.  Bizi  heç  kim  ayırmağa 

cürət  etməz.  Sən  mənim  gəncliyimin  nişanəsisən,  həmin 

nişanəni mən ürəyimin başında gözdirəcəm. 

Migel  demək  olar  ki,  ürəyindəki  bütün  sözləri  səmimi 

halda  sevgilisinə  söylədi.  Həmin  sözlər  Floridanın  lap 

ürəyindən idi. Çünki bu sözlərdən sonra qız dərindən nəfəs 

aldı  və  başını  Migelin  sol  döşünün  üstünə  qoydu.  Oğlan 

ehmalca  onun  başını  tumarladı.  Florida  bu  dəqiqələrdə 

özünü  elə  aparırdı  ki,  sanki  Migel  onun  əri  idi.  Sevincdən 

onun  gözləri  tutulmuş  və  başı  hərlənirdi.  Artıq  heç  bir 

şübhə yox idi ki, qız oğlanı ürəkdən sevir. Bu sözlərin özü 

elə  Migelə  də  aid  idi.  Onun  da  ürəyi  məhəbbət  hissindən 

atılıb-düşür və üzündə ancaq təbəssüm hissi sezilirdi. 

-  Migel,  mən  səni  həmişə  gözləməyə  hazıram.  -  deyə 

Florida  səmimiyyətlə  dilləndi  və  nəzərini  altdan  Migelin 

üzünə  yönəldərək,  təqdiredici  tərzdə  sözünə  davam  etdi.  - 

Biz bir- birimizə  sadiq  olmalıyıq. Mən bilirəm  ki, sən ağır 

bir ekspedisiyaya yola düşürsən. Mən sənin yolunu bir il və 

lazım gəlsə beş il də gözləyərəm. 




                                                     

 

  



                                                                            

                                                    

196 

- Arxayın ola bilərsən, biz öz missiyamızı qurtaran kimi 



İspaniyaya  qayıdacayıq,  -  deyə  Migel  qətiyyətlə  bildirdi.  - 

qayıdan kimi isə biz evlənəcəyik. Bu mənim düz sözümdür. 

Elə  bu  sözlərdən  sonra  Migel  başını  aşağı  salıb  Flori-

danı yenə də öpmək istədi. Lakin bu sözlər qızın özünə çox 

böyük  təsir  etdiyindən,  qız  cəld  ayağa  qalxıb  sevgilisinin 

əlindən  tutdu.  Floridanın  gözləri  sevincdən  daha  da 

parıldadı.  O,  Migelin  gözlərinin  içinə  dik  baxa-baxa  ilə 

dedi: 


-  Migel,  mən  bütün  varlığımla  sənin  sədaqətinə  inan-

maq istərdim. Ancaq bütün bunlar həqiqət olmalıdır. Əgər, 

bütün  bunlar  əsl  həqiqətdirsə,  onda  mən  bütövlükdə  sənin 

ixtiyarına  veriləcəm.  Çünki  mən  sənsiz  yaşaya  bilmirəm. 

Əgər, məndən istifadə edəcəksənsə, elə indidən de. 

-  Sən  nə  deyirsən?  -  deyə  Migel  Floridaya  sualedici 

nəzər  yönəltdi  və  qızdan  heç  bir  kəlmə  gözləmədən 

düzgünlüyünü etiraf etmək üçün ciddi halda sözünə davam 

etdi. - Florida, məgər mən Karlos kimilərə oxşayıram? Belə 

çıxır  ki,  sən  hələ  məni  yaxşı  tanımırsan?  Bilirsən  Florida, 

gizləmətəyin yeri deyil. Mən səni bütün varlığımla sevirəm 

və  səni  heç  kimə  dəyişmərəm.  İndi  əmin  oldun  ki,  mənim 

fikrim çox ciddidir? Şübhən varsa, mən sənə yenə də təkrar 

edə bilərəm. Florada mən səni sevirəm. 




                                                     

 

  



                                                                            

                                                    

197 

Ciddi  tərzdə  söylənilən  bu  axırıncı  sözlər  elə  ilk 



dəqiqələrdə Florida tərəfindən ciddi qəbul edildi. Sevincdən 

hətta  qızın  gözləri  yaşardı.  Elə  həmin  anda  o,  Migelin 

əllərindən tutaraq səmimiyyətlə dedi: 

-  İnanırsan  Migel,  elə  mən  də  öz  hisslərimi  açıb  sənə 

bildirmək  istəyirdim.  Sadəcə  olaraq,  sən  məni  qabaqladın. 

Migel,  mən  də  səni  bütün  varlığımla  sevirəm.  İndi  sən 

mənim  üçün  dünyada  ən  əziz  adamsan.  Bu  gündən  mən 

sənin əzizin sayılıram. Mən... 

Elə  bu  sözləri  deyən  kimi  Migel  onu,  sözünü  qurtar-

mağa imkan vermədi. O, qızın əllərindən tutub özünə tərəf 

çəkdi.  Migel  qızı  qucaqlaya-qucaqlaya  onun  dodaqlarını 

öpməyə  başladı.  Ehtiras  içində  olan  Florida  həmin  an 

huşunu  itirərək,  Migelin  ağuşuna  yıxıldı.  O,  təmiz  və 

yüksək  ehtirasa  malik  olduğunu  sübut  etdi.  Migel  qızın 

dodaqlarından  məstedici  öpüşlər  ala-ala  özü  də  ehtiras 

içində  yanmağa  başladı.  Artıq  hiss  edirdi  ki,  başı  yavaş-

yavaş  dumanlanır  və  birtəhər  bu  dumandan  ayılmağa 

çalışdı.  O,  üzünü  qızın  üzündən  ayırıb  rahat  nəfəs  aldı  və 

feyziyab  içində  olan  Floridaya  nəzər  yetirdi.  Qız  hələ  də 

huşsuz  halda  idi  və  ya  özü  bilə-bilə  cənnət  yuxusundan 

ayılmaq  istəmirdi.  Belə  bir  vəziyytdə  Florida  daha  da 

cəlbedici və gözəl görünürdü. Migel beləcə bir gün oturub 

öz sevgilisinə nəzər sala-sala ondan həzz ala bilərdi. O, heç 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə