  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə57/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   53   54   55   56   57   58   59   60   ...   154

                                                     

 

  



                                                                            

                                                    

226 

Nəhayət, onlar gəlib leytenant Ramiresin evinə çatdılar. 



Qabağına  qulluqçu  çıxıb  cavan  zadəganların  gəlişinin 

səbəbini  öyrəndi.  Migel  bildirdi  ki,  kapitan  Markosu 

görmək  üçün  bura  gəlib.  Xəbər  verildi  ki,  kapitan  limana 

gedib. Sonra leytenant Ramiresi xəbər aldı. O, da polkovnik 

Alonsogilə getmişdi. 

-  Onda  mən  kapitan  Markosu  burada  gözləyəcəm.  - 

deyə Migel içəri girmək üçün bir bəhanə axtarır və qulluq-

çunu gözləmədən atın yüyənini ona verib həyətə daxil oldu. 

Qulluqçu  Migeli  çox  yaxşı  tanıdığından  onun  içəri 

girməsinə  heç  bir  etiraz  etmədi.  Halbuki  vitse-kapitanın 

içəri  girməyə  ixtiyarı  yox  idi.  Qulluqçu  qapını  açıb  atları 

içəri saldı. 

Migel  içəri  girəndə  qapının  ağzında  bir  atın  bağlan-

dığını  görüb  üzünü  qulluqçuya  tutaraq  müəmmalı  tərzdə 

soruşdu: 

- Bəs, bu at kimindir? 

-  Bu  at  leytenant  Karlos  Odovaldonundur.  -  O,  başını 

dik tutaraq tərəddüd etmədən cavab verdi. 

Migel  bu  adı  eşidən  kimi  hirsindən  dişlərini  bir-birinə 

sıxdı.  O,  özünün  bu  qəribə  hərəkətini  büruzə  verməmək 

üçün  üzünü  evə  tərəf  çevirdi  və  bir  az  dayanandan  sonra 

təmkinlə soruşdu: 




                                                     

 

  



                                                                            

                                                    

227 

-  Əgər,  leytenant  Ramires  ilə  kapitan  Markos  evdə 



yoxdursa, bəs leytenant Karlos kimin yanındadır? 

-  Leytenant  Karlos  sinyora  Florida  ilə  qonaq  zalında 

söhbət  edir,  -  deyə  məcburiyyət  qarşısında  qalan  qulluqçu 

laqeydliklə  dilləndi.  -  səhv  etmirəmsə,  sinyora  İlona  da 

onların yanındadır. 

Qulluqçu  çox  yaxşı  bilirdi  ki,  Migel  Floridanı  ürəkdən 

sevir.  Hər  gecə  sevgilisi  ilə  bu  evdə  görüşdüyündən  də 

xəbəri  vardı.  Məhz  buna  görə  də  o,  bu  axrıncı  düzəlişi 

gözdən  pərdə  asmaq  üçün  dedi.  Halbuki  o,  öz  gözü  ilə 

görmüşdü  ki,  Karlos  ilə  Florida  qonaq  zalında  təklikdə 

söhbət edirlər. 

Qəzəbini  gizlədə  bilməyən  Migel  coşaraq  sürətli 

addımlarla  evə  tərəf  yollandı.  Sözsüz  ki,  burada  münaqişə 

baş  verməli  idi.  Məhz  buna  görə  də  Osvaldo  irəli  keçib 

dostunun qabağını kəsdi: 

-  Migel,  özünü  ələ  al.  Öz  qəzəbinlə  bu  evdə  dava  sala 

bilərsən. 

-  Qabağımdan  keç.  -  Migel  gözlərini  bərəldərək  dostu-

nun üstünə qışqırdı. 

-  Migel,  heç  olmasa  başa  düş  nə  etmək  istəyirsən?  - 

deyə  Osvaldo  narahat  halda  dillənərək  əlləri  ilə  dostunun 

çiyinlərindən  tutdu.  -  Migel,  özünü  ələ  almasan  səni  içəri 

buraxan  deyiləm.  Karlos  bilə-bilə  səni  hirsləndirir  ki, 



                                                     

 

  



                                                                            

                                                    

228 

aranızda  silahlı  münaqişə  baş  versin.  Sonra  isə  hər  şeydə 



səni 

günahlandırıb 

ekspedisiyadan 

kənarlaşdırmağa 

başlayacaq.  Özün  bilirsən  ki,  o,  şər  adamdır.  Ən  əsası  da 

odur  ki,  sən  həm  Floridanı,  həm  də  İlonanı  burada  biabır 

etmiş  olursan.  Karlos  çalışır  ki,  bütün  ətrafdakılara  pislik 

etsin.  Migel,  səni  xəbərdar  edirəm,  əgər,  sən  belə  bir 

vəziyyətdə  içəri  girsən,  onda  hamı  bu  münaqişədə  səni 

günahlandıracaqlar.  Unutma  ki,  leytenant  Ramiresin  və 

kapitan  Markosun  həyat  yoldaşları  buradadırlar.  Bəlkə  də 

onlar  kənarda  dayanıb  sənin  bu  hərəkətlərinə  tamaşa 

edirlər.  Sən  nə  etdiyini  bilmirsən.  Heç  olmasa  onlara  görə 

özünü ələ al. 

Bu  sözlər  o  qədər  də  sərt  söylənilməsə  də  Migelə 

müəyyən  mənada  təsir  etdi.  Bundan  sonra  o,  yavaş-yavaş 

sakitləşməyə  başladı.  Migel  yavaş-yavaş  əsəblərini 

çilovlayıb evə daxil oldu və birbaşa qonaq zalına yollandı. 

Vitse-kapitanın  sakitləşməsinə  baxmayaraq  dostu  onun 

ardınca  yollandı.  Karlos  ilə  görüşdə  hər  şey  baş  verə 

bilərdi. Həm də Osvaldo yaxşı başa düşürdü ki, Karlos çox 

həyasız  və  üzlü  adamdır,  atmaca  sözləri  ilə  hər  bir  adamı 

özündən  çıxara  bilərdi.  Təklikdə  onların  arasında  belə  bir 

ciddi  olmayan  söhbət  olsa,  münaqişə  yaratmamaq  üçün 

Migel  hər  şeyə  birtəhər  göz  yuma  bilər.  Ancaq  onların 

yanında  Florida  olacaq.  Belə  olan  halda  isə  Migel  sözsüz 




                                                     

 

  



                                                                            

                                                    

229 

ki,  rəqibinin  təhqirlərinə  dözə  bilməyəcək  və  Karlosu 



susdurmaq  üçün  fiziki  qüvvəsindən  istifadə  edəcək.  Vitse-

kapitan  qonaq  zalına  çatanda  Floridanı  kresloda  əyləşmiş, 

Karlosu  isə  onun  başı  üzərində  durub  nəsə  danışdığını 

gördü.  Qız  sevgilisini  görən  kimi  diksindi  və  Migelin 

gəlişinə mat-məəttəl qaldı. O, bir az Migelə nəzər salandan 

sonra  xəcalətdən  başını  aşağı  saldı  və  başının  qara  seyrək 

tükləri gözlərinin üstünə töküldü. Karlos isə Migeli görəndə 

qızdan  belə  ayrılmadan,  əksinə,  kreslonun  arxasından 

yapışaraq,  narazı  halda  ona  nəzər  saldı.  O,  həqiqətən  də 

həyasız və üzlü bir adam idi. Etdiyi hərəkətə görə bir balaca 

da  olsun  məsuliyyət  hiss  etmirdi.  Hətta  bu  hərəkəti  ilə 

Migeli  qıcıqlandırmağa  başladı.  Hirsini  içərisində  boğan 

vitse-kapitan  deməyə  hələlik  söz  tapmadı,  sadəcə  olaraq 

kinli baxışlarını Karlosun üzərinə yönəltməklə kifayətləndi. 

Sanki onun gözünü tor örtmüşdü. 

- Mədəniyyəti olan hər bir zadəgan başqa otağa girəndə 

mütləq qapını döyməlidir. - deyə Karlos başını dik tutaraq 

ikrah hissi ilə dilləndi. 

Bu Migelə atılmış birinci təhqir idi. Əlbəttə, o, belə bir 

vəziyyətdə  bu  sözün  qabağında  söz  tapa  bilməzdi.  Çünki 

Karlosun  bu  iradı  haqq  idi,  çünki  o,  içəri  girməmişdən 

əvvəl  həqiqətən  də  qapını  döyməli  idi.  Bütün  bunlara 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə