  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə58/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   54   55   56   57   58   59   60   61   ...   154

                                                     

 

  



                                                                            

                                                    

230 

baxmayaraq  Migel  vəziyyətdən  çıxış  yolu  tapmalı  idi.  O, 



bir az tərəddüd edəndən sonra qürurla dedi: 

-  Mən  sizin  burada  olmağınızı  gözləmirdim.  İndi  də 

mənim üçün sizin burada olmağınız qaranlıq görünür. 

-  Nəyə  görə  qaranlıq  görünür?  -  deyə  Karlos  tərəddüd 

etmədən  gileylə  dilləndi.  -  Mən  bu  evə  öz  şəxsi  işimdən 

ötrü gəlmişəm. 

-  Mən  başa  düşmədim?  -  Migel  qeyri-müəyyən  tərzdə 

soruşdu  və  ondan  lazım  olan  cavabı  almaq  üçün  sözünün 

mahiyyətini  açıqlamalı  oldu.  -  Siz  öz  şəxsi  işinizdən  ötrü 

sinyorita Floridanın yanına gəlmisiniz? 

-  İstəsəniz  elə  də  başa  düşmək  olar.  -  deyə  özündən 

müştəbeh  halda  razı  olan  Karlos  istehza  ilə  dilləndi  və 

Floridanın  qabağına  keçib  öz  həmsöhbətinə  giley-güzarla 

nəzər salaraq razı halda sözünə davam etdi. - Məgər, bu sizi 

maraqlandırır?  Doğrudan  da  mənim  sinyorita  Florida  ilə 

şəxsi işim var. 

Bu söz Migeli hiddətləndirməyə bilməzdi. Karlos araya 

dava salmaq istəyirdi. Migel həmin an qıp-qırmızı oldu. O, 

dərindən  köksünü  ötürüb  bir-iki  addım  irəli  yeridi  və 

sinəsini irəli verərək ikrah hissi ilə dedi: 

-  Bildirmək  istəyirəm  ki,  sizin  sinyorita  Florida  ilə  heç 

bir şəxsi işiniz ola bilməz. Bundan əlavə mənə elə gəlir ki, 

sinyorita sizinlə heç danışmaq da istəmir. 



                                                     

 

  



                                                                            

                                                    

231 

-  Bu  heç  də  zadəgana  yaraşan  hərəkət  deyil,  -  deyə 



Karlos  bu  sözlərlə  həmsöhbətini  borclu  çıxarmaq  istədi.  - 

ona  görə  ki,  siz  bura  gəlmişdən  əvvəl  bizim  aramızda  xoş 

söhbət gedirdi. Lakin sizin gəlişiniz hər ikimizə maneəçilik 

törətdi.  Siz  içəri  girən  kimi  sinyorita  Floridanın  əhval-

ruhiyyəsi  pozuldu  və  o,  başını  aşağı  salmaqdan  başqa  bir 

şey bilmədi. 

Migel  daha  da  qəzəblənərək  Karlosu  dilini  qısaltmaq 

üçün  qılıncı  əlinə  almağa  hazır  idi.  Bu  sözlərdən  sonra 

Florida da reaksiya verməyə məcbur oldu. O, vəcdə gələrək 

ayağa  qalxdı  və  qarşısındakı  zadəgana  nifrət  dolusu  nəzər 

salaraq,  lakin  yenə  də  susmağı  üstün  tutdu.  Migel  sırtıq 

adamın  cavabını  yalnız  özü  veməli  idi.  O,  qaşqabağını 

sallayıb başını həmişəki kimi dik tutaraq hiddətlə dedi: 

-  Sinyor,  siz  kobud  adamsınız.  Sizin  kimi  adamlar 

sinyora  Florida  kimilərlə  kəlmə  kəsməyə  layiq  deyillər. 

Mən görürəm ki, sinyora sizinlə nəinki danışmaq, hətta sizə 

belə baxmaq istəmir. 

- Siz artıq həddinizi aşdınız. - Karlos əlləri ilə kəmərin-

dən tutaraq qəzəblə dilləndi. 

- Həddi mən yox, siz aşmısınız. - deyə Migel nifrət dolu 

nəzərlərini  rəqibinin  üzərinə  yönəldərək  qururla  dilləndi.  - 

İndi isə sizdən tələb edirəm ki, sinyoritanı rahat buraxıb bir 




                                                     

 

  



                                                                            

                                                    

232 

daha ona yaxınlaşmayasınız. Sizin bu kobud hərəkətləriniz 



hamıda nifrət hissi oyadır. 

Bu dəfə Karlos əsəblərini qoruya bilmədi. O, sağ əli ilə 

qılıncının  efesindən  tutub  qəzəblə  Migelin  üzərinə  yeridi. 

Belə  hallarda  həmişə  soyuqqanlı  olan  Migel  əlinə  qılınc 

almağı lazım bilmədi. O, hər an rəqbinin cavabını verməyə 

hazır  idi.  Lakin  belə  bir  vəziyyətdə  başqa  adamın  evində, 

alicənab  bir  sinyoritanın  yanında  qılınc  alıb  rəqibinin 

üstünə  çıxarmaq  əxlaqsızlıq  sayılırdı.  Halbuki  bir  çox 

cavan  zadəganlar  özünü  qadının  yanında  göstərmək  üçün 

həmişə qılıncdan istifadə ediblər. İndi də Karlos ləyaqətini 

qorumaq  və  rəqib  qarşısında  alçalmamaq  üçün  hər  an 

qılıncdan  istifadə  edə  bilərdi,  halbuki  bu  hərəkət  ona  baş 

ucalığı  gətirməzdi.  O,  bu  hərəkəti  ilə  Floridanın  hüsn-

rəğbətindən  çox,  nifrətini  qazana  bilərdi.  Ona  görə  ki,  qız 

Migeli  həddindən  artıq  çox  sevirdi.  Karlos  gəlib  düz 

Migelin qarşısında dayanaraq hiddətlə dedi: 

- Bu sözlərə görə siz cavab verməlisiniz. Onu da deyim 

ki,  siz  bura  gəlməklə,  başqa  bir  məqsəd  güdürsünüz. 

Sinyora Florida qabiliyyətli, namuslu və mədəni bir qızdır. 

Onu  aldatmaq  sizə  müəssər  olmayacaq.  Ona  görə  ki,  mən 

sizin  bu  alçaq  hərəkətlərinizə  imkan  verməyəcəm.  Sizin 

ayaqlarınız bir daha bu evə dəyməməlidir. 




                                                     

 

  



                                                                            

                                                    

233 

Kəskin  şəkildə  söylənilən  bu  sözlər  Migeli  əsəbilərini 



tarıma  çəkdi.  Karlos  elə  danışdı  ki,  elə  bil  vitse-kapitan 

doğrudan  da  bu  evə  başqa  bir  məqsədlə  gəlir  və  Floridanı 

yalan  vədlərlə  aldadır.  Qız  bu  yalan  ifadədən  təngə  gəlib 

ayağa  qalxdı  və  hiddətlənərək  bir  söz  demək  istədi.  Lakin 

sevgilisi  ona  imkan  vermədi.  Növbəti  təhqirə  dözməyən 

Migel  rəqibinə  aman  vermədən  Karlosun  gözünün  altına 

möhkəm  olmayan  bir  yumruq  zərbəsi  endirdi.  Karlos 

rəqibindən  canlı  idi  və  özünə  yaman  çox  güvənirdi.  Bu 

zərbə  o  qədər  də  möhkəm  olmadığından  o,  yerindəcə  bir 

balaca  yırğalandı  və  əli  ilə  sağ  gözünün  altını  tutaraq 

Migelə qəzəbli bir nəzər saldı. 

-  Sözün  varsa,  gedək  başqa  bir  yerdə  həll  edək.  -  deyə 

bir anlığa imkan tapan Migel hirsli halda dilləndi. 

Lakin Karlos tez coşan bir adam idi və həmin məqamda 

o, cavab verməsə dözə bilməzdi. Məhz buna görə də o, heç 

bir söz demədən rəqibinin üstünə şığıdı. Karlos rəqibindən 

canlı hündür olsa da, Migel onun hər iki qollarından yapışıb 

zəiflətmək  üçün  sıxmağa  başladı.  Vitse-kapitan  fiziki 

cəhətcən  rəqibindən  güclü  idi.  Lakin  Karlos  da  zəif  rəqib 

sayılmırdı  və  tez  təslim  olanlara  oxşamırdı.  Rəqibi  ilə 

bacara bilmədiyini görən Migel onu özündən kənar itələdi. 

Elə  bu  dəm  də  rəqibinə  aman  verməyən  Karlos  vitse-

kapitanı vurmaq üçün yenidən onun üstünə hücum etdi. Bu 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə