  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə60/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   56   57   58   59   60   61   62   63   ...   154

                                                     

 

  



                                                                            

                                                    

238 

düzəldib  bir  daha  sinyoraya  tənzim  edərək  özünə  xas  olan 



bir mədəniyyətlə dedi: 

- Sinyor Karlos ilə işim olduğu üçün bura gətmişəm. 

-  A-a,  mən  elə  bildim  ki,  siz  başqa  şeyə  görə  bura 

gəlmisiniz.  -  deyə  Santana  böyük  bir  hiyləgərliklə  bu 

kəlməni  işlətdi  və  üzünü  Karlosa  tutub  müammalı  tərzdə 

sözünə davam etdi. - Sinyor, sizə nə olub, üzünüzü dəsmal-

la tutmusunuz? Bəlkə bir şey olub? 

-  Xeyr,  heç  bir  şey  olmayıb,  -  deyə  Karlos  birtəhər 

hirsini boğaraq qətiyyətlə dilləndi. - sadəcə olaraq, dişim  

ağrımağa başladı. 

-  Diş  ağrısına  dözmək  heç  də  asan  deyil.  -  deyə  İlona 

qeyri-müəyyən  tərzdə  başını  yırğalayaraq  məyus  halda 

başını tərpətdi. 

Kapitan  Markosun  həyat  yoldaşı  Santana  Truxilyo  de 

Sanços  Seviliyada,  o  qədər  də  varlı  olmayan  bir  ailədə 

anadan  olmuşdur.  O,  şəhərlidən  çox  kəndli  zadəganının 

arvadına  oxşayırdı.  Santana  balacaboy,  dolubədənli,  geniş 

sinəli, yumrusifət, enlialınlı, uzun qəhvəyi rəngli qalın saçı 

olan,  qırx  iki  yaşında  gülərüz  bir  qadın  idi.  Qalın  qaşları, 

qalın  dodaqları,  xoş  sifəti  ona  xüsusi  cazibədarlıq  verirdi. 

O,  hər  bir  qonaqla  mülayim  rəftar  edir,  həmişə  də  öz 

mənfəəti  üçün  çalışırdı.  Santana  Migeli  ailələrinin  köhnə 

tanışı kimi tanıyır və həmişə də ona xüsusi qayğı göstərirdi. 



                                                     

 

  



                                                                            

                                                    

239 

Karlosu  isə  təxminən  altı  aydan  çoxdur  ki,  tanıyır  və 



adlısanlı,  dövlətli  bir  ailədən  olduquna  görə  Santana  ona 

eyni  hörmət  edir  və  qızları  ilə  görüşməyinə  narazılıq 

etmirdi.  Halbuki  Karlosun  nəyə  qadir  olduğunu  o,  çox 

yaxşı  bilirdi.  O,  isə  bütün  bunlardan  istifadə  edib  bu  ailə 

üzərində həyasızlıqlar edirdi. İş o yerə gəlib çatmışdı ki, o, 

bağda Floridanı zorlamaq istəmişdi. Bu hadisədən İlonanın 

xəbəri  vardı  və  o,  bu  barədə  anasına  xəbər  verməmiş 

olmazdı.  Lakin  Santana  yenə  də  əmin  idi  ki,  onun  iki 

qızından biri polkovnik Alonsonun gəlini ola bilər. 

Santana  özünü  avam  kimi  aparsa  da,  lakin  artıq  bilirdi 

ki, Karlos ilə Migel arasında münaqişə baş verib. Səbəbi isə 

Floridadır. Bu haqda  İlona mütəmadi olaraq anasına xəbər 

çatdırdı. Ancaq Migel elə bilirdi ki, onunla Florida arasında 

olan  əlaqədən  nə  kapitan  Markosun,  nə  də  ki,  Santananın 

xəbəri var. Ona görə də o, bir balaca özünü burada gümrah 

aparırdı.  Əgər,  o,  bilsəydi  ki,  bu  xəbərdən  Floridanın 

anasının  xəbəri  var,  onda  Migel  utandığından  onun 

qarqaısında  başıaşağı  dayanar  və  buranı  təcili  tərk  etmək 

üçün min-bir bəhanə axtarıb tapardı. 

Migel  ilə  Karlosun  arasındakı  münaqişədən  Santananın 

xəbəri  olduğundan  o,  onların  arasındakı  düşmənçilik 

baxışları  və  fikirlərini  müvəqqəti  uzaqlaşdırmaq  üçün 

müəyyən tədbirlərə əl atmalı idi. Bu sahədə onun təcrübəsi 



                                                     

 

  



                                                                            

                                                    

240 

çox idi və əlbəttə ki, öz bacarığından istifadə edəcəkdi. İlk 



növbədə  Santana  qızının  müşayiəti  ilə  zalın  ortasında 

qoyulmuş  dairəvi  masanın  arxasında  əyləşdi  və  zalda 

olanların hamısını masaya dəvət etdi. Hamı bu dəvəti istər-

istəməz  qəbul  etdi.  Karlos  dəsmalı  ağzından  çəkməyərək 

hirslə dedi: 

-  Sinyora,  icazənizlə  mən  on  dəqiqəliyə  həyətə  çıxar-

dım. Dişlərim yaman sızıldayır. 

-  Gedin,  amma  tez  qayıdın  ha.  -  deyə  Santana  giley-

güzarla dilləndi. 

Karlos ağzı qanlı-qanlı onlarla masa arxasında, xüsusən 

də Migel ilə birlikdə bir masa arxasında əyləşmək istəmirdi. 

Ancaq  o,  gedib  ağzının  qanını  yuyub  bura  qayıtmalı  idi. 

Sırtıq zadəgan Santananın arxasına keçəndən sonra Migelə 

başı  ilə  işarə  etdi  ki,  o,  da  durub  bayıra  çıxsın.  Karlos  öz 

qisasını ondan almaq istəyirdi. 

-  Sinyora  Santana,  sizin  icazənizlə  vacib  iş  olduğuna 

görə  mən  də  həyətə  çıxardım.  -  deyə  Osvaldo  dostunu 

qabaqlayaraq  əli  ilə  onun  çiyninə  vurub  Migelin  burada 

qalmağını məsləhət bildi. 

Bu  münaqişəni  aradan  qaldırıb,  qarşı  duran  tərəfləri 

müvəqqəti  olaraq  barışdırmaq  lazım  idi.  Bunun  üçün 

kənarda  olan  adamlar  böyük  səy  göstərməli  idilər.  Migel 

kompromissə gedə bilərdi, onun rəqibi isə yox. Karlos çox 



                                                     

 

  



                                                                            

                                                    

241 

təhlükəli  bir  adam  idi  və  ona  pislik  edən  adamı  heç  vaxt 



bağışlamazdı. 

Qisasını  almaq  üçün  o,  hətta  rəqibinin  üstünə  arxadan 

hücum  edib  onu  məhv  edərdi.  Lakin  belə  hallarda  da  o, 

sakit  dayanmaz  və  adam  qarşısında  da  cavab  verə  bilərdi. 

İndi  isə  Santananın  içəri  girməsi  ilə  gözlənilmədən 

Karlosun  hirsi  birdən-birə  soyudu.  Bunu  onu  sübut  edirdi 

ki,  bu  münaqişədə  yalnız  o,  günahkardır  və  bu  işdə  o,  heç 

cürə özünə bəraət qazandıra bilməzdi. 

Beləliklə,  Osvaldo  zərər  çəkmiş  Karlosun  ardınca  zalı 

tərk etdi. 

Evin sağ kənarında aqaçları sulamaq üçün içərisində su 

olan  çəllək  vardı.  Karlos  elə  oradaca  yuyunmağa  başladı. 

Hava isti olduğundan o, başını birbaşa çəlləyin içinə saldı, 

Osvaldonun ondan zəhləsi gedirdi, lakin ümumi işin xətrinə 

o,  bu  münaqişəni  aradan  qaldırmalı  idi.  Karlos  yuyunan 

kimi cəngavər arxadan ona yaxınlaşıb ehtiramla dedi: 

- Mənə elə gəlir, zədə möhkəm deyil. Sinyor, bu hadisə 

birdən-birə  baş  verdi.  Heç  başa  düşmürəm,  necə  oldu  ki, 

Migel sizi vurdu. Bu gözlənilməz oldu. 

-  Bu  hərəkətinə  görə  o,  qanı  ilə  cavab  verəcək.  -  deyə 

Karlos hiddətlə dillənərək Osvaldoya nəzər salmadan başını 

və  üz-gözünü  dəsmal  ilə  qurulaya-qurulaya  həmin  tərzdə 

sözünə  davam  etdi.  -  Gör,  dünyanın  harasıdır  ki,  dünənə 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə