  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə62/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   58   59   60   61   62   63   64   65   ...   154

                                                     

 

  



                                                                            

                                                    

246 

baxmayaraq  mən  sizə  yenə  də  məsləhət  verməli  idim  və 



istər-istəməz siz də öz razılığınızı bildirməlisiniz.  

İş  ondadır  ki,  aranızdakı  duel  təxirə  salınsa  də 

ədavətiniz  aradan  götürülməlidir.  Aranızdakı  hörmət  və 

mədəni  davaranış  tərzi  yox  olub  gedib.  Heç  kimdə  şübhə 

yaranmasın  deyə,  siz  söhbət  zamanı  yenə  də  bir-birinizə 

“siz” deyib müraciət etmalisiniz. 

- Nə? - deyə Karlosun gözləri kəlləsinə çıxdı, sanki Os-

valdo onu bu sözlərlə təhqir etmişdi. - Bu boyda həngamə-

dən  sonra  mən  o,  yaramaza  “siz”  deyib  müraciət  etməli-

yəm? 


-  Bəli,  bəli,  -  deyə  Osvaldo  tərəddüd  etmədən  cavab 

verdi və həmsöhbətində yaranan  yeni hirsi soyutmaq üçün 

əllərini  yuxarı  qaldırıb  aludəliklə  sözünə  davam  etdi.  - 

Yadda saxlayın ki, sizin əminiz kapitan Xuanın ekspedisiya 

iştirakçılarından  əsas  tələbi  odur  ki,  dəstədə  möhkəm 

nizam-intizam  olsun,  hamı  bir-birinə  can  deyib-can  eşitsin 

və heç kim düşmənçiliyə əl atmasın. Bu isə o deməkdir ki, 

sizin  aranızdakı  düşmənçilik  kapitan  Xuanın  tələblərinə 

tamamilə ziddir. Unutmayın ki, Mərkəzi Çili sahillərinə siz 

eyni gəmidə yola düşəcəksiniz. 

-  Sizin  fikirinizcə,  biz  barışmalıyıq?  -  deyə  Karlos 

qəzəbdən qaşlarını düyünləyib hiddətlə dilləndi. 




                                                     

 

  



                                                                            

                                                    

247 

-  Xeyr,  mən  heç  bir  şey  təklif  etmirəm,  sadəcə  olaraq, 



kapitan  Xuanın  tələblərini  sizə  xatırladıram.  Siz  bir- 

birinizlə  barışmaya  bilərsiniz,  ancaq  lazım  olanda  bir-

birinizlə  “siz”  deyib  müraciət  etməlisiniz.  Bu  da  bizim 

ümumi işimizin xatirinədir. Bu işdə heç kimin nüfuzu aşağı 

düşmür.  Sinyor  Karlos,  istər-istəməz  siz  bununla  razılaş-

malısınız.  Əgər,  bu  işdə  siz  mənəvi  əzab  çəkirsinizsə, 

bunun  da  üstündən  xətt  çəkmək  olar.  Görün,  nə  deyirəm. 

Migellə aranızda nə baş veribsə, yalnız dörd adam bilir: siz 

ikiniz  sinyorita  Florida  və  mən.  Sinyorita  Florida  Barselo-

nada  qalır,  biz  isə  yola  düşürük.  Ekspedisiyada  bu  müna-

qişə  üçümüzün  arasında  qalıb  heç  kimə  bildirilməyəcək. 

Hə,  nə  oldu,  mənimlə  razılaşırsınız,  ya  yox?  Ekspedisiya 

sona çatandan sonra aranızdakı haqq-hesabı çürüdərsiniz. 

 

 



 

 

 



      XXII fəsil. Florida boynundakı medalyonu  

    xatirə olaraq sevgilisinə bağışlayır 

 

Osvaldo  birtəhər  Karlosu  razı  salıb  onu  bu  həyətdən 



kənara  ötürdü.  Həyasız  zadəgan  utandığından  zala  girib 


                                                     

 

  



                                                                            

                                                    

248 

içəridəkilərlə sağollaşa bilmədi. O, özünü bu evdə tamamilə 



biabır edib islanmış toyuq kimi buranı tərk etdi. Karlos elə 

bir vəziyyətə düşmüşdü ki, bir daha cürət edib bu evə gələ 

bilməzdi. Onun döyülüb buradan didərgin düşməsi Florida-

nın lap ürəyindən idi. 

Osvaldo Migelə xəbər verəndə ki, Karlosu evlərinə yola 

salıb o, nədənsə bu həqiqətə inana bilmədi. Karlos elə-belə 

buranı  tərk  etməzdi.  Necə  olsa  da  o,  aldığı  yumruq 

zərbəsindən  hirs  içində  boğulurdu  və  həmin  an  Migeldən 

intiqam almaq istəyirdi. 

-  Bəlkə  də  Karlosun  getməsi  lap  yerinə  düşdü.  -  deyə 

dərindən  köksünü  ötürən  Florida  böyük  bir  həvəslə 

oturacağını masaya yaxınlaşdıraraq sərbəst halda dilləndi. - 

Buradakılarla adam özünü yaxşı hiss edir. 

- Mənim də onun gəlişindən xoşum gəlmir, - deyə İlona 

əlavə  edib  bacısına  təsəlli  verdi  və  Migelə  ötəri  salaraq 

istehz  ilə  sözünə  davam  etdi.  -  nədənsə,  o,  çox  kobud 

adamdır, həm də etikadan çox kənardır. Sanki  mədəniyyət 

nə olduğunu bilmir. Atasına görə o, özünü belə yüksəkdən 

aparır. 

-  Polkovnik  Alonso  Odovoldo  mənim  ustadım  olub,  o, 

bütün  Kataloniyada  hüsn-rəğbətə  malik  olan  adamdır.  - 

deyə  Migel  tənzim  edib  üzrxahlıqla  dilləndi  və  üzünü 

Santanaya  tutub  ehtiramla  sözünə  davam  etdi.  -  Lakin 



                                                     

 

  



                                                                            

                                                    

249 

Karlos kimi oğullar elə bir atanın adını batırırlar. Bir sözlə, 



o  layiqli  oğul  deyil.  Elə  bilməyin  ki,  mən  bu  sözləri  onun 

gedişindən  istifadə  edərək  söyləyirəm.  Sadəcə  olaraq  onu 

bildirirəm  ki,  Karlos  özünün  kobud  hərəkətləri  ilə  atasının 

adını batırır. Vaxt gələcək o, layiqincə payını alacaq. 

-  Bu  fikirdə  siz  haqlısınız,  -  deyə  Santana  tərəddüd 

etmədən cavab verdi və əli ilə saçını düzəldərək ehtiramla 

əlavə etdi. - Karlos heç atasına oxşamayıb.  Onun xasiyyə-

tindən mənim də xoşum gəlmir. Çox həyasız və üzlüdür. 

-  Karlos  hökmən  əhliləşdirilməlidir,  yoxsa  yaman 

özündən  müştəbeh  halda  razıdır.  -  deyə  İlona  narazılığını 

bildirdi  və  həmin  an  üzünü  Migelə  tutub  səbirsizliklə 

sözünə  davam  etdi.  -  Sinyor  Migel,  həmin  kobud  adamla 

Mərkəzi  Çili  sahillərinə  kimi  bir  gəmidə  gedəcəksiniz? 

Ümumiyyətlə, belə adamla bir ekspedisiyada iştirak etmək 

ağlasığmazdır.  Mən  təsəvvür  edirəm,  siz  səyahət  zamanı 

hansı çətinliklərlə üzləşəcəksiniz. Səhv etmirəmsə, o, sizin 

tabeliyiniz altında olacaqdır? 

-  Mərkəzi  Çili  sahillərinə  yola  düşən  kimi  o,  mənim 

əmrlərimə tabe olmalıdır, - deyə Migel ara vermədən aydın-

lıq  gətirmək  üçün  təmkinlə  sözünə  davam  etdi.  -  Araukan 

ölkəsinə ayaq basan kimi  isə o, öz əmisinə tabe olacaqdır. 

Lakin  buna  baxmayaraq,  Karlos  hər  yerdə  nizam-intizama 

tabe  olmalıdır.  Nizam-  intizama  riayət  etməsə,  o,  hindular 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə