  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə61/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   57   58   59   60   61   62   63   64   ...   154

                                                     

 

  



                                                                            

                                                    

242 

kimi quzu kimi gəzən bir adam namərdcəsinə mənə yumruq 



zərbəsi  endirsin.  Əluzunluq  etməyi  mən  ona  göstərəcəm. 

Qurban  olsun  Floridanın  anasına,  yoxsa  elə  zaldaca  mən 

onu cəhənnəmə vasil edərdim. 

-  Sinyor  Karlos,  bəlkə  bu  fikirdən  əl  çəkəsiniz,  -  deyə 

Osvaldo  xahişə  əl  atmağa  məcbur  oldu.  -  Migel,  özündən 

asılı  olmayaraq  bu  hərəkətə  əl  atmışdı.  O,  heç  də  sizinlə 

ədavətə girmək istəmirdi. 

- Buna baxmayaraq mən onu cəzalandırmalıyam. - deyə 

Karlos  lovğa-lovğa  dilləndi  və  özündən  tam  razı  olaraq 

ikrah  hissi  ilə  sözünə  davam  etdi.  -  Sinyor,  nə  deyirsiniz-

deyin, ancaq mən onu al qanına qəltan edəcəm. Onun kimi 

adamlar bizim əhatəmizdən uzaq olmalıdır. 

-  Mən  sizin  yerinizə  olsaydım,  onun  babasına  görə  bu 

ədavətə  müvəqqəti  son  qoyardım,  -  deyə  Osvaldo  ona 

səmərəli təklif verdi. - necə olsa da, sinyor Rodriges Karta-

hena bütün Kataloniyada hörmətli bir adamdır. Sizin atanız 

da ona hüsn-rəğbət bəsləyir. 

- Atamın yeri başqa, mənim yerim başqa. - deyə Karlos 

üzünü  turşudaraq  narazı  halda  həmsöhbətinin  sözünə 

düzəliş  verdi.  -  Şəxsən  mən  sinyor  Kartahena  barədə  o 

fikirdə deyiləm. Lakin buna baxmayaraq Migel heç olmasa, 

babasına oxşamalı idi. 




                                                     

 

  



                                                                            

                                                    

243 

Onun  bu  nankorcasına  dediyi  sözlər  Osvaldoya  təsir 



etsə də, o, işinin xatirinə təkzib verməyi lazım bilmədi. İndi 

onun  əsas  vəzifəsi  münaqişə  edənlərin  arasındakı  ədavəti 

aradan götürmək idi. Osvaldo nə qədər israr etsə də Karlos 

özünü  o  yerə  qoymayıb  dediyinin  üstündə  dururdu.  Guya 

ki,  Migeli  duelə  dəvət  etsə,  rəqibini  döyüşdə  məğlub 

edəcək. Halbuki vitse-kapitanı dueldə məğlub etmək asan iş 

deyildi.  Əgər,  onların  arasında  duel  baş  versə,  sözsüz  ki, 

Migel həmin döyüşdən qalibiyyətlə çıxacaqdı. 

-  Sizdən  artıq  dərəcədə  xahiş  edirəm,  öz  fikirinizdən 

dönəsiniz, - deyə Osvaldo yenə də israr etdi. - aranızdakı bu 

ədavət heç kimə xeyir gətirməyəcək. Bədbəxtçilik baş verə 

bilər. 


-  Sözsüz  ki,  bu  ədavət  Migelə  xeyir  gətirməyəcək.  - 

deyə Karlos müştəbeh halda başını tərpədərək giley-güzarla 

dilləndi,  sonra  birdən  üzünü  həmsöhbətinə  tərəf  tutub 

müəmmalı  tərzdə  sözünə  davam  etdi.  -  Açığını  deyin,  siz 

bir  dost  kimi  onun  tərəfini  saxlayırsınız,  yoxsa  burada 

başqa  bir  məqsəd  var?  Bildiyimə  görə  siz  cəngavərsiniz. 

Cəngavərlər  isə  belə  hadisələrdə  sülh  axtarmır,  yalnız 

döyüşün baş verməsində maraqlı olurlar. 

- Sizə necə deyim, - deyə Osvaldo qaşlarını düyünləyib 

qeyri-müəyyən  tərzdə  dilləndi,  sonra  xeyli  tərəddüd  edib 




                                                     

 

  



                                                                            

                                                    

244 

ehtiramla  sözünə  davam  etdi.  -  əsasən  mən  bu  xahişimi, 



gələcəkdə görüləcək ümumi işimizin xatirinə, edirəm. 

-  Mən  nədənsə,  sizi  düzgün  başa  düşmədim?  -  Karlos 

çiyinlərini çəkərək müəmmalı tərzdə soruşdu. 

-  Demək  istəyirəm  ki,  biz  sabah  sizin  əminiz,  hörmətli 

Xuan  Odovaldonun  başıçılığı  altında  Mərkəzi  Çili 

sahillərinə  ekspedisiyaya  yola  düşəcəyik.  Artıq  hamımızın 

həmin  ekspedisiyada  hansı  işlə  məşğul  olacağı  əvvəlcədən 

təyin  edilib.  Siz  idarə  heyətinin  üzvüsünüz,  Migel  isə 

“Destino” gəmisinin vitse-kapitanı. 

-  Bunun  mətləbə  nə  dəxli  var?  -  deyə  təəccüb  içində 

olan Karlos yenə də müəmmalı tərzdə soruşdu. 

-  Mən  onu  demək  istəyirəm  ki,  sizin  aranızda  duel  baş 

versə, onda bizim ümdə işimizə böyük xələl gətiriləcək. İlk 

növbədə zərbə kapitan Xuana dəyəcək. Əgər, Migel dueldə 

xəsarət alsa, onda “Destino” vitse-kapitansız qalacaq. Belə 

olan halda kapitan Xuan ekspedisiyanın yola düşmə gününü 

təxirə  salacaq.  Sonrası  isə  özünüz  təsəvvür  edin  nə  ola 

bilər? Nə atanız, nə də ki, əminiz bu işə görə sizin başınızı 

sığallamayacaq. Deyək ki, Migel sizin qarşınızda günahkar-

dır,  amma  bütün  bu  işdə  hamı,  yalnız  sizi  günahlandıra-

caqlar.  Sizin  ucbatınızdan  ekspedisiya  təxirə  salına  bilər. 

Ona  görə  də  siz  məcburiyyət  qarşısında  qalıb  bu  dueldən 

imtina etməlisiniz. 



                                                     

 

  



                                                                            

                                                    

245 

Osvaldo  ona  həqiqətən  də  lazımlı  məsləhət  verirdi. 



Karlosa görə ekspedisiya təxirə salına bilərdi. O, bir anlığa 

fikrə getdi. Bu hərəkətinə görə nə atası, nə də əmisi başını 

sığallamayacaqdı,  əksinə  onu  kəskin  surətdə  cəzalandıra 

bilərdilər. Karlos ilk növbədə Migeli rahat buraxıb qisasdan 

əl çəkməli idi. O, qisasını sonra da ala bilərdi.  

Bəs,  Karlos  bu  biabırçılıqdan  necə  yaxa  qurtaracaqdı? 

Necə  olsa  da,  Migel  onu  Floridanın  yanında  vurmuşdu.  O, 

Migeldən  qisasını  almasa,  onda  Floridanın  yanında  biabır 

olaçaq.  Belə  olan  halda  Karlos  birdəfəlik  qızın  gözündən 

yox  olmalı  idi.  Beləliklə  o,  çıxılmaz  vəziyyətə  düşmüdü. 

İstər-istəməz o, rəqibinin yanında məğlub sayılırdı. Ümumi 

işin xatirinə Karlos bunu etməli və bu haqda qərar çıxarmaq 

onun kimi bir adam üçün çətin idi. 

-  Belə  çıxır  ki,  Migelin  bəxti  gətirdi.  -  deyə  Karlos 

utandığından Osvaldonun üzünə nəzər salmadan dilləndi.  - 

Müəyyən vaxta kimi qoy o, yaşasın. İşdir, biz Mərkəzi Çili 

sahillərinə  gedəndə  aborigenlər  onu  öldürməsələr,  onda 

mən özüm onun həyatına son qoyacam. 

-  Sinyor  Karlos,  bu  haqda  mən  sizə  heç  bir  söz  deyə 

bilmərəm. - deyə Osvaldo qeyri-müəyyən tərzdə dilləndi və 

bir balaca tərəddüd edəndən sonra o, bənizinə daha da ciddi 

ifadə verərək ehtiramla sözünə davam etdi. - Bütün bunlara 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə