218
bəzək əşyalarının kobud şəkildə düzəldilməsi, bu qızılların
okeanın o tayından İspaniyaya gətirilməsindən xəbər verir
və həmin əşyaların aborigenlərə məxsus olduğunu bildirir-
di. Avropa zərgarları qızıldan çox gözəl əşyalar düzəldir,
yüksək sənətkarlıq nümayiş etdirərək, sanki möcüzə
yaradırdılar. Aborigenlər bu istedaddan çox-çox uzaq idilər.
O, qızılı ovcuna alıb yuxarı qaldırdı və üzünü nəvəsinə
tutub dedi:
- Migel, bu qızıllar yalnız İspaniyanın xeyri üçün
xərclənməlidir. Hər bir vicdanlı şəxs vətənin xeyri üçün
nəsə yaxşı bir iş görməlidir. Mən də xeyirxah bir iş görüb
bu dünyadan köçmək istəyirəm.
- Sən bu pullara kimsəsizlərə bir monastır da tikdirə
bilərsən, - deyə Migel səmərəli təklif verdi. - mənə elə gəlir
ki, bundan yaxşı, xeyirxah iş olmaz. Özü də ki, gördüyün
xeyirxah iş İspaniyada qalır. Tikdirdiyin və ya pul ilə
aldığın gəmi bir neçə ildən sonra çürüyüb gedir. Həm də ki,
verdiyin təklifi həyata keçirənlər tapılacaq. Özün deyirsən
ki, polkovnik Odovaldo bu ideyanın üzərində çalışır.
- Açığını desəm bu ideya mənimdir, - deyə qoca səyyah
qətiyyətlə dilləndi. – həmin ideyanı mən polkovnik Alonso-
ya vermişəm. Sonradan başa düşdüm ki, o, təkbaşına bu
işin öhdəsindən gələ bilməyəcək. Çünki Karib dənizi böyük
bir ərazini əhatə edir. Həm də quruldurların komandaları
219
həddindən artıq təcrübəli və bacarıqlı dənizçilərdən ibarət-
dir. Belə etmək lazımdır, Karib dənizində nə qədər korsar
gəmiləri varsa, onları məhv etmək üçün biz də bir o qədər
gəmi istehsal etməliyik. Onların yuvalarını tapıb birdəfəlik
viran qoymalıyıq. Əgər, biz indidən piratların kökünü
kəsməsək, onda okeanın o tayında quldurlar tərəfindən
bizim krallığa qarşı güclü zərbələr endiriləcək. Bu yoluxu-
cu xəstəliyi aradan qaldırmalıyıq.
Qoca səyyah bu təklifi nəvəsinə verməklə sadəcə
olaraq, öz arzularını həyata keçirmək istəyirdi. O, heç də
bunu Migeldən gizlətmirdi və istəyirdi ki, nəvəsi onun bu
arzusunu həyata keçirsin. Migel isə tamamilə başqa şey
fikirləşirdi. Qan tökmək, kiminsə balalarını yetim qoymaq
heç kimə xeyir gətirməz. Məhz buna görə də o, Araukan
ölkəsindən qayıdandan sonra birdəfəlik müharibədə iştirak
etməkdən imtina etmək istəyir və dəniz səyahətinə çıxmaq
arzusunda idi. Artıq nəzərdə tutulmuşdu ki, o, Sakit
okeanın cənub hissəsinə təşkil olunaçaq ekspedisiyaların
birində iştirak edəcək. Həmin səyahət zamanı Migel
naməlum sularda üzə-üzə bu sahədə, yeni coğrafi kəşflər
elmində təcrübə toplamaq istəyirdi. Vətənə qaydındandan
sonra isə özü təcrübəli komanda toplayaraq, müstəqil
şəkildə naməlum ərazilərə ekspedisiyalar təşkil edəcək.
Bununla da o, öz nəslinin ənənəvi işini davam etdirmək
220
istəyirdi. Ona görə ki, Kartahena nəslinin demək olar ki,
bütün nümayəndələri səyahətlə məşğul olurdular. Qoca
səyyahın da özü dəfələrlə nəvəsinə bildirmişdi ki, o, bu
sahədə təkmilləşməklə,
Kartahena nəslinin
ənənəsini davam
etdirmək üçün hansısa bir səyahətdə iştirak etməlidir. İndi
isə onun fikri tamamilə əks formada dəyişmişdi. Migel
gələcəkdə səyahətlərdən əl çəkib Karib dənizində peyda
olan dəniz quldurlarına qarşı amansız müharibə alarmalı
idi. İndi Migel çıxılmaz bir vəziyyətdə qalmışdı, babasına
müsbət cavab versin, ya mənfi? Hər halda o, babasının
sözündən çıxmamalı idi. Ona görə ki, babası bütün ömrü
boyu Migelə yalnız hörmət etmiş və demək olar ki,
nəvəsinin bütün istəklərini yerinə yetirmişdir.
Rodriges Kartahena milli ruhda böyüyən, vətənpərvər
bir adam idi. Məhz buna görə də vətən darda qalanda,
yaxud vətənə xələl gətiriləndə o, vicdanlı və namuslu bir
zadəgan kimi biganə qala bilməzdi. Elə hey istəyirdi ki,
belə bir vəziyyətdə cüzi olsa da, öz köməkliyini göstərsin.
İndi isə onu, dövlət gəmilərinə və Amerikadakı ispan
şəhərlərinə hücum edən dəniz quldurları bərk narahat
edirdi. Korsarlar ispan taxt-tacı və ispan sakinləri qarşısın-
da cinayət törətdiklərinə görə hökmən ispan fədailəri və
əsgərləri tərəfindən cəzalandırılmalıydılar. Qoca səyyah
həddindən artıq qoca olduğuna görə özü bu ağır missiyada
221
iştirak edə bilməzdi. Məhz buna görə də o, nəvəsinə bu
missiyanı həyata keçirmək üçün həmin təklifi vermişdi.
Qoca səyyah çox yaxşı bilirdi ki, nəvəsi çox təcrübəli və
bacarıqlı dənizçi olmaqla yanaşı, mərd, qorxmaz və igid
döyüşçüdür. Artıq Migel özünü 1588-ci ildə ingilislərə
qarşı müharibədə müsbət cəhətcən göstərmişdir. Həmin
şücaəti təkrarlamaq və çətin döyüşlərdə ağır sınaqlardan
çıxmaq üçün Migel hökmən araukanlara qarşı başlanacaq
növbəti müharibədə iştirak etməli idi. O, bu sınaqdan
müvəffəqiyyətlə çıxsa, deməli dəniz quldurlarının da
öhdəsindən gələ bilər.
Qoca səyyah təklif etdi ki, bu qızıllara yaxşı gəmi
almaqla və əla komanda toplamaqla, İspaniyanın xeyrinə
xeyirxah bir iş görmüş olur. Lakin hər hanasısa bir
səyahətdə iştirak edib naməlum torpaqları kəşf etmək
nəinki İspaniyanın, hətta bütün dünyanın xeyrinə görülmüş
bir iş sayılır. Bundan əlavə, həmin torpaqlar İspaniyanın
mülkü kimi imperiyanın tərkib hissəsinə qatılır. Migel istər-
istəməz babasının təklifi ilə razılaşmalı idi. Çünki babası
ona xəzinənin gizlədildiyi yeri göstərmişdi. Həmin xəzinə-
nin də nəyə görə istifadə olunması, yalnız Migeldən asılı
idi. O, çox yaxşı bilirdi ki, babasının sözündən çıxmaq
naxələflikdir. Migel hər şeyi götür-qoy edəndən sonra
ehtiramla dedi:
Dostları ilə paylaş: |