  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə53/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   49   50   51   52   53   54   55   56   ...   154

                                                     

 

  



                                                                            

                                                    

210 

dırır.  Onlar  həmin  torpaqları  zəbt  etmək  istəyirlər.  Bizim 



kral  düşmənlərimizə  həmin  imkanı  verməməlidir.  Bütün 

üsullarla onların istəyi dəf olunmalıdır. Sən elə bilirsən ki, 

Flandriyadakı  gyözlər  öz  güclərinə  bizim  əsgərlərə  qarşı 

müqavimət  göstərirlər?  İngilislər,  fransızlar  və  alman 

kralları açıq şəkildə onlara kömək edir və birlikdə bizimki-

lərə  qarşı  döyüşürlər.  Əgər  Fransada  vətəndaş  müharibəsi 

getməsəydi, onlar Flandriyanı ələ keçirmək üçün açıq-aydın 

bizimkilərə qarşı müharibə elan edirdilər. İqtisadiyyatımızı 

və  maliyyə  vəziyyətimizi  zəiflətmək  üçün  kraliça 

Yelizaveta bizim kaloniyaların və gəmi karvanlarının talan 

edilməsi üçün okeanın o tayına, özü tərəfindən maliyyələş-

dirilmiş  və  dəstəklədiyi  dəniz  quldurları  göndərir.  Mənim 

dərdim  demək  olar  ki,  təzələnib.  Sən  hökmən  polkovnik 

Alonsodan  nümunə  götürməlisən.  Bizim  ekspedisiya  öz 

missiyasını  Araukan  ölkəsində  başa  çatdırandan  sonra 

vətənə qayıdıb, Karib dənizində korsarlara qarşı ölüm-dirim 

mübarizəsi  aparmaq  üçün  təcrübəli,  bacarıqlı  və  qorxmaz 

komanda toplayarsan. 

-  Bu  heç  də  pis  fikir  deyil,  bəs  komanda  toplamaq  və 

gəmi  almaq  üçün  vəsaiti  haradan  tapacam?  -  deyə  Migel 

səbirsizliklə  dillənərək  çiyinlərini  çəkir  və  həmin  tərzdə 

sözünə davam  etdi.  - Axı, bütün bunları almaq üçün küllü 

miqdarda  pul  lazımdır?  Bundan  əlavə  kral  buna  öz 



                                                     

 

  



                                                                            

                                                    

211 

razılığını  bildirməlidir.  Mən  biləni  II  Filipp  buna  heç  cür 



razılıq  verməz.  Bu  haradasa,  özbaşınalıq  sayılır.  Belə  bir 

əməliyyatlarda  isə  yalnız  kral  hərbi  donanması  iştirak  edə 

bilər. 

-  Hazırda  Karib  dənizində  yerləşən  kral  hərbi 



donanmasının gəmilərinin 50 faizi orada fəaliyyət göstərən 

korsarlara  qarşı  amansız  əməliyyatlarda  iştirak  edir  və  öz 

işlərinin  öhdəsindən  gələ  bilmirlər.  -  deyə  qoca  səyyah 

başını  bikef  halda  bulayaraq  məyus  halda  dilləndi.  -  Axır 

zamanlar  aldığım  məlumatlara  görə  korsarlar  o  dərəcədə 

həyasızlaşıblar  ki,  hətta  bizim  hərbi  donanma  ilə  toqquş-

maqdan  belə  çəkinmir  və  özləri  cürət  edib  bizim  gəmilərə 

hücum  edirlər.  Bir  sözlə,  korsarlar  bizim  imperiyamıza 

həddindən  artıq  çox  ziyan  vururlar.  Onların  bu  cinayət-

lərinə son qoyulmalıdır. Hər bir adam imperiyanın mənafe-

yini  müdafiə  etmək  üçün  ayağa  qalxmalı  və  öz  gücünü 

düşmən  üzərində  nümayiş  etdirməlidir.  Korsarların  Karib 

dənizində izi-tozu da qalmamalıdır. 

- Bu çox gözəl  fikirdir  və bu  fikri həyata keçirmək hər 

bir zadəganın borcudur. - Migel heç bir söz güləşdirmədən 

təqdiredici  tərzdə  dilləndi.  -  Bəs,  vəsaiti  haradan  tapaca-

ğam? Kraldan bu vəsaiti almaq qeyri-mümkündür. 

-  Vəsait  üçün  narahat  olma.  -  deyə  qoca  səyyah  tərəd-

düd  etmədən  dilləndi  və  nəvəsinə  təbəssüm  hissi  ilə  nəzər 



                                                     

 

  



                                                                            

                                                    

212 

salaraq aludəliklə sözünə davam etdi. - Migel, vətənimizin 



xeyri  naminə  mən  sənə  çoxdankı  sirrimi  açıb  söyləyəcəm. 

İndi isə diqqətlə qulaq as.  

Kaxamarka  hadisələrində  bildiyin  kimi  Fransisko 

Pisarro  əməliyyatı  başa  çatdırmamış  İnklərin  hökmdarı 

Ataualpanı  edam  etdirdi.  Həmin  ərəfədə  isə  bütün  inklər 

Ataualpanı  əsirlikdən  azad  etmək  üçün  küllü  miqdarda 

qiymətli  metallar  -  qızıl  və  gümüş  gətirirdilər.  Bütün 

qiymətli metallar əldən çıxmasın deyə, Pisarronun göstərişi 

ilə  biz  Kaxamarkaya  gələn  bütün  yollarda  pusqu  qoyur  və 

şəhərə gələn bütün hindu dəstlərinə hücum edib onları qarət 

etməyə başladıq. Bu çox dəhşətli səhnə idi. Hindular nə baş 

verdiyini anlaya bilmirdilər. Konkistadorlar qızıl və gümüş 

üçün  amansız  vəhişliklər  törədirdilər.  İş  o  yerə  çatdı  ki, 

hinduların  gəlişi  Kaxamarkaya  kəsiləndə  biz  özümüz 

onların  kəndlərinə  yürüş  təşkil  etməyə  başladıq.  Hər  bir 

evdə  biz  qiymətli  bəzək  əşyaları  və  metallar  axtarır,  buna 

görə  aborigenləri  öldürür,  evlərini  yandırırdıq.  Belə  bir 

əməliyyat  zamanı  biz  bir  hindu  evindən  altı  xurçun  qızıl 

tapdıq. Dəstədə isə on bir nəfər idik. Hər bir xurcunda azı 

on bir-on iki kq. qızıl vardı. Qərara alındı ki, xurcunun ikisi 

Pisarroya verilsin, qalanları isə öz aramızda bölüşdürülsün. 

Bu  sözsüz  ki,  Kaxamarkaya  göndərilən  qızıllardan  idi. 

Lakin ertəsi günü qaldığımız  yerə bir hindu dəstəsi hücum 



                                                     

 

  



                                                                            

                                                    

213 

edib  bizi  mühasirəyə  almaq  istədi.  Biz  isə  Kaxamarka 



istiqamətində  döyüşə-döyüşə  mühasirədən  çıxmağa  başla-

dıq.  Həmin  döyüşdən  cəmi  üç  nəfər  sağ  çıxa  bildik.  Belə 

olan təqdirdə qərara alındı ki, hərəmizə bir xurcun götürək, 

qalan  üç  xurcunu  isə  Pisarroya  təhvil  verək.  Kaxamarkaya 

az qalmış biz öz paylarımızı meşədə gizlətdik.  

Sözsüz  ki,  Pisarro  bizə  öz  minnətdarlığını  bildirdi  və 

həmin qızıllardan bizə mükafat da verdi. Lakin o, bizim bu 

səmimiyyətimizə  şübhə  etməyə  başladı.  Hara  gedirdiksə 

bizi hər yerdə silahdaşlarımız izləyirdirlər. İnklərin paytaxtı 

Kusko  şəhəri  (1533-cü  ilin  noyabr  ayı)  ələ  keçiriləndən 

sonra  biz  rahat  buraxıldıq.  Sonradan  imkan  tapıb  öz 

xəzinəmi  Valparaisoya  gətirdim.  Barselonaya  qayıdanda 

özümlə  xəzinənin  yarısını  gətirdim,  yarısını  isə  Valparai-

soda gizlətdim. Mən xəzinənin hamısını gətirməyə risq edə 

bilməzdim. Mənim düşmənlərim hər yerdə çox idi, həm də 

mənim  kampaniyonlarım  çoxdan  İspaniyaya  qayıtmışdılar. 

Onlardan  isə  nə  desən  gözləmək  olardı.  Lakin  sonradan 

öyrəndim  ki,  onlar  birləşib  Seviliyada  böyük  bir  ticarət 

mərkəzi açıblar.  Mən isə gətirdiyim vəsaitin  yarısını bu ev 

üçün  sərf  etdim,  yarısını  isə  gizlətmişəm.  Bu  da  mənim 

sirrim. 

-  Belə  çıxır  ki,  bizim  əlimizdə  xeyli  qızıl  var?  -  deyə 

Migel yerindəcə mat-məəttəl qaldı. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə