  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə50/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   46   47   48   49   50   51   52   53   ...   154

                                                     

 

  



                                                                            

                                                    

198 

vaxt qızın çöhrəsinin gözəlliyindən doymazdı. Florida onun 



dizlərinin  üstündə  uzanıb  bütün  həyatını  Migelə  tapşır-

mışdı. Oğlan da sevgilisinə əhəmiyyət verməmək üçün onu 

qucağına alıb, rahatca çarpayısında uzandırdı.  

Floridanın  əynindəki  parıldayan  xələt  qızın  bütün 

əndamını  üzə  çarpdırırdı.  Döşünün  yarısını  açıq  qoyan 

libasının sinə tərəfdən  üst düyməsi açılmış və  həmin hissə 

açıq  qoymuşdu.  Axırıncı  imkanına  qədər  Migel  özünü 

birtəhər  saxlayıb  qızın  xələtinin  üst  düyməsini  bağladı. 

Florida  hələ  də  özünə  gəlməmiş  və  o,  heç  tərpənməyə  də 

qadir  deyildi.  Migel  ayağa  qalxıb  öz  sevgilisini  müşahidə 

etməyə başladı. Qız belə bir vəziyyətdə sanki mələk idi və 

bu  vəziyyətdə  hər  adamı  dəli  edə  bilərdi.  O,  Florida  ilə 

daha  möhkəm  yaxınlıq  edə  bilərdi.  Lakin  namusuna 

toxunmaqla,  onun  adına  ləkə  gətirmək  istəmirdi.  Gec-tez 

onsuz da Florida onun olacaq. Onda ədəb-ərkanla evlənə də 

bilərlər.  İş  ondadır  ki,  o,  qız  ilə  istədiyi  hərəkəti  edəndən 

sonra  təhlükəli  və  ağır  ekspedisiyaya  yollanacaq.  Bu  adi 

ekspedisiya  deyildi.  O,  müharibəyə  yolanırdı.  Yenilməz 

araukanlara qarşı müharibədən sağ-salamat qurtarmaq üçün 

şans  çox  az  idi.  Migel  heç  kimi  əvvəlcədən  ümid  edə 

bilməzdi  ki,  bu  müharibədən  sağ-salamat  qayıdacaq,  ya 

yox? Məhz bu səbəblərə görə o, Floridanın adını ləkələmək 

istəmirdi.  Halbuki  qızın  bu  vəziyyətinə  görə  hələlik  Migel 



                                                     

 

  



                                                                            

                                                    

199 

heç bir məsuliyyət daşımırdı. Başqa bir adam olsa idi, heç 



cür  özünü  bu  hərəkətdən  saxlaya  bilməzdi.  Qız  belə  bir 

vəziyyətdə  çox  gözəl,  füsünkar  və  cəlbedici  görünürdü. 

Migel öz hisslərinə nəzarət etmək üçün pəncərəyə yaxınla-

şır və oradan bağdan gələn güllərin xoş qoxulu ətrini qəbul 

etməyə başlayır. Oğlan aralanan kimi Florida bunu duymuş 

və  sevgilisini  çağırmaq  üçün  özünü  ələ  almışdı.  Migel  də 

həmin  məqamda  onun  çağırışına  hay  verib  qızın  yanına 

getdi və nə istədiyini soruşdu. Florida yenə də sevgilisinin 

ağuşuna sarılıb həsrətlə dedi: 

-  Migel,  mən  elə  bildim  ki,  bütün  bunlar  mənim  üçün 

şirin xəyallardan başqa bir şey deyil. Çünki mənim yuxuma 

tez-tez,  belə  səhnələr  girir  və  belə  hallarda  yuxudan 

ayılmaq  istəmirdim.  Yuxudan  ayılanda  isə  səndən  aralı 

yaşadığıma görə özümə nifrət edirdim. Yaxşıdır ki, gözləri-

mi  açanda  səni  pəncərə  qabağında  gördüm.  Sən  burada 

olmasaydın,  mən  elə  biləcəkdim    ki,  yenə  şirin  yuxuda 

olmuşam. 

-  Tam  arxayın  ola  bilərsən,  bu  dəfə  sən  heç  bir  yuxu 

görmürsən,  -  deyə  Migel  sevgilisini  qucaqlaya-quçaqlaya 

onun  kürəyini  sığallayaraq  dilləndi  və  Floridanın  düz 

gözlərinin  içinə  məhəbbət  hissi  ilə  dolu  olan  nəzərlərini 

yönəldərək,  həmin  tərzdə  sözünə  davam  etdi.  -  mən  əbədi 

olaraq səni sevəcəm. Bizim görüşlərimiz bundan sonra arzu 



                                                     

 

  



                                                                            

                                                    

200 

və  xatirələrə,  yuxu  və  xəyallara  oxşamayacaq  və  bu 



həqiqətdən  başqa  bir  şey  olmayacaq.  Deyirəm,  həyat 

qəribədir:  necə  olub  ki,  mən  sənə  əvvəllər  fikir  verməmi-

şəm. Mən inana bilmirəm ki, Avropada səndən gözəl bir qız 

tapılsın.  Gözəllikdə  heç  bir  adam  sənin  tayın-bərabərin 

olmaz.  Yaxşıdır  ki,  sən  yalnız  mənim  üçün  ürəyində  yer 

ayırmısan.  Mən  də  söz  verirəm  ki,  öz  nəfəsimlə  sənin  o 

zərif ürəyini qızdıracam. 

-  Migel,  artıq  mənə  məlumdur  ki,  sən  mənim  atamın 

birinci köməkçisi təyin olunmusan. - deyə Floirida iftixarla 

dilləndi.  -  Siz  yola  düşəndən  sonra  mən  anama  bizim 

aramızda olan münasibətlər haqqında danışacam. Mənə elə 

gəlir,  anam  bu  həqiqəti  bilsə,  pis  olmaz.  Onsuz  da  mən 

sənin yolunu səbirsizliklə gözləyəcəm. 

-  Nə  deyirəm  ki,  sən  bilən  məsləhətdir,  -  deyə  Migel 

etiraz etmədən təbəssüm hissi ilə dilləndi. - ananın acığına 

gəlməyəcəksə, aramızda olan həqiqəti qoy o, da bilsin. Təki 

bizim ayrılığımız uzun çəkməsin. 

-  Migel,  arxayın  ola  bilərsən,  mən  sənin  yolunu 

səbirsizliklə  gözləyəcəm.  Hazırda  məni  necə  görürsənsə, 

qayıdanda  da  elə  görəcəksən.  Təkcə  sənin  bütün  işlərin 

uğurlu olsun. 

Bundan  sonra  onların  arasındakı  söhbət  uzun  çəkmədi. 

Aralarında  yaranan  sükutdan  istifadə  edən  məhəbbət 



                                                     

 

  



                                                                            

                                                    

201 

aşiqləri  bir-birilərinə  ehtiraslı  öpüşlər  yağdırmağa  başla-



dılar. Alaqaranlıq olan bu otaq onlar üçün həddindən artıq 

işıqlı görünürdü. Sanki bütün ətraf Günəşin qızdırıcı şüaları 

ilə  işiqlanır  və  məhəbbət  aşiqləri  bu  şüalardan  özləri  üçün 

enerji  toplayaraq,  bir-birlərinə  ötürüb  özlərini  bihuş 

edirdilər.  Elə  bil  onlar  həmin  Günəşin  şüaları  altında  bişir 

və  bədənləri  alovlanırdı.  Birdən-birə  onların  bədənlərində 

cansıxıcı  havadan  tər  əmələ  gəldi  və  ikisinin  də  əynikdəki 

geyimlər  su  içində  oldu.  Heç  özünün  xəbəri  olmadan 

Migelin  əynindəki  köynəyinin  bütün  düymələri  açılmışdı 

və  həmin  köynək  əyindən  çıxarılmaq  üzrə  idi.  Floridanın 

əynindəki  xələt,  istidənmi,  yoxsa  məhəbbətinin  yüksək 

ehtirası  nəticəsindənmi,  yavaş-yavaş  onun  əynindən  sürüş-

məyə  və  qızın  məstedici  ağ  ipək  kimi  zərif  bədəni  çılpaq 

şəkildə  gözə  çarpmağa  başladı.  Xələtinin  düymələrinin 

açılmasından  Floridanın  xəbəri  yox  idi.  Hazırda  həm  o, 

həm  də  Migel  eşq  hissiyyatına  düçar  olmuş  və  nəzarətli 

altında  olan  hərəkətlərini  əldən  buraxmışdılar.  Florida 

yarıçılpaq  halda,  bihuş  çarpayısına  uzanan  zaman  Migel 

yavaş-yavaş  özünə  gəlməyə  başladı.  O,  qızı  belə  bir 

vəziyyətdə  görəndə  sanki  yuxudan  ayıldı.  Tərəddüd  etmə-

dən  Floridanın  üstünü  ağ  örtüklə  örtdü  və  əynindəki 

köynəyinin  yaxasını  elə  bədənində  möhkəmlətdi.  Yüksək 

ehtirasa  malik  olan  Florida  həmin  məqamda  məhəbbət 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə