  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə52/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   48   49   50   51   52   53   54   55   ...   154

                                                     

 

  



                                                                            

                                                    

206 

-  Mən,  səni  vacib  işə  görə  çağırtdırmışam.  -  deyə  qoca 



səyyah  təqdiredici  tərzdə  dilləndi  və  masanın  üstündəki 

qədəhdən bir az su içib təmkinlə sözünə davam etdi. - Sənə 

bildirmək istəyirəm ki, bizim daxil olduğumuz ekspedisiya 

indiki zamanda ən ağır bir missiyanı yerinə yetirəcək. Mən 

deyərdim  ki,  bundan  ağır  missiya  ola  bilməz.  Qorxmaz 

araukanları məğlub edib onların ölkəsini fəth etmək qeyri-

mümkün  bir  işdir.  Lakin  buna  baxmayaraq,  mən  budəfəki 

müvəffəqiyyətimizə  inanıram.  Birincisi,  ona  görə  ki, 

ekspedisiyanın başında kapitan Xuan Odovaldo kimi qorx-

maz,  mərd,  bacarıqlı  və  təcrübəli  zabit  durur,  ikincisi,  isə 

bu ekspedisiyanın tərkibində çoxlu oldu silahla silahlanmış 

əsgərlər var.  

Səni  bura  çağırmaqda  məqsədim  başqadır.  Əvvəlcədən 

sənə  dediyim  kimi  biz  ən  ağır  və  təhlükəli  bir  missiyanı 

yerinə yetirmək üçün İspaniyanı tərk edirik. Bu ekspedisiya 

zamanı hər bir şey ola bilər. Mənim artıq doxsan yaşım var. 

Orada  baş  verəcək  döyüşlərin  birində  mən  həlak  ola 

bilərəm.  Araukanlar  həmişə  bizimlə  döyüşəndə  gözlənil-

məz  hücumlara  keçirlər.  Belə  olan  vəziyyətdə  müqavimət 

göstərmək xeyli çətinləşir. 

- Nə qədər gec deyilsə, ekspedisiyanın tərkibindən çıx, - 

deyə Migel babasına səmərəli təklif verdi və öz fikrini ona 

tam  çatdırmaq  üçün  səbirsizliklə  sözünə  davam  etdi.  -  Bu 



                                                     

 

  



                                                                            

                                                    

207 

ekspedisiya  doğrudan  da  hər  bir  döyüşçü  üçün  çətinlik 



törədəcək. Bu yaşda (o, babasını nəzərdə tuturdu) Atlantik 

okeanının keçidinə hər bir adam dözə bilməz. Okeanı... 

- Mənə qulaq as, - deyə qoça səyyah narazı halda nəvə-

sinin  sözünü  kəsdi  və  hüznlə  başını  tərpədərək  qətiyyətlə 

sözünə  davam  etdi.  -  mən,  okeanlarda  çox  üzmüşəm  və 

orqanizmim  bu  mühitə  çox  gözəl  uyğunlaşıb.  Ekspedisi-

yanın  yürüşü  məni  narahat  etmir.  Doxsan  yaşım  olmasına 

baxmayaraq,  mən  bir  çoxlarından  sağlamam.  Mən  yalnız 

döyüş zamanı öz dünyamı dəyişə bilərəm. 

Sən  artıq  uşaq  deyilsən.  Dünyada  nə  baş  verdiyini  öz 

gözünlə  görüb  dərk  edirsən.  Bizim  imperiya  yavaş-yavaş 

nüfuzunu  Avropada  itirməyə  başlayır.  İngiltərə  öz 

hegemonluğunu  artırır.  İki  il  bundan  əvvəl  biz La-Manşda 

ingilis  donanmasına  məğlub  olanda  İngiltərənin  nüfuzu 

bütün Avropada artdı. Bizim “Məğlubedilməz armada”mız 

biabırcasına  məğlub  oldu.  Bütün  bunlar  da  hakimiyyətdə 

olan  hakimlərin  və  sərkərdələrin  səriştəsizliyi  ucbatından 

baş verib. İndi isə Avropada nüfuzumuzu qaytarmaq sayə-

sində heç bir iş  görülmür. Bütün qüvvələrimizi İngiltərəyə 

qarşı  səfərbər  etməkdənsə,  biz  Osmanlı  imperiyasına  qarşı 

düşmənçilik  siyasəti  aparır,  düşmənlərimiz  isə  bundan 

istifadə edirlər. Sözüm onda deyil, siyasətdə kim güclü ağıl 

işlədirsə,  o  da  hər  cəhətcən  üstünlük  qazanır.  İngiltərə 



                                                     

 

  



                                                                            

                                                    

208 

bizim  gücümüzü  zəiflətmək  üçün,  okeanın  o  tayında 



İspaniyaya  üz  tutan  gəmilərə  və  hətta  gəmi  karvanlarına 

qarşı  dəniz  quldurları  göndərir.  Bizim  inkişafımızı  yüksəl-

dən,  xəzinəmizə  küllü  miqdarda  xeyir  verən  qiymətli 

metallar,  imperiyamızın  kaloniyalarından  gətirilir.  İngilis 

dənizçiləri  isə  kraliça  tərəfindən  dəstəklənərək,  dəniz 

quldurları  adı  altında  bizim  karvanlara  hüçum  edir  və 

gəmilərdəki  qiymətli  yükləri  ələ  keçirirlər.  Başa  düşürsən 

mən  nə  demək  istəyirəm?  Hazırda  Karib  dənizində  İspan 

donanması yox, mənşəli ingilis olan dəniz quldurları ağalıq 

edirlər.  İş  o  yerə  çatıb  ki,  korsarlar  okeanın  o  tayında 

yerləşən  bizim  şəhərlərə  və  limanlara  hücüm  edib  orada 

yaşayan  mülki,  hərbi  və  ticarətlə  məşğul  olan  soydaşları-

mızı  qarət  edib  vəhşicəsinə  öldürür,  əsirləri  isə  qul 

bazarlarında  satırlar.  Bu  bizim  imperiya  və  millət  üçün 

biabırçılıqdan  başqa  bir  şey  deyil.  Bu  biabırçılığın  qarşısı 

hökmən  alınmalıdır.  Hayıf  ki,  mən  həddindən  artıq 

qocayam, yoxsa hazırda nə edəcəyimi çox yaxşı bilərdim. 

-  Bunu  mən  də  çox  yaxşı  bilirəm,  -  deyə  Migel  qeyri-

müəyyən  tərzdə  dilləndi  və  babasına  müəmmalı  tərzdə 

nəzər salıb sözünə davam etdi. - Tutalım ki, sən cavan olay-

dın, axı sən nə edə bilərdin? Necə olsa da sən nə hakimiy-

yətdə  yüksək  vəzifə  tutursan,  nə  də  ki,  iri  bir  donanmanın 

admiralısan? 



                                                     

 

  



                                                                            

                                                    

209 

-  Sözümün  canı  olduğundan  mən,  sənə  öz  çoxdankı 



dərdimi  açıb-söyləyirəm.  -  deyə  qoca  səyyah  məyus  halda 

dilləndi,  sonra  isə  tərəddüd  etmədən  səbirsizliklə  sözünə 

davam  etdi.  -  Sən  bilirsən  də  polkovnik  Alonso  Odovaldo 

hansı  işlə  məşğuldur?  O,  bütün  Kataloniyada  ən  təcrübəli 

və  bacarıqlı  dənizçilərdən  ibarət  böyük  bir  komanda 

toplayıb.  Komanda  hazır  olandan  sonra  Alonso  öz  puluna 

aldığı  gəmi  ilə  korsarlara  qarşı  döyüşmək  üçün  Karib 

dənizinə yollanacaq. Düzdür, bizim ekspedisiya İspaniyaya 

qayıtmayınca, o, Kataloniyanı tərk etməyəcək. Daha doğru-

su,  biz  vaxtında  Barselonaya  qayıtmasaq,  o,  özü  bizim 

ardımızca  Anqud  körfəzinə  yollanacaq.  Ondan  sonra  isə 

Karib  dənizində  dəniz  qulduralarına  qarşı  mübarizəyə 

başlayacaq.  Sən  bilərsən  də  o,  İspaniyanı  nə  qədər  çox 

sevir. Əsl vətənpərvər adam Alonso Odovaldo kimi hərəkət 

etməlidir. 

Mənim arzum o idi ki, səndə mənim kimi səyyah olasan 

və  coğrafi  kəşflər  tarixinə  az-çox  xeyrin  dəysin.  Dünyada 

hələ  kəşf  edilməmiş  torpaqlar  çoxdur.  Ancaq  nə  etmək 

olar? Kəşf edib imperiyanın tərkibinə qatdığımız torpaqları 

yağı  düşməndən  qorumaq  lazımdır.  Həmin  torpaqların 

əldən  çıxma  təhlükəsi  var.  İngilislərlə,  fransızların  gözləri 

bizim  torpaqlardadır.  Ədviyyat  adaları  və  ona  yaxın  olan 

ərazilər hər bir inkişaf  etmiş dövləti  yaman  çox maraqlan-



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə