  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə28/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   24   25   26   27   28   29   30   31   ...   154

                                                     

 

  



                                                                            

                                                    

110 

və  dəfələrlə  araukanlara  qarşı  qızğın  döyüşlərdə  iştirak 



edib. 

- Əgər elədirsə, onda gərək biz onu buraya dəvət edək. - 

deyə kimsə arxayıncasına yerindən qışqırdı. 

-  Kapitan  Rodrigesin  nəvəsi  buradadır,  onu...  -  deyə 

kimsə yerindən qışqırmaq istədi və kapitan Xuanın işarəsilə 

hamı sakitləşdi. 

Migel  gördü  ki,  içəridəkilər  ondan  söz  gözləyir  və 

demək  olar  ki,  hamı  baxışlarını  ona  tərəf  yönəltmişdi. 

Migel isə ağlına belə gətirə bilməzdi ki, babasının yerinə bu 

qədər  zadəgana  necə  izahat  versin.  O,  yalnız  babasından 

eşitmiş,  Araukan  ölkəsinin  təxmini  ölçüsünü  deyə  bilərdi. 

Sükut  içində  olan  zadəganlar  eşidəndə  ki,  Araukan 

ölkəsinin  ərazisi  nə  Portuqaliya  krallığı,  nə  də  ki,  həmin 

krallığın  yarısı  boydadır,  sadəcə  olaraq  uzağı  otuz  min 

kvadrat metr təşkil edir. Onda zalda yenə də hay-küy qopdu 

və  hamının  arasında  daxili  canlanma  hiss  olundu.  Hətta 

bütün  bunlara  şübhə  ilə  yanaşan  kimsə,  yenə  də  qoca 

Rodrigesin buraya dəvət olunmasını tələb etdi. 

-  Sakit  olun,  sakit.  -  deyə  kapitan  Xuan  içəridəkiləri 

sakitliyə  dəvət  etdi  və  tam  olmayan  sükut  zala  dolanda  o, 

iradə  ilə  sözünə  davam  etdi.  -  Siz  nədənsə,  narazlıq  edir-

siniz?  Kimin  sözü  varsa,  qoy  desin.  Daha  səs-küy  qopar-

maq  nəyə  gərəkdir?  O  ki,  qaldı  kapitan  Rodriges  Karta-



                                                     

 

  



                                                                            

                                                    

111 

henanın buraya dəvət olunması, bu mümkün olan şey deyil. 



Kapitan  Rodrigesin  artıq  doxsan  yaşı  var  və  həmin  qocanı 

yerindən  tərpədib  buraya  gətirmək,  bizim  tərəfdən  kobud 

bir  hərəkət  olar.  Lakin  sizə  bildirmək  istəyirəm  ki,  yaxın 

günlərdə  mən  idarə  heyəti  ilə  birlikdə  qoca  dəniz  səyyahı-

nın yanına gedib ondan lazımi məsləhətlər almalı və ekspe-

disiyamız  üçün  məlumatlar  toplamalıyam.  Gəlin,  sakitliyə 

riayət edək. İndi isə kimin sualı varsa, qoy versin. 

Əlbəttə,  ilk  zərbəni  heç  kim  öz  üzərində  götürmək 

istəmirdi.  Bu  hal  sonradan  həmin  adama  xeyir  gətirməyə-

cəkdi.  Lakin  heç  kim  öz  fikrini  söyləməsə,  deməli  hamı 

həmin müqavilə ilə razı idi. 

- Şəxsən bu  müqavilə  məni qane edir.  - deyə  Sebastyan 

qətiyyətlə dilləndi və əqidəsini açıqlamaq üçün açıq ürəklə 

sözünə  davam  etdi.  -  Şəxsən  mən  ömrünün  axrına  kimi 

Barselonada yaşamaq istəyirəm. 

- Eləçə də mən. - deyə Osvaldo dostu ilə razılaşdı. 

Migelin  fikri  isə  hamıya  bəlli  idi.  O,  da  babası  kimi 

bütün  İspaniyanı  dünyanın  hər  bir  nöqtəsinə  dəyişməz  və 

öz  məqsədinə  nail  olandan  sonra  əbədi  olaraq  İspaniyaya 

qayıdacaqdır. Lakin o, babasına nisbətən Barselonadan çox 

Seviliyada  yaşamaq  istəyir.  Ona  görə  ki,  təkcə  Migelin  və 

onun dostlarının fikri buradakı məsələni həll edə bilməzdi. 

Başqalarının  da  fikrini  burada  eşitmək  maraqlı  olardı. 



                                                     

 

  



                                                                            

                                                    

112 

Buraya  yığlışanların  bəziləri  müqavilədəki  maddələrlə,  bə-



ziləri yalnız araukanlarla maraqlanırdı, bəziləri isə pul əldə 

etmək  üçün  bu  ekspedisiyada  iştirak  edirdi.  Lakin  bu 

məsələyə  ciddi  yanaşılsa,  gərək  hamını  araukanlar  və 

onların  döyüş  qabiliyyəti  maraqlandırmalı  idi.  Qraf  Filipp 

sualların verilmədiyini görüb tərəddüd edənləri qabaqlamaq 

üçün ayağa qalxıb cəsarətlə dedi: 

- Möhtərəm sinyorlar, mənə elə gəlir ki, bu bölgüdən heç 

kim narazı ola bilməz. Çünki bizim zəbt edəçəyimiz torpaq 

ən  azı  Kataloniya  hersoqluğu  boydadır  və  hamıya  lazımi 

qədər  torpaq  çataçaq.  İş  ondadır  ki,  bu  bölgünün  bir 

əmması  var.  Biz  bu  torpaqları  zəbt  edəndən  sonra  hər  bir 

mülkədar  mütləq  beş  il  müddətində  həmin  torpaqda  qalıb 

yaşamalıdır.  Qonşuluqda  yaşayan  hindu  tayfaları  görməli-

dirlər  ki,  bu  ərazidə  yaşayan  var  və  həmişəlik  həmin 

torpaqlardan əl çəkməlidirlər. Başa düşürsünüz, bu həm də 

öz təhlükəsizliyimizi təmin etmək üçün ən yaxşı üsullardan 

biri  sayılır.  İşdir,  hər  hansı  bir  sahibkar  vaxtından  əvvəl 

həmin  torpağı  tərk  etsə,  onda  həmin  torpaq  qonşuları 

arasında tən yarı bölünəcəkdir. 

-  Sinyor  qraf,  bu  çox  gözəl  bir  qərardır.  -  deyə  kapitan 

Alonso  təqdiredici  halda  dilləndi.  -  Bircə  sualım  var  sizə, 

hindularla  döyüş  vaxtı  işdir,  ekspedisiya  iştirakçılarından 

kimsə  həlak  oldu,  onda  onun  payına  düşəcək  torpağın 



                                                     

 

  



                                                                            

                                                    

113 

aqibəti  necə  olacaq?  Araukanlarla  döyüş  zamanı  bizim  də 



sıralarımızda itki olacaq. 

- Bu şərti də biz həll etmişik. - deyə qraf Filipp tərəddüd 

etmədən  cavab  verdi  və  üzünü  kapitan  Alonsodan  çəkib 

ehtiramla  bütün  içəridəkilərə  izah  etməyə  başladı.  –  Arau-

kanlarla  bizim  aramızda  müharibə  qurtaran  kimi  həlak 

olanların  torpaqları,  orada  təşkil  olunacaq  auksionda 

satılacaq və həmən vəsait notariusun əli ilə həlak olanların 

ailələrinə çatdırılacaq. 

- Sözsüz ki, həmin torpaqları ən pullu zadəgan alacaq. - 

deyə kimsə yerindən replika atdı. 

Bu replika qraf Filippə təsir etsə də, o özünü bilməməz-

liyə  vurdu.  Söz  yox  ki,  kimin  pulu  çoxdursa,  o  da  həmin 

torpaqların  sahibi  olacaq.  Həmin  zəbt  olunmuş  torpaqları, 

vətənindən  ayrılmaq  istəməyən  sağ  qalan  ekspedisiya 

iştirakçıları  auksionda  satacaq.  Görəsən,  həmin  satış  hansı 

şərtə  uyğun  olacaq.  Bunu  aydınlaşdırmaq  üçün  Sebastyan 

qalxıb qrafa müraciətlə dedi: 

- Bu şərtlərdən şəxsən mən razıyam. Ancaq mən bir şeyi 

aydınlaşdırmaq istəyirəm. Mən indidən deyirəm ki, bir çox 

döyüşçülər  kimi,  ispan  gücünü  və  silahını  nümayiş 

etdirmək  üçün  Mərkəzi  Çiliyə  gedirəm.  Bilmək  istəyirəm, 

mənə  məxsus  olacaq  torpağı  auksionda  sata  biləcəm,  ya 

yox? Bu məsələ bir çoxlarını maraqlandırır. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə