  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə24/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   20   21   22   23   24   25   26   27   ...   154

                                                     

 

  



                                                                            

                                                    

94 

çiçəklə dolu geniş bağçanı gəzərək həmin gözəllikdən həzz 



almaqda sərbəst idi. Bu zala daha iki otaq birləşirdi: onların 

biri istirahət otağı idi, o birində isə kim istəsə bir-biriləri ilə 

rahat  söhbət  edə  bilərdilər.  Qonaqları  bütün  bunlarla  tanış 

etmək  üçün  evdə  ayrılmış  xüsusi  qulluqçular,  topa-topa 

dayanmış  adamlara  yaxınlaşıb,  onlara  qısaca  izahat  verir-

dilər.  Kimin  ürəyi  nə  istəyirdisə,  həmin  şeydən  də  istifadə 

edə  bilərdi.  Şənlik  və  buradakı  hər  bir  şərait  yaxşı  təşkil 

olunmuşdu. 

Birdən-birə zala müəyyən sakitlik çökdü. Hamı nəzərini 

zalın qapısına tərəf yönəltdi. İçəriyə bir zabit daxil oldu və 

Migelgilə nəzər salan kimi onlara tərəf yeridi. Migel dərhal 

həmin zabiti tanıdı. Bu, Barselonanın ən nüfuzlu adamların-

dan biri olan polkovnik Alonso odovaldo de Kamaço idi. 

Alonsoya heç ortaboy da deyildi, o, bir balaca alçaqboy, 

ortabab  bədənli,  fiziki  cəhətcən  möhkəm,  gözəl  görünüşü 

olan,  qırx  yaşlı  ciddi  baxışlı  bir  adam  idi.  Onun  balaca 

burnu,  kiçik  ağzı,  nazik  dodaqları,  böyük  olmayan  gözləri 

bənizinə  xususi  gözəllik  verirdi  və  o,  belə  bir  xarici 

görünüşü ilə hər bir sinyoraya xoş gələ bilərdi. Vəzifəsinin 

bu qədər yüksək olmasına baxmayaraq, o, özünü çox sadə 

aparır  və  hər  bir  zadəganla  xoş  rəftar  edirdi.  Onun  həm 

Katalon  hersoqunun,  həm  də  İspaniya  kralının  yanında 

böyük hörməti vardı. Alonso on səkkiz yaşından Niderland-



                                                     

 

  



                                                                            

                                                    

95 

da  inqilabçılara  qarşı  böyük  fədakarlıqla  döyüşmüşdür. 



Onun,  Niderlandın  canişini  tanınmış  hersoq    Alba  Ferdi-

nand Alvares de Toledonun yanında həddindən artıq böyük 

hörməti  olmuşdu.  1571-ci  ildə  türklərə  qarşı  Lepanto 

döyüşündə iştirak etmişdi. O, 1580-ci ildə vətənə qayıtmış 

və  bir  də  Antverpenin  alınmasında  (1585)  iştirak  etmişdi. 

“Məğlubedilməz    armada”nın  tərkibində  (1588)  Qravelin 

döyüşündə  ingilislərə  qarşı  xüsusi  fədakarlıqla  döyüşərək 

həmin döyüşdən güclə salamat çıxmışdır. 

Migel  elə  bilirdi  ki,  Alonso  qardaşına  görə  bu  masaya 

yaxınlaşır.  Həqiqətdə  isə  o,  keçmiş  dəniz  səyyahına  görə 

onlara  yaxınlaşmışdır.  Migel  keçmiş  ustadını  görən  kimi 

ruhlandı. Polkovnik yaxınlaşan kimi o, mərhəmətlə keçmiş 

ustadına təzim edir və onu salamlayaraq ehtiramla dedi: 

- Möhtərəm sinyorlar, polkovnik don Alonso Odovaldo 

de Kamaço. 

Qoca səyyahdan başqa hamı ayağa qalxıb onu salamla-

dılar. Vəziyyəti belə görən qoca səyyah idalqoya xoş nəzər 

salıb  ayağa  qalxmaq  istədi,  lakin  polkovnik  əlini  onun 

çiyninə qoyub nəzakətlə dedi: 

-  Sinyor  Kartahena,  bircə  o  qalmışdı  ki,  siz  də  mənim 

qarşımda ayaq üstə qalxasınız. İlk növbədə, mənim xahişi-

mi  və  dəvətimi  qəbul  etdiyiniz  üçün  sizə  öz  minnət-




                                                     

 

  



                                                                            

                                                    

96 

darlığımı  bildirirəm,  həqiqətən  də  sizin  gəlişiniz  mənim 



ürəyimi açdı. 

- Don Alonso, iltifatınıza görə çox sağ olun, ancaq məni 

çox tərifləməyin,  yoxsa qanad  açıb bu işıqlı zalda uçmağa 

başlayaram. - nadir hallarda sevinən qoca səyyahın üzündə 

təbəssüm sezilirdi, o, ehtiramla baş əyib sözünə davam etdi. 

–  Açığını  desəm,  mən  də  sizi  görməyimə  çox  şadam. 

Yaxşıdır ki, sizin kimi komandanlar hələ də İspaniyada var 

və hər bir cəngavər və döyüşçü sizin kimi sərkərdə ilə fəxr 

edə bilər. Don Alonso, bilirəm ki, siz təvazökar adamsınız. 

Lakin  yadda  saxlayın  ki,  bu  tərif  deyil,  sadəcə  olaraq,  əsl 

həqiqətdir  ki,  mən  sizə  söylədim.  Sözsüz  ki,  hamı  bu 

fikirdədir. 

- Sinyor Kartahena, bu tərifinizə görə sizə təşəkkürümü 

bildirirəm. - deyə polkovnik dilləndi. – Həqiqətən də sizin 

gəlişiniz mənim ürəyimdən oldu. 

-  Don  Alonso,  mən  öz  sözlərimin  üstündə  dururam,  - 

deyə  qoca  səyyah  üzünə  ciddi  ifadə  verib  və  sağ  qaşını 

qaldıraraq təmkinlə sözünə davam etdi. – bilirsiniz, mən bir 

çox  şəxsiyyətlərlə  oturub-durmuş  və  onlarla  bir  çox 

səyahətlərdə  iştirak  etmişəm.  Ən  çox  xətrini  istədiyim 

adam  isə,  adı  tarixə  düşmüş  məşhur  dəniz  səyyahı,  təcrü-

bəli,  bacarıqlı  dənizçi  və  qorxmaz  adam  olan  Fernan 

Magellan  olub.  Siz  öz  hərəkətlərinizlə,  mənə  onu  xatırla-



                                                     

 

  



                                                                            

                                                    

97 

dırsınız.  Nə  vaxt  sizi  görürəmsə,  həmin  anda  mərhum 



Fernan  Magellan  gözümün  qabağında  durur.  Siz  dəniz 

səyyahı olsaydınız, çoxdan bütün Avropada ad çıxarardınız. 

Çox  təəssüflər  olsun  ki,  siz  həyatınızı  hərbi  xidmətə 

bağladınız. Çox təəssüflər. 

Bu  sözlərdən  sonra  polkovnik  ağır  xəyallara  daldı. 

Birdən-birə  tarixin  köhnə  səhifələri  onun  gözlərinin 

qabağında  vərəqləndi.  Müəyyən  mənada  polkovnik  öz 

keçmişindən narazı idi. Bəlkə də qoca səyyahın sözlərindən 

sonra  o,  bir  anlığa  səyyah  olmaq  istədi?  Qəlbində  hansı 

fikirlər  olursa-olsun,  o,  bəzən  bunları  öz  dostlarına 

açıqlayırdı.  Elə  bu  anda  Alonso  sanki  yuxudan  ayılmış  və 

qoca səyyahın üzünə müəmmalı nəzər salıb ehtiramla dedi: 

-  Sinyor  Kartahena,  əksəriyyəti  elə  hey  deyir  ki,  mən 

təzədən  anadan  olsaydım,  öz  həyatımı  başqa  cür  yaşayar-

dım.  Elə  mənim  özüm  də  əsrin  ən  iri  döyüşləri  varsa, 

onların  ikisində,  Lepanto  (1571)  və  “Məğlubedilməz 

armada”nın  La-Manşdakı  döyüşlərində  iştirak  etmişəm. 

Daha  dəqiq  desəm,  bunlar  əsrin  ən  iri  dəniz  döyüşləri 

sayılır.  Həmin  döyüşlərin  birində  qalib  gəlmiş,  o  birisində 

isə  məğlub  olmuşam.  Birinci  döyüşdə  bizim  iştirak 

etməyimiz  heç  də  vacib  deyildi,  ancaq  həmin  döyüşdə  biz 

qalib gəldik. İkinci döyüşdə isə bizə qalibiyyət  əldə etmək 

hava-su  kimi  lazım  idi,  lakin  həmin  o  döyüşdə  biz  XVI 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə