  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə23/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   19   20   21   22   23   24   25   26   ...   154

                                                     

 

  



                                                                            

                                                    

90 

etmək onun üçün xeyli maraqlı və şərəfli idi. Kapitan Xuan 



da  başa  düşdü  ki,  bu  təklif  Migelin  ürəyindən  deyil  və 

söhbətin məzmununu dəyişmək üçün istehza ilə dedi: 

-  Sinyor  Kartahena,  qardaşım  Alonsonun  oğlu  Kamaço 

iki illik



 

əsirlikdən sonra öz evinə qayıdıb. Bildiyiniz kimi o, 

“Məğlubedilməz  armada”nın  tərkibində  idi  və  Qravelin 

yaxınlığındakı  döyüşdə  ingilislərə  əsir  düşmüşdü.  Alonso 

on min dukata Kamaçonu əsirlikdən azad edib. Beş gündən 

sonra  yəni,  sentyabrın  1-də  qardaşım  öz  evində  oğlunun 

şərəfinə bal təşkil edir və sizi Migel ilə birlikdə həmin bala 

dəvət  edir.  Bundan  əlavə  Seviliyada  yaşayan  coğrafiya-

şünas  Bartolomeu  Salvatyero  da  bütün  ailəsi  ilə  birlikdə 

həmin bala dəvət olunub. Əgər çətin deyilsə, Migel həmin 

dəvətnaməni  Seviliyaya  çatdırardı.  Seviliyaya  getməyə 

imkan olmasa, əvvəlcədən bizə xəbər verin. 

Rodriges  söz  deməyə  hazırlaşdı  ki,  kapitan  Xuan  ona 

imkan  verməyərək,  tələsik  sözünə  davam  edib  üzrxahlıqla 

dedi: 

- Sinyor Kartahena, başa düşürəm nə demək istəyirsiniz. 



Qoca olduğunuz üçün gələ bilməyəcəksiniz. Ancaq onu da 

bilin  ki,  sizin  iştirakınız  bizim  üçün  şərəfli  olacaq.  Sizə 

əziyyət  olmasın  deyə,  mən  şəxsən  özüm  karetlə  dalınızca 

gəlib  sizi  rahat  evimizə  apararam.  Sizin  iştirakınız  həmin 

balı  Günəş  şüası  kimi  işıqlandıracaq.  Bir  çox  zadəganlar 



                                                     

 

  



                                                                            

                                                    

91 

sizinlə  yaxından  tanış  olmaq  isəyirlər.  Necə  olsa  da,  siz 



bizim şəhərdə ən hörmətli dəniz səyyahısınız. 

 

 

 

       IX fəsil. Kamaço Odovaldonun şərəfinə  

                           verilən bal 

 

Axşam  saat  9-da  qonaqlar  Rodrigeslə  vidalaşıb  yola 



düşmək  üçün  aşağı  endilər.  Karet  həyəti  tərk  edəndə 

kapitan Xuan atını qapının ağzında saxlayıb Migeli yanına 

çağırdı. 

Xuan o qədər də hündür olmayan, enlikürək, iri qamətli, 

möhkəm bədənli otuz bir yaşlı bir zabit idi. Köynəyinin üst 

düymələri  açıq  olduğundan  onun  sinəsinin  nə  qədər  iri 

olmasını görmək olurdu.Zabitin möhkəm qolları və ayaqları 

güclü  əzələlidir.  Enli  sifətini  bığ  və  saqqal  örtsə  də,  onun 

yaraşıqlı  bənizi  bir  çox  subay  xanımların  diqqətini  çox 

asanlıqla  özünə  cəlb  edə  bilərdi.  O  qədər  də  iri  olmayan 

gözlərinin  üstünü  qalın,  lakin  hamar  qaşlar  örtürdü. 

Baxışlarından onun hiyləgər olmamasını hamı ayırd edirdi. 

Sözü üzə deyəndir. Başının qəhvəyi seyrək saçları ortadan 



                                                     

 

  



                                                                            

                                                    

92 

ayrılmış  və  az  qala  çiyinlərinə  çatırdı.  Xuan  həmişə  asta 



hərəkət  edər  və  tələsməyi  xoşlamırdı.  Amma  hirslənəndə, 

xüsusən  də  döyüşlərdə  olan  zaman,  pişik  kimi  rəqibinin 

üstünə atılır və onu ram etməmiş əl çəkən deyildi. O, fiziki 

cəhətcə çox möhkəm idi və qolunun gücünə görə Barselo-

nada  güclü  adamlardan  biri  sayılırdı.  Qılınc  oynatmaqda 

tək-tük  adamlar  onunla  bacarırdı.  Əzizlərini  təəccüblən-

dirən  hal  o  idi  ki,  evlənmək  barəsində  söz  düşəndə,  bunu 

qəti  şəkildə  inkar  edir  və  subay  qalmağı  xoşlayırdı.  Lakin 

gözəl  qadınlarla  dostluq  etməkdən  heç  vaxt  boyun  qaçır-

mırdı. 


- Migel, əgər çətin deyilsə, sabah dostlarınla birgə bizə 

gəl.  –  Xuan  səmimiyyətlə  dilləndi  və  sağollaşmaq  üçün 

əlini  ona  tərəf  uzadıb  ehtiramla  əlavə  etdi.  –  Mümkünsə, 

özünüzü günorta yeməyinə çatdırın.  

Migel razılığını bildirən kimi kapitan atını birbaşa atını 

karetin ardınca sürdü.   

Kapitan  Xuanın  məqsədi-məramı  bəlli  idi.  Migelgil 

deyilən  vaxt  ora  gedəndə  o,  böyük  bir  təkidlə  köhnə 

döyüşçüləri  öz  ekspedisiyasına  dəvət  etdi.  Onlara  böyük 

imtiyazların veriləcəyini söz verərək, istədiyinə nail olur.  

Ertəsi günü Migel yalnız axşam tərəfi saat 4-də yuxudan 

ayıldı.  Osvaldo  ilə  Ameriqo  bağda  gəzişirdilər.  Coğrafiya-

şünas  aynabənddə  əyləşib  qoca  səyyah  ilə  maraqlı  söhbət 



                                                     

 

  



                                                                            

                                                    

93 

edirdi. Qısa hazırlıqdan sonra saat 6-da Migel bala getməyi 



evdəkilərə bildirdi 

Migelgil  polkovnik  Alonsonun  evinə  gələndə  artıq 

qonaqların əksəriyyəti qonaq zalına toplaşıb şənlikdə iştirak 

edirdilər. İçəri girən qonaqlar zaldakılara təqdim olundular. 

Bütün  zal  demək  olar  ki,  qonaqla  dolu  idi.  Hamı  zalın  bir 

tərəfində  toplaşıb  bir-biri  ilə  müxtəlif  mövzuda  söhbər 

edirdilər,  bəziləri  isə  zalda  çalınan  musiqiyə  qulaq  asırdı. 

Demək  olar  ki,  zala  toplaşanların  səksən  faizi  sifətlərinə 

maska  taxmışdı.  Yalnız  yaşlı  zadəganlar  üzlərini  açıq 

saxlayırdılar.  Evin  əsas  otağını  təşkil  edən  nəhəng  zal 

saysız-hesabsız  şamdanlarla  bəzədilmiş  və  həmin  şamlar 

içərini  tam  işıqlandırmışdı.  Hamı  maraqla  zalı  nəzərdən 

keçirirdi. 

Pəncərələr arasındakı divarlar portret şəkillərlə bəzədil-

miş,  əks  divarda  isə  Təbriz  xalçaları  asılmışdı.  Zalın  həm 

bu,  həm  də  o  başında  musiqiçilər  əyləşmiş  və  ortada 

dayanmış  adamın  işarəsi  ilə  sifariş  olunan  melodiyanı 

çalırdılar.  Bu  onun  üçün  belə  təşkil  olunmuşdu  ki,  çalınan 

musiqi  zalın  hər  tərəfində  eşidilsin.  Bir  sözlə,  bal  yüksək 

səviyyədə  təşkil  olunmuşdu.  Zala  bitişik  olan  kiçik  zalda 

masaların üstündə süfrə açılmış və qonaqlardan kim istəyir-

disə,  gəlib  həmin  zalda  boğazını  yaşlaya,  qarnını  bərkidə 

bilərdi.  Bundan  əlavə  kim  istəsə  idi,  həyətə  çıxıb  gül-



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə