  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə26/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   22   23   24   25   26   27   28   29   ...   154

                                                     

 

  



                                                                            

                                                    

102 

olunmalı  idi.  Qonaq  zalında  təxminən  on  beş  nəfər  adam 



vardı. Əksəriyyətini Migel sifətdən tanıyırdı. Qəribəsi də o 

idi  ki,  təşrif  buyuranların  içərisində  “Destino”  gəmisinin 

kapitanı  Manuel  Markos  da  vardı.  Görəsən,  o,  burada  nə 

edir? Yəqin ki, kapitan Markos da bu ekspedisiyada iştirak 

edəçək.  Neçə  də  olsa,  artıq  ekspedisiyanın  tərkibində  bir 

gəmi  vardı  və  bu  kifayət  idi  ki,  ekspedisiya  iştirakçılarını 

Mərkəzi  Çili  sahillərinə  çatdırsın.  Onda  belə  çıxır  ki, 

kapitan Markos başqa məqsədlə bu yığıncaqa dəvət olunub. 

Migel qiyabi tanıdığı adamlardan birinin kapitan qraf Xuan 

Morelosun yanında əyləşmişdi. Bu həmin zabit idi ki, mü-

hafizəçilərin başında durur və Migeli Luna ilə birlikdə geçə 

vaxtı  həbs  etmək  istəmişdi.  O,  qədər  də  lazım  olmasa, 

amma  həmin  zabitin  adını  bilmək  Migel  üçün  maraqlı  idi. 

Əgər həmin zabit bu yıqıncaqda iştirak edirsə, deməli, o da 

Migel ilə birlikdə bu ekspedisiyada iştirak edəcəkdir. Artıq 

həmin zabit də Migeli nəzərdən keçirmişdi. Migelgil gedib 

düz  kapitan  Markosla,  arbalyotçu  Dias  Duartenin  yanında 

əyləşdilər. 

Kapitan  Xuan  içəri  daxil  olub  oradakılara  qısaça  izahat 

verdi  ki,  yığınçaqda  bütün  ekspedisiya  iştirakçıları  iştirak 

edəçəklər.  Çünki  yalnız  bu  gün  mühüm  məsələlər  hall 

edilməsilə yanaşı, müqavilə də bağlanacaqdır. Bir çoxlarını 

müqavilənin  şərtləri  maraqlandırırdı.  Belə  çıxır  ki, 



                                                     

 

  



                                                                            

                                                    

103 

Seviliyada,  Toledoda,  Alikantedə,  Kadisdə,  Saraqosada  və 



Valensiyada  yaşayan  bütün  ekspedisiya  iştirakçıları  bu 

yığınçaqda  iştirak  edəçəklər.  Bu  müşkül  bir  iş  sayılırdı. 

Lakin qəti tədbirlərə al atan kapitan Xuan doğrundan da bu 

gün  bütün  ekspedisiya  iştirakçılarını  bu  evə  yığa  bilmişdi. 

Uzaq yol gələnlər qonaq otaqlarında istirahət edirdilər. Din-

cələnlər  dinçəlir,  gözləyənlər  isə  səbirsizliklə  saat  11-in 

tamam olmasını gözləyirdilər.  

Vaxt  tamam  olan  kimi  bütün  qonaqlar  böyük  zalda 

toplaşıb  kapitan  Xuanın  işarəsini  gözləməyə  başladılar. 

Kapitan  isə  artıq  sorğu-sual  olmasın  deyə,  bütün  içəridə-

kilərin  adlarını  birçə-bircə  təqdim  edərək,  hamını  bir-biri 

ilə tanış etdi. İçəridə kapitan Xuan ilə birlikdə düz qırx bir 

nəfər  adam  vardı.  Komandan  funksiyasını  yerinə  yetirən 

kapitan  sağ  əlini  yuxarı  qaldırmaqla,  içəridəkiləri  tam 

sakitliyə  riayət  etməyə  çağırdı.  İçəridə  sükut  yaranan  kimi 

kapitan Xuan başını dik tutub iradə ilə dedi: 

-  Mərhəmətli  sinyorlar,  hamınız  bilirsiniz  ki,  nəyə  görə 

bura  yığılışmısınız?  Ancaq  hər  ehtimala  qarşı  mən  qısaça 

arayış  vermək  məcburiyyətindəyəm.  Bildiyiniz  kimi, 

İspaniyanın  kralı  əlahəzrət  II  Filippin  razılığı  ilə  Yeni 

Dünya  sahillərində  yerləşən  Mərkəzi  Çili  torpaqına,  ispan 

əyanlarının  itaətinə  tabe  olmayan  araukan  hindu  tayfasına 

qarşı, Katalon və İspaniyanın başqa hersoqluqlarından olan 



                                                     

 

  



                                                                            

                                                    

104 

zadəganlardan  ibarət  ekspedisiya  təşkil  edilib  və  burada 



əyləşən  bütün  sinyorlar  həmin  ekspedisiyanın  iştirakçıları 

sayılırlar.  Burada  olan  qırx  bir  sinyor  bu  ekspedisiyada 

xüsusi  hüquqa  malikdir  və  ekspedisiyanın  idarə  heyəti 

tərəfindən tərtib olunmuş hüquqi sənəd ə öz imzalarını ata 

bilərlər. Söz yox ki, həmin sənəddəki şərtlərlə razı olsalar. 

-  Sinyor  kapitan,  əgər  mümkündürsə,  idarə  heyətinə 

daxil  olan  zadəganların  adlarını  bizə  deyərdiniz.  -  deyə 

cəngəvər  Sebastyan  üzrxahlıqla.  dilləndi.  -  Şəxsən  mən 

onların adlarını bilmirəm. 

- Onsuz da  bu haqda  mən ardıcıllıqla  məlumat  verəcək-

dim.  -  deyə  kapitan  təqdiredici  tərzdə  dilləndi.  -  Əgər  elə-

dirsə,  onda  ekspedisiyanın  idarə  heyəti  ilə  tanış  ola  bilər-

siniz: kapitan qraf Filipp Morelos, onun qardaşı mühafizəçi 

dəstəsinin  komandiri  kapitan  qraf  Filipp  Morelos,  mənim 

qardaşım  “Vanquardia” adlı hərbi ispan kəmisinin kapitanı 

Filipp  Odovaldo,  mühafizəçi  dəstəsinin  komandiri  leyte-

nant  Ernando  Ramires,  Kataloniya  hersoqunun  keçmiş 

favoriti leytenant Andre Le-Kont, qarnizonda arbalyotçular 

dəstəsinin  komandiri  kapitan  Alonso  Murilyo  və  keçmiş 

konkistador  leytenant  Vasko  Velaskes.  Ekspedisiyanın 

idarə heyəti yalnız mənə tabe olacaqdır. Mənim müavinim 

leytenant Andre təyin olunur.  

Ekspedisiya fəaliyyət göstərən zaman kim hansı vəzifəni 



                                                     

 

  



                                                                            

                                                    

105 

daşıyacaqsa,  tanış  ola  bilər.  Kapitan  Filipp  Morelos  10 



nəfərdən  ibarət  cəngavər,  kapitan  qraf  Xuan  Morelos  9 

nəfərdən  ibarət  mühafizəçi,  leytenant  Vasko  9  nəfərdən 

ibarət  keçmiş  konkistadorlar  dəstəsinə  başçılıq  edəçəklər. 

Həmin  dəstələrdəki  otuz  bir  nəfər  ekspedisiyanın  özəyini 

təşkil edir. İndi isə sonrakı siyahı ilə tanış olun: “Vanquar-

dia”nın  kapitanı  gəmisində  olan  bütün  42  nəfər  dənizçiyə 

və artilleriya komandiri kapitan Marsel Düranın tabeliyində 

olan  16  nəfər  kanonirə,  “Destino”  gəmisinin  kapitanı  öz 

gəmisində  olan  28  nəfər  dənizçiyə,  leytenant  Ernando 

Ramires  arkebuz  və  muşketlə  silahlanmış  40  nəfər  əsgərə, 

kapitan Alonso Murilyo 30 nəfər arbalyotçuya və nəhayət, 

leytenant  Mişel  Düran,  leytenant  Kamaço  Odovaldo  və 

leytenant  Karlos  Odovaldo  hərəsi  10  nəfəri  olan  dəstələrə 

başçılıq  edəcəklər.  Ümumiyyətlə,  bizim  ekspedisiyada  iki 

yüz iyirmi yeddi (227) nəfər adam iştirak edəcəkdir. Bu si-

yahıya dair kimin sualı varsa, verə bilər. 

İçəridəkilərin arasında səs-küy başlandı. Hərə öz fikirini 

yalnız  yanındakı  dostuna  söyləyirdi.  Migeli  maraqlandıran 

adamlardan  biri,  gecə  vaxtı  onun  qabağını  kəsmiş  həmin 

zabitin  adı  idi.  O  da  ki,  kapitan  qraf  Xuan  Morelos  idi. 

Siyahı oxunanda  Migelin vəziyyəti kəskin surətdə dəyişdi. 

Ona  görə  ki,  onun  hər  iki  dostu  cəngavər  olduqlarından 

onlar  cəngavərlər  dəstəsinə,  Migel  isə  başqa  bir  dəstəyə 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə