  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə27/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   23   24   25   26   27   28   29   30   ...   154

                                                     

 

  



                                                                            

                                                    

106 

düşmüşdü  -  mühafizəçilər  və  ya  konkistadorlar  dəstəsinə? 



Bütün bunları ayırd etmək üçün o, ayağa qalxdı və hamının 

sakitləşdiyini görüb ehtiramla dedi: 

- Sinyor kapitan, heç kimə sirr deyil ki, mən Osvaldo və 

Sebastyan  uşaqlıqdan  bir-birimizlə  dostluq  edir  və  bir-

birimizə çox möhkəm baqlıyıq. Onlar cəngavər olduqlarına 

görə  başqa  dəstəyə,  mən  isə  onlardan  aralı  düşmüşəm. 

Olmaz ki, mən də onlarla bir dəstəyə düşüm? 

-  Ilk  növbədə  biz  ekspedisiya  iştirakçılarının  daxilində 

nizam-intizamı  möhkəm  saxlamalıyıq  -  deyə  nədənsə,  qraf 

Xuan  cavab  vermək  üçün  ayağa  qalxdı  və  ekspedisiyanın 

rəisindən icazə alaraq, iradə ilə sözünə davam etdi. 

-  Möhtərəm  sinyorlar,  hamı  yadda  saxlamalıdır  ki,  biz 

Yeni Dünya sahillərinə səyahətə yox, oradakı qatı düşmən-

lə  döyüşməyə  gedirik.  Sinyor  Migel,  sizin  dostlarınız 

çəngavərdirlər,  məhz  buna  görə  də  cəngavərlər  dəstəsinə 

daxil  ediliblər.  Təəssüf  ki,  siz  cəngavər  deyilsiniz.  Cənga-

vər  titulunu  almaq  üçün  döyüşlərdə  xüsusi  şüçaət  və 

misilsiz  qəhrəmanlıq  göstərilməlidir.  Vaxtı  uzatmamaq 

üçün  bildirirəm  ki,  siz  mənim  başçılıq  etdiyim  mühafizə-

çilər  dəstəsindəsiniz  və  ekspedisiya  zamanı  yalnız  mənə 

tabe olacaqsınız. 

Qrafın  söylədiyi  kobud  ifalərinə  görə  Migel  onun 

cavabını  vermək  istədi,  ançaq  Sebastyan  onun  qolundan 



                                                     

 

  



                                                                            

                                                    

107 

tutub  aşağı  dartdı.  Migel  sakitləşən  kimi  leytenant  Andre 



ayağa qalxıb müammalı tərzdə dedi: 

-  Sinyor  kapitan,  məni  bir  şey  marqlandırır:  təçrübəli 

zabit  sayılan  qraf  Filipp  Morelosun  ixtiyarında  10  nəfər 

cəngavər  var,  leytenant  Ernando  Ramiresin  ixtiyarında  isə 

arkebuz və muşketlə silahlanmış qırx nəfər əsgər var. Bunu 

necə başa düşmək olar? 

- Sinyor, bizim cəngavərlərin və konkistadorların hər biri 

on  əsgərə  bərabərdir.  -  deyə  kapitan  Xuan  tərəddüd  etmə-

dən  çavab  verdi.  -  Bu  həqiqət  hər  bir  adama  bəllidir. 

Ümumiyyətlə,  müqaviləyə  imza  ataçaq  qırx  bir  nəfərin 

hamısı  yüksək  təçrübəli,  bacarıqlı,  qorxmaz  və  mərd 

adamlardır. Bu heyət ilə biz araukanlara diz çökdürəcəyik. - 

Sonra  o,  qədd-qamətini  düzəldib  əlinə  bir  sənəd  alaraq 

oxumağa başladı. - Möhtərəm sinyorlar, indi isə keçək əsas 

məsələyə. 

Tərtib olunmuş sənədə görə, zəbt olunacaq torpaqlar bu 

şəkildə  bölünəçək.  Zəbt  olunacaq  torpaqların  qırx  faizi 

burada  oturan  qırx  bir  nəfərin  arasında,  qalan  on  faizi  isə 

yerdə  digər  adamların,  yəni,  əsgərlərin  və  matrosların 

arasında  bölünəcək.  Sizə  bildirirəm  ki,  bu  ekspedisiyanın 

təşkil  olunması  üçün  polkovnik  Alonso  Odovaldo  II 

Filippdən icazə aldığına, ondan xüsusi imtiyazlar əldə etdi-

yinə  və  ekspedisiyanın  bütün  xərclərini  öz  üzərinə  götür-



                                                     

 

  



                                                                            

                                                    

108 

düyünə  görə,  zəbt  olunaçaq  torpağın  əlli  faizi  Odovaldo 



nəslinə,  otuz  faizi  isə  ekspedisiyanın  bütün  zadəganları  və 

zabitləri  arasında  bölüşdürüləcəkdir.  Qalan  on  faizi  sıravi 

üzvlərə veriləcək. 

İçəridə oturanların arasında canlanma baş verdi. Kim isə 

bu  bölümdən  razı,  kim  isə  narazı  idi.  hiss  olunurdu  ki, 

burada  əyləşənlərin  əksəriyyəti  bu  bölümdən  narazı  idilər. 

Əsasən də iyirmi səkkiz nəfər təşkiil edən mühafizəçilərin, 

cəngavərlərin  və  keçmiş  konkistadorların  sırası.  Döyüş 

zamanı  bütün  zərbəni  öz  üzərinə  götürəcək  bu  fədailərə 

çəmisi qırx faiz torpaq vəd edilirdi. Onlar bu qərarı ədalət-

siz adlandırdılar. İdərə heyəti burada yalnız öz mənafelərini 

güdmüşdü.  Buraya  yığışanların  demək  olar  ki,  doxsan  beş 

faizi  bilmirdi  ki,  Araukan  ölkəsinin  ərazisinin  ölçüsü  nə 

qədərdir,  hətta  həmin  ərazinin  nə  boyda  oldğunu  belə 

təsəvvürlərinə  gətirə  bilmirdilər.  Bunu  yalnız  Migel  və 

təxmini  kapitan  Xuan  bilirdi.  Zadəganların  əksəriyyəti  elə 

bilirdilər  ki,  Araukan  ölkəsi  də  Asteklərin  və  İnklərin 

imperiyasi kimi nəhəngdir. Daha bilmirdilər ki, həmin ölkə 

təxminən  Kataloniya  hersoqluğundan  azca  böyük  bir 

ərazidir. 

-  Sinyor  kapitan,  mən  sizə  bir  çoxlarını  maraqlandıran 

sualı vermək istəyirəm. - deyə kapitan Marsel katalon dilini 

bilmədiyinə  görə,  əlini  yuxarı  qaldırıb  fransız  ləhcəsi  ilə 



                                                     

 

  



                                                                            

                                                    

109 

kastiliya dilində nəzakətlə dilləndi. - Buraya yığlışanlardan 



demək olar ki, heç kim bilmir, Araukan ölkəsinin ərazisi nə 

qədərdir?  Bəziləri  deyir  Fransa  boyda,  bəziləri  deyir 

İngiltərə  boyda,  bəziləri  isə  deyir  ki,  Astek  imperiyasının 

keçmiş ərazisi boydadır. Zəhmət olmasa, bu haqda bizə mə-

lumat verin. 

Kapitan Xuan bu sualı içəridə əyləşənlərdən gözləsə də, 

onun  cavabını  bilmirdi.  Lakin  buna  baxmayaraq,  hamı 

ondan  cavab  gözləyirdi.  Kapitan  qeyri-müəyyən  tərzdə 

başını tərpədərək təşəxxüsslə dedi: 

- Möhtərəm sinyorlar, bu lazımlı sualdır, lakin  mən ona 

dəqiq  cavab  verə  bilmirəm.  Çünki  mən  özüm  Mərkəzi 

Çilidə  olmamışam.  Mexikoda  olarkən  mənə  orada  demiş-

dilər ki, Araukan ölkəsi Portuqaliya krallığı boydadır. 

-  Bizim  üçün  dəqiq  məlumatlar  əldə  etmək  vacibdir.  - 

deyə  qraf  Filipp  müəmmalı  tərzdə  dilləndi  və  kapitan 

Xuana bəraət qazandırmaq üçün cəld özü-özünə əlavə etdi. 

-  Sinyor  kapitan,  mən  bilirəm  ki,  burada  sizin  heç  bir 

təqsiriniz  yoxdur,  ancaq  biz  gərək  əvvəlcədən  bu  haqda 

bilənlərdən  məlumat  almalıydıq.  Ola  bilməz  ki,  bu  haqda 

bilməmiş adam olmasın. 

-  Rodriges  Kartahenada,  bu  haqda  dəqiq  məlumatlar 

olar.  -  deyə  “Destino”nun  kapitanı  ehtiramla  dilləndi.  -  O, 

özü  mərhum  Pedro  Valdiviyanın  ekspedisiyalarında  olmuş 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə