  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə20/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   16   17   18   19   20   21   22   23   ...   154

                                                     

 

  



                                                                            

                                                    

78 

isə  İnk  imperiyasını  darmadağın  edib  İspan  taxt-tacının 



ərazisinə  qatmışdır.  Fərasətsiz  Pedro  Valdiviya  isə  bizim 

silahı  öz  məğlubiyyəti  ilə  təhqir  etmiş  və  neçə-neçə 

konkistador onun ucbatından vətənə qayıtmamışdır. 

-  Sinyor  Filipp,  tanımadığınız  adam  haqqında  bu  cür 

nalayiq  sözlər  işlətmək  lazım  deyil.  -  deyə  Migel  özünü 

saxlaya  bilməyib  həqarətlə  dilləndi  və  daxilindəki  gərgin-

liyi  ətrafdakılardan  gizlətmək  üçün  soyuqqanlıqla  sözünə 

davam etdi. - Pedro Valdiviya Mərkəzi Çilidə Santyaqo və 

Konsepsion  şəhərlərinin  əsasını  qoyub  və  orada  konkista-

dorlarımızın  vəziyyətini  xeyli  yüngülləşdirib.  O,  istəyirdi 

ki, qısa bir müddət ərzində Araukaniya ölkəsini zəbt etsin, 

ancaq təəssüflər olsun ki, Valdiviya bu məqsədinə nail ola 

bilmədi. 

-  Mənim  sözlərimə  irad  tutmağınız  əbəsdir.  -  deyə 

kapitan  Filipp  söz  altında  qalmamaq  üçün  həqarətlə 

dilləndi.  -  Mən  bu  haqda  artıq  çox  şeylər  bilirəm. 

Araukanlar  haqqında  bir  çox  materiallar  ilə  dərindən  tanış 

olmuşam.  Onu  dəqiq  bilirəm  ki,  Pedro  Valdiviya  yeganə 

ekspedisiya rəhbəri olub ki, okeanın o tayında aborigenlərə 

qarşı bir neçə döyüşdə ağır məğlubiyyətə uğramışdır. Bu ki, 

bizim üçün biabırçılıqdan başqa bir şey deyil. 

-  Sinyor,  bu  heç  də  belə  deyil,  -  deyə  qoca  səyyah 

söhbətə  qarışmağa  məcbur  oldu,  elə  tərəddüd  etmədən 



                                                     

 

  



                                                                            

                                                    

79 

üzünü Filippə tərəf tutub giley-güzarla sözünə davam etdi. - 



həmin o ekspedisiyalarda mən özüm iştirak etmişəm və hər 

şeyi  öz  gözümlə  görmüşəm.  Həmin  məğlubiyyətlərdə 

mərhum Pedro Valdiviyanı günahlandırmaq olmaz. Sadəcə 

olaraq,  araukanlar  hər  bir  döyüşdə  bizdən  üstün  olurdular. 

Bu  acı  olsa  da,  tarixi  bir  faktdır.  İstəyirsinizsə,  mən  sizə 

həmin ekspedisiya barəsində bir balaca danışım. 

-  Sözsüz  ki,  bizim  üçün  maraqlı  olardı.  -  deyə  kapitan 

Xuan cəld müəmmalı tərzdə dilləndi. 

-  Diyeqo  Almaqro  ekspedisiyanın  iştirakçısı,  sonradan 

Fransisko  Pisarronun  tərəfinə  keçmiş  Pedro  Valdiviya 

1540-cı  ilin  yanvar  ayında  yüz  əlli  əsgərin  və  min  nəfər 

hindu  xidmətçilərinin  başında  duraraq,  Çilini  işğal  etmək 

üçün  yola  düşmüşdür.  O,  döyüşlərlə  Sahil  Kordilyerləri 

keçib,  33

0

  cənub  en  dairəsinə  kimi  gedir.  Tropik  zonasını 



keçən konkistadorlar gözlənilmədən münbit torpaqlara rast 

gəlirlər. Buxtanın sahilindən bir az cənubda, biz Valparaiso 

(Cənnət vadisi) şəhərinin əsasını qoyduq. Valparaisodan bir 

balaca  cənubda,  Valdiviya  Maypo  çayının  valehedici 

vadisini  görüb  həmin  yerdə  1541-ci  ilin  fevralın  12-də 

Santyaqo şəhərinin əsasını qoydu. Çox keçmədi ki, hindu-

ların böyük bir dəstəsi şəhərə hücum edib onu yandırdılar. 

Santyaqo  alışanda  bizim  bütün  ərzaq  ehtiyatımız  şəhərdə 

alışıb yandı. Biz çıxılmaz vəziyyətə düşmüşdük.  



                                                     

 

  



                                                                            

                                                    

80 

Belə bir vəziyyətdə Valdiviya qəti tədbirlərə əl atdı. O, 



əsgərləri  iki  dəstəyə  böldü:  dəstənin  biri  üç  il  müddətinə 

əlində  silah  taxıl  əkir,  o  birisi  isə  hindulardan  müdafiə 

olunur və hərdənbir əks-hücuma keçirdi.  

Valdiviya  Magellan  boğazından  keçərək,  Çilidən 

İspaniyaya  gedən  yolu  öyrənmək  istəyirdi.  Onun  düzgün 

olmayan  hesablamalarına  görə,  Magellan  boğazının  qərb 

keçidi  42

0

  cənub  en  dairəsində  yerləşirdi.  Çənubi  Çilinin 



sahil  zolağının  tədqiqatını  o,  1544-cü  ilin  sentyabr  ayının 

əvvəlində  genuyalı  dənizçi  Xuan  Bautiste  Pasteneyə 

tapşırdı. Pastene 900-1200 km. cənuba doğru hərəkət etməli 

və orada boğazı  aşkar etməli idi. Doğrudan da  o, iki gəmi 

ilə  42

0

  cənub  en  dairəsində  boğaz  aşkar  etdi.  Bu  Çakao 



boğazı idi. Lakin o, həmin boğazı və oradakı körfəzi tədqiq 

edərkən  gördü  ki,  həmin  sular  böyük  Çiloe  adasını 

materikdən  ayırır  və  bununla  da  Çili

 

arxipelaqının  kəşfinə 

təkan  verdi.  Geri  qayıdanda  Pastene  kəşf  etdiyi  sahillərə 

yüksək  qiymət  verdi,  lakin  heç  kim  bilmirdi  ki,  həmin 

torpaqların  qarşısında  mərd  və  qorxmaz  araukanlar 

dayanıb. Bəli, bəli. Mərd və qorxmaz araukanlar.  

1545-ci  ildə  Valdiviya  sahil  zolağı  ilə  Bio-Bio  çayına 

(37


0

  cənub  en  dairəsi)  kimi  qayıdır.  Lakin  çox  keçmədən 

Peruya,  Qonsalo  Pisarronun  qaldırdığı  üsyanı  yatırmaq 

üçün  çağrılır.  1547-ci  ildə  Valdiviya  Çiliyə  qayıdıb, 




                                                     

 

  



                                                                            

                                                    

81 

azadlığı  hər  şeydən  üstün  tutan  araukanlara  qarşı  mühari-



bəyə  başlayır  və  orada  kəskin  müqavimətə  rast  gəlir. 

Döyüşlərdə  mənim  iki  qardaşım  oğlu  həlak  olur.  həmin  o 

rayonda  möhkəmlənmək  üçün  o,  1550-ci  ilin  oktyabrın  5-

də  Bio-Bio  çayının  mənsəbində  Konsepsion  şəhərinin 

əsasını  qoyur.  Hindular  böyük  qüvvələrlə  üstümüzə 

hücuma  keçir,  amma  məğlubiyyətə  uğrayırlar.  Həmin 

döyüşdə 400 nəfər hindu əsir alınır və Valdiviyanın əmri ilə 

onların  sağ  əlləri  kəsilir,  burunlarının  tənələri  isə  yerindən 

qoparılır.  Onda  bütün  araukanlar  üsyana  qalxır.  Onlarla 

mübarizədə  biz  həmin  rayonda  bir  neçə  şəhər  saldırdıq,  o 

cümlədən,  1552-ci  ilin  fevral  ayında,  40

0

  cənub  en 



dairəsində Valdiviya  şəhərini. And dağlarının  şərq ətəkləri 

ilə  tanış  olmaq  üçün,  Valdiviya  80  nəfər  əsgəri  kapitan 

Villaqronun  başçılığı  altında  yola  salır.  Gözlənildiyi  kimi, 

dəstə  çətinlik  çəkmədən  dağları  təxminən  37

0

  çənub  en 



dairəsindən keçib böyük bir çaya rast (Rio-Kolorado) gəlir. 

Həmin çay sürətlə şərq istiqamətində daşırdı. Dəstə bir neçə 

gün çayın sahili ilə gedib, onun dayaz yerini tapa bilmirdi. 

Keçid  tapılanda  orada  hindu  dəstəsilə  rastlaşdılar.  İki 

əsgərin  həyatı  bahasına  dəstə  həmin  keçidi  qət  edir,  lakin 

ərzağın çatışmadığından dəstə geri qayıtmağa məcbur olur. 

Bununla belə araukanlara qarşı öz mübarizəmizi davam 

etdirirdik.  Onların  üzərində  “qələbə”  qazanaraq,  istər-




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə