  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə17/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   13   14   15   16   17   18   19   20   ...   154

                                                     

 

  



                                                                            

                                                    

66 

üstündə tikilmiş körpülər vardı, evlərin əksəriyyəti qırmızı 



daşdan  tikilmişdi.  Bundan  əlavə,  mərkəz  hündür  pilləkənli 

piramidalar ilə əhatə olunmuşdu. Həmin piramidalardan ən 

hündürü  mərkəzi  meydanda  (Tyankes)  yerləşirdi.  Bu 

piramidada  aşağından  yuxarıya  kimi  şimaldan,  cənubdan, 

şərqdən  və  qərbdən  gələn  pilləkənlər  ucalırdı.  Bundan 

əlavə, şəhərin mərkəzində gözəl arxitektura uslubuna malik 

yaraşıqlı  saraylar  və  məbədlər  tikilmişdi.  Şəhərin  özü  üç 

göl  ilə  əhatə  olunmuşdu  (Teskoko,  Çalko  və  Xoçimilko 

gölləri). 

Anauak  (Meksika)  hökmdarı  Montesumanın  sarayı 

dünyada  ən  gözəl  saraylardan  biri  sayılırdı.  Onun  dövləti 

yüksək  sivilizasiya  mədəniyyətinə  malik  olan  dövlətlər 

sırasında  idi.  Çapultepek  sarayı  alçaq  yüksəkliyin  zirvə-

sində  yerləşirdi.  Həmin  yüksəkliyin  ətəyini  Teskoko  gölü-

nün suları yuyurdu. Montesumanın bağları hər adamı valeh 

edirdi.  Orada  fəvvarələr,  kiçik  şəlalələr,  gölməçələr,  xoş 

ətirli  güllər,  saysız-hesabsız  quşlar  və  heyvanlar  vardı. 

Orada əkilən kedra (çinar) ağaçları çox nəhəng idi. Onların 

ən  irisinin  dövrəsi  iyirmi  iki  addım  idi.  Hazırda  başqa 

tikililər  kimi  Montesumanın  da  bağları  darmadağın  edil-

mişdir.  Konkistadorların  törətdiyi  dağıntılara  baxmayaraq, 

nəhəng  çinarlar  hələ  də  Çapultepekdə  yüksəlir.  Bilirsiniz, 




                                                     

 

  



                                                                            

                                                    

67 

imperatorun  ən  sevimli  ağacı  indiyədək  oradadır  və  onun 



gövdəsinin dövrəsi təxminən altmış fut uzunluğundadır.  

Camaata  dəqiq  məlumatlar  çatdırılmayıb.  Biz  onları 

adam  yerinə  qoymurduq.  Halbuki  onlar  yüksək  mədəniy-

yətə  malik  olan  bir  dövlət  qurumuşdular.  Onlar  da  bizim 

kimi  təqvimdən  və  Günəş  saatından  istifadə  edirdilər. 

Asteklər bizdən güclü olsaydılar, sözsüz ki, biz onları təh-

qir edə bilməz və  yalnız diplomatik əlaqələr  yaradılmasını 

istərdik.  Sadəcə  olaraq  Kortes  Meksikaya  ayaq  basanda  o 

vaxt Montesuma bir çox hindu tayfaları ilə ədavət aparırdı 

və hamı demək olar ki, ondan üz döndərmişdi. Onlar da öz 

azadlıqları  uğrunda  müharibədə  birləşmədilər.  Bir  sözlə, 

onlar  da  bizim  kimi  insandırlar  və  bizim  kimi  də  yüksək 

mədəniyyətə malik olan adamdırlar. 

Hindular  haqqında  belə  bir  təkzibi  nə  Filipp,  nə  də  ki, 

Xuan  gözləyirdi.  Bu  sözləri  qoca  səyyah  elə  bir  tərzdə 

söylədi ki, sanki hər iki qardaşı hinduların qarşısında borclu 

çıxarmaq istəyirdi. Ümumiyyətlə, qoca sərt mövqedən çıxış 

etmişdi.  O,  bununla  bütün  konkistadorları  və  imperiyanın 

xarici  siyasi  xəttini  tənqid  etmişdi.  Belə  sözlərin  üstündə 

onu  sözsüz  ki  vətən  xaini  kimi  edam  edə  bilərdilər.  Bu 

təkzib  Xuandan  çox  Filippə  təsir  etmişdi.  Filippin  rəngi 

birdən-birə  dəyişdi.  Rodriges  bütün  bunları  hiss  edə 

bilməzdi,  çünki  o,  həddindən  artıq  qoca  olduğuna  görə 



                                                     

 

  



                                                                            

                                                    

68 

gözü  yaxşı  görmürdü,  həm  də  ki,  söhbət  zamanı  Filippin 



tərəfinə  nəzər  salmamışdı.  Rodriges  optimist  idi,  həqiqəti 

söyləyəndə  heç  kimdən  çəkinmirdi.  Qonaqlara  həmişə 

hörmət  edən  Migel  kapitan  Filippin  nə  hala  düşdüyünü 

görürdü və qılıncının efesini sağ alinin baş barmağı ilə sıxa-

sıxa özünü bilməməzliyə vurdu.  

Filippin  yanında  sakitcə  oturan  həyat  yoldaşı  ərinin 

necə  pərt  olduğunu  görürdü  və  onun  xasiyyətinə  bələd 

olduğundan ərinin coşmaması üçün onun sol qolunu əli ilə 

sıxıb, mənalı gözləri ilə ondan təmkinli olmasını xahiş etdi. 

Görünür,  o,  çox  ciddi  adam  idi  və  əbəs  yerə  söz  götürən 

deyildi.  Migel  qılınçının  efesini  sıxa-sıxa  qaşlarının  altın-

dan bir anlığa Mursiyaya nəzər saldı və onların baxışları bir 

anlığa toqquşdu. Mursiya da ərinin bu hərəkətindən narahat 

idi.  Migel  qızışan  bu  söhbəti  soyutmaq  üçün  giley-güzarla 

dedi: 

- Nə olar ki, onlarda elə sivilizasiya olub? Yerli əhalinin 



özü ki, mədəniyyətdən uzaq idi və adicə davranış qaydasını 

bilmirdi.  Həm  də  ki,  kim  güclüdürsə,  o  da  qalib  gəlir. 

Vaxtilə  misirlilər  də  güclü  sivilizasiyaya  malik  idilər  və 

fironlar bütün dünyaya meydan oxuyurdular, indi isə həmin 

sivilizasiyadan  və  ya  imperiyadan  nə  qalıb?  Heç  bir  şey. 

İndi onlar Osmanlı türk imperiyasının əsərəti altındadırlar. 

Ya da ki, götürək elə finikiyalıları. Finikiyalılar öz zəmanə-



                                                     

 

  



                                                                            

                                                    

69 

lərində  ən  güclü  döyüşçü  varisi  sayılır  və  bütün  qonşu 



dövlətlərə meydan oxuyurdular. İndi isə nə Karfagen, nə də 

ki, finikiyalıların özünün izi-tozu bu torpaqda qalmayıb. Bu 

da sizin üçün sivilizasiya. 

-  Sinyor  Kartahena,  əgər,  özünüzə  yazığınız  gəlirsə, 

belə sözləri başqa yerdə danışmayın. - deyə kapitan özünü 

ələ alıb ürəyini boşaltmaq üçün imkan tapdı. - Siz bilirsiniz 

ki,  inkvizisiya  belə  fikirlərin  üstündə  adamı  çox  asanlıqla 

tonqala göndərər? 

-  Sinyor  kapitan,  mən  öz  kəlmələrimdə  inkvizisiyaya 

qarşı heç bir təhqiramiz söz işlətməmişəm, həm də ki, mən 

inkvizisiyadan  çəkinən  və  qorxan  adamlardan  deyiləm.  - 

deyə qoca səyyah öz narazılıqını bildirdi və başını dik tutub 

iradə ilə sözünə davam etdi. - Mən bütün canımı və varlığı-

mı  İspaniyanın  taxt-tacı  yolunda  qoymuş  və  həmişə  də 

vətənim  uğrunda  öz  canımı  qurban  verməyə  hazır  olmu-

şam.  Qoca  Rodriges  İspaniyanın  xeyrinə  haddindən  artıq 

çox şeylər edib.  

O ki, qaldı mənim dediklərimə? Sözümün canı odur ki, 

bizim igidlər və cəngavərlər asteklərin, inklərin və okeanın 

o  tayındakı  torpağın  başqa-başqa  ərazilərini  zəbt  etmək 

üçün  çoxlu  qurbanlar  veriblər.  Nəsillər  var  ki,  kökünəcən 

hamısı  qərib  torpaqda  həlak  olublar.  Belə  bizim  nəslin 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə