  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə14/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   10   11   12   13   14   15   16   17   ...   154

                                                     

 

  



                                                                            

                                                    

54 

cənub torpağı”nı kəşf etmək üçün cəhd göstərmişdir. Lakin 



o,  öz  məqsədinə  nail  ola  bilməmişdir.  Eşitdiymə  görə, 

Mendanya ikinci dəfə ekspedisiya təşkil etmək istəyir. Mən 

əminəm  ki,  sən  bu  işin  öhdəsindən  gələcəksən.  Sən  yüz 

dəfə  ölçüb  bir  dəfə  biçməlisən.  Gəminin  vəsaitini  mən 

sənin  üçün  təşkil  edəcəm  və  istəsən  münasib  şturman  da 

tapa  bilərəm.  Təki,  sən  bu  fürsəti  əldən  vermə.  Əgər  razı 

olmasan,  mən  bu  planı  başqa  bir  dəniz  səyyahına  təklif 

edəcəm.  Vaxtilə  mən  də  belə  kobud  səhvə  yol  vermişəm, 

şimal istiqamətində olan ekspedisiyadan imtina edib 1535-

ci ildə Diyeqo Almaqro ilə Çili yürüşündə iştirak etdim. 

-  Mən  bu  haqda  fikirləşərəm.  -  deyə  Migel  qeyri-

müəyyən  təzdə  dilləndi  və  dərindən  köksünü  ötürərək 

təşəxxüsslə sözünə davam etdi. - Təklif etdiyin plan mənim 

üçün  sərf  etsə,  ondan  istifadə  edəcəm.  Ancaq  cürət  edib 

sənə deməliyəm ki, mən bu haqqda coğrafiyaşünas Bartolo-

meu ilə məsləhətləşməliyəm. Ancaq bir şeyi yadda saxla ki, 

mən səni burada tək qoyub heç yana getməyəcəm. 

Rodriges bu haqda nəvəsi ilə söz güləşdirmək istəmədi. 

Sadəcə  olaraq,  tərs  baxışlarını  nəvəsinə  tərəf  yönəltdi. 

Migel də artıq söz eşitməmək üçün cəld otağı tərk etdi. 

 

 

  




                                                     

 

  



                                                                            

                                                    

55 

V fəsil. Daim bir yerdə olan dostlar 

 

Günorta  yeməyindən  sonra  Migel  ilə  Osvaldo  baqa 



gedib dünənki kimi ox atmaqla məşğul olmağa başladılar,  

Migel  bu  silahdan  lazımi  qədər  yaxşı  atır,  Osvaldo  isə 

cəngavər olsa belə, onun qarşısında zəif idi. 

Günorta  vaxtı  onların  üçüncü  dostu  Sebastyan 

gəlməliydi. Nədənsə, o, gecikirdi. Bağdakı məşqlər intensiv 

aparılmalıydı. Çünki kapitan Markos hər an qayıda bilərdi. 

Onda da Migel qonaq ilə məşğul olmalı idi.  

Kapitan  Markosun  qızı  bu  şəhərdə,  ailənin  ikinci  qızı 

Marqarita  isə  Barselonada  yaşayırdı,  mühafizəçi  dəstələrin 

birində  komandir  işləyən  leytenant  Ernando  Ramiresin 

həyat  yoldaşı  idi.  Elə  böyük  qızı  da  bu  ailədə  ərdə  idi. 

Böyük  qızı  Viktoriya  leytenant  Alonso  Ramiresin  həyat 

yoldaşı idi və onlar hazırda Panamanın Portobelo şəhərində 

yaşayırdılar.  

Migelgil  xeyli  ox  atmışdılar  ki,  birdən  içəri  alçaqboy, 

xoşsifəti, iriqamətli, iyirmi üç-iyirmi altı yaşında bir cavan 

oğlan  girdi.  Onun  qəhvəyi  seyrək  saçı  başının  ortasından 

ayrılmış  və  çiyinlərinin  üstünə  tökülmüşdü.  İncə  burnu  və 

balaca  ağzı  bənizinə  xüsusi  gözəllik  verirdi.  Əynindəki  çit 

parçadan  tikilmiş  ağ  rəngli  qısaqol  köynəyinin  altından, 

onun  möhkəm  qollarının  əzələləri  istər-istəməz  adamın 



                                                     

 

  



                                                                            

                                                    

56 

diqqətinin  cəlb  edirdi.  Hərəkətlərindən  və  mənalı  baxış-



larından müəyyən etmək olardı ki, o, çox ciddi, təmkinli və 

qabliyyətli bir adamdır. Çiynindən asılmış uzun qılınc onun 

zadəgan  olmasını  bildirirdi.  Bu  cavan  oğlan  Migelin 

üçüncü uşaqlıq dostu cəngavər Sebastyan Solinos idi. 

O,  həyət  qapısını  bağlayıb,  ehtiramla  dostlarını  salam-

ladı.  Sonra  isə  adəti  üzrə  evə  gedib  qoca  Rodriges  ilə 

görüşüb,  dostlarının  yanına  qayıtdı.  Sebastyan  dostu 

Osvaldo  kimi  katalon  idi  və  on  səkkiz  yaşlı  bacısı  Silviya 

ilə yaşayırdı. Onun atası və böyük əmisi 1578-ci ilin yanva-

rın  31-də  Flandriyanın  Jamblu  şəhərinin  yaxınlığındakı 

döyüşdə  həlak  olmuşdular.  Kiçik  əmisi  və  böyük  qardaşı 

1585-ci  ildə  Antverpen  yaxınlığındakı  döyüşdə  həlak 

olmuş,  axırıncı  qardaşı  isə  dayısı  ilə  birlikdə  1588-ci  ildə 

“Məğlubedilməz armada”nın tərkibində olmuş və La-Manş 

boğazında  yoxa  çıxmışdılar.  Bu  yaxınlarda  isə  anası  uzun 

sürən xəstəlikdən sonra vəfat etmişdir. 

Sebastyan özü iyirmi yaşından Flandriyada idi və orada 

respublikaçılara 

qarşı 

fədakarcasına 



vuruşmuşdu. 

Osvsldonun on səkkiz yaşı olanda o, da Flandriyaya getmiş 

və  1585-ci  ildə  Antverpenin  alınmasında  fəal  iştirak 

etmişdir.  1588-ci  ildə  hər  üç  dost  “Məğlubedilməz  arma-

da”nın  tərkibində  ingilis  donanmasına  qarşı  döyüşmüş-

dülər.  Osvaldonun  hər  iki  qardaşı  və  atası  Flandriyadakı 




                                                     

 

  



                                                                            

                                                    

57 

müharibədə  iştirak  edərək,  oradan  sağ-salamat  çıxırlar, 



amma hər üçü 1588-ci ildə La-Manşda ingilislərlə döyüşdə 

həlak olurlar. 

İspaniya  son  zamanlar  çox  müharibələrdə  iştirak  etmiş 

və  hər  dəfə  də  demək  olar  ki,  müvəffəqiyyətlər  qazanmış-

dır. Bu da ispan silahının və gücünün xeyli üstün olmasını 

sübut  edirdi.  Lakin  onun  güclü  hərbi  dəniz  donanması 

1588-ci  ildə  İngiltərə  sahillərində  La-Manş  boğazında 

ingilis hərbi dəniz donanması ilə toqquşma və təbii fəlakət 

nəticəsində məhv olmuşdur. Həmin fəlakət nəinki II Filippi

hətta  bütün  İspaniyanı  möhkəm  sarsıtmışdır.  Həmin  vaxt 

fortuna ingilislərin tərəfində idi. 

La-Manş  boğazına  gələn  “Məğlubedilməz  armada” 

1588-ci ilin iyulun ortalarında İngiltərə sahillərinə yollanır. 

“Məğlubedilməz armada”nın tərkibində 130 gəmi, 2400 top 

və 19 min əsgər (matrosların sayı nəzərə alınmadan) vardı. 

İyulun  21-dən  27-nə  kimi  ingilislər  üç  ardıcıl  döyüşdə 

ispanlara  ağır  zərbələr  endirir.  Gözlənilmədən  başlanan 

qasırğa  ispan  gəmilərini  Orkney  adalarına  tərəf  aparıb, 

gəmilərin  bir  hissəsini  orada  tələf  edir.  Fransa  sahilində 

yerləşən  kiçik  Qravelin  limanı  yaxınlığında  iyulun  27-də 

“Məğlubedilməz armada” və ingilis hərbi dəniz donanması 

arasında  üçüncü  döyüş  başlanır.  Gəmilərin  yalnız  yarıdan 

az hissəsi İspaniya sahillərinə qayıda bilir. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə