  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə10/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   6   7   8   9   10   11   12   13   ...   154

                                                     

 

  



                                                                            

                                                    

38 

suz  səyahətdən  sonra  məcburiyyət  qarşısında  qalıb  “Trini-



dad”ı  yenidən  Molluk  adalarına  tərəf  döndərir.  Orada 

portuqallar  gəmini  ələ  keçirir  və  ağır  xəstə  olan  Pankaldo 

əsirlikdə vəfat edir. 

Səyahətdən qayıdan Rodriges eşidir ki, üç yaşında oğlu 

var.  Seviliyada  olarkən  onun  ikinci  oğlu  Fernan  dünyaya 

gəlir. Artıq Kortesin Meksikadakı uğurları bütün Avropaya 

yayılmışdı. Onun kampaniyonlarının orada yaxşı var-dövlət 

qazanması  İspaniyada  bir  çox  zadəganları,  konkistadorları 

və  cəngavərləri  şirnikləndirib  Yeni  Dünya  sahillərinə  cəlb 

edirdi.  Rodriges  də  öz  ailəsi  və  kiçik  qardaşı  Sebastyanla 

birlikdə  1525-ci  ilin  yazında  Panamaya  yola  düşür. 

Bəxtlərini sınamaq üçün hər iki qardaş Peru dövlətinə yürüş 

etməkdən  ötrü  Panamanın  qubernatoru  Pedrarias  Avilanın 

dəstəsinə  qoşulurlar.  İlin  axrında  Rodrigesin  üçüncü  oğlu 

Xuan  anadan  olur.  Estremaduralı  çoban  Fransisko  Pisarro 

Avila  ilə  danışıb,  ikinci  dəfə  Peruya  yürüşə  hazırlaşır. 

Yalnız  1526-cı  ilin  noyabrında  hər  iki  qardaş  Pisarronun 

dəstəsi  ilə  Peruya  yola  düşür.  Bu  ekspedisiyanın  heç  bir 

uğurlarını  görməyən  hər  iki  qardaş,  Panamadan  gələn  elçi 

ilə  (Avila  1527-ci  ilin  avqustun  29-da  vəfat  edir  və 

Panamaya  təyin  olunmuş  yeni  qubernator  bu  “ağılsız” 

ekspedisiyanı  geri  qaytarmaq  üçün  Tumako  buxtasına  öz 

elçisini göndərir) Pisarronu ağır şəraitdə qoyub, ekspedisi-



                                                     

 

  



                                                                            

                                                    

39 

yanın  bir  çox  iştirakçıları  ilə  bərəbər  Panamaya  qayıdır. 



1528-ci  ildə  Pisarro  özü  Panamaya  qayıdır  və  borclarına 

görə kreditorlarının şikayəti ilə həbsə alınır. 

Gələn ildə Rodrigesin Ernando adlı dördüncü oğlu olur. 

Hər iki qardaş ailələrini dolandırmaq üçün Panamada gəmi 

qayırma  ilə  məşğul  olurlar.  Heç  bir  irəliləyişə  rast 

gəlməyəndə  onlar  ikinci  dəfə  bəxtlərini  sınamaq  üçün 

yenidən Pisarro ilə (bu səyahətdə F. Pisarronun üç qardaşı: 

Ernando,  Xuan  və  Qonsalo  iştirak  edirlər).  1530-cu  ilin 

dekabrın  27-də  üç  gəmidə  Panamadan  Peruya  yola 

düşürlər. 1532-ci ilin noyabrın 15-də F. Pisarro öz dəstəsilə 

Kaxamarka şəhərini, bir neçə aydan sonra isə inklərin şahı 

Ataualpanı  xəyanətkarcasına  ələ  keçirir.  1533-cü  ildə 

Ataualpa edam olunur və həmin ilin noyabrın 15-də ispan-

lar İnk imperiyasının paytaxtı Kusko şəhərini ələ keçirirlər. 

Bütün  bu  hadisələrdə  Kartahena  qardaşları  fəal  iştirak 

edirlər.  Sonra  qardaşlar  1535-ci  ildə  Diyeqo  Almaqronun 

Çili  yürüşündə  iştirak  edirlər.  Almaqro  Peruya  qayıdan 

zaman artıq ölkənin bir hissəsini Ataualpanın  qardaşı oğlu 

Manko  Kopakın  başçılığı  altında  üsyan  bürünmüşdü  və 

yarım  il  idi  ki,  Kusko  şəhərini  mühasirə  altında  saxlayır-

dılar. Ernando və Qonsalo Pisarro qardaşları çüzi adamlarla 

müdafiə  olunur,  Xuan  isə  şəhərdən  çıxan  zaman  döyüşdə 

həlak  olmuşdur.  1537-ci  ilin  aprelin  18-də  Almaqro, 



                                                     

 

  



                                                                            

                                                    

40 

Kuskonun  mühasirəsini  yarmaq  üçün,  Manko  Kopakın 



qoşununa  öz  dəstəsi  ilə  hücum  edir.  Həmin  döyüşdə 

Rodrigesin  kiçik  qardaşı  Sebastyan  həlak  olur.  Rodriges 

ailəsini Limaya gətirmək üçün Panamaya yollanır və orada 

böyük qardaşının həlak olduğunu eşidir. 

Xuan  Kartahena  1525-ci  ildə  Filippinə  təşkil  edilmiş, 

Loaysa  və  El-Kanonun  başçılıq  etdikləri  ekspedisiyada 

iştirak  edir.  O,  1526-cı  ilin  iyulun  əvvəlində  Fransisko 

Osesin  başçılıq  etdiyi  “Santo-Lesmes”  gəmisində  Sakit 

okeanda  bütün  heyət  ilə  birlikdə  yoxa  çıxır.  Xuanın  həyat 

yoldaşı  Marqarita  Mendos  “Yukatan”  gəmisində  Seviliya-

dan  Panamaya  yola  düşərkən  Kuba  sahillərində  qəzaya 

uğrayıb həlak olur. 

Rodrigesin  1538-ci  ildə  beşinci  oğlu  Leon  (Migelin 

atası)  anadan  olur.  Elə  həmin  ildə  F.  Pisarronun  dəstəsi 

arada  olan  düşmənçiliyə  görə,  Kusko  şəhərində  Almaqro-

nun  dəstəsinə  hücum  çəkib  onları  darmadağın  edir,  Alma-

qronun  özünü  isə  edam  etdirir.  Rodriges  axır  zamanlar 

Almaqronun dəstəsində olduquna görə, oğulları Kamaço ilə 

Xuan  həbsə  alınırlar.  O,  Fransisko  və  Qonsalo  Pisarro 

qardaşları ilə yaxından tanış olduğuna görə, Kartahena nəsli 

azadlığa buraxılır. 

Diyeqo  Almaqronun  adamları  sui-qəsd  təşkil  edərək, 

1541-ci  ilin  iyunun  da  Limada  F.  Pisarronun  evinə  hücum 



                                                     

 

  



                                                                            

                                                    

41 

edir  və  onu  bir  neçə  tərəfdarları  ilə  birlikdə  öldürürlər. 



Perunun  qubarnatoru  edam  edilmişin  oğlu  balaca  Diyeqo 

Almaqro  təyin  edilir.  Həmin  günü  Rodrigesin  böyük  oğlu 

Kamaço  F.  Pisarronun  evində  müqavimət  göstərən  zaman 

Almaqroçular  tərfindən  öldürülür.  Lakin  çox  keçmədən 

Belalkasar və sağ qalmış Pisarroçular kiçik Almaqronu ələ 

keçirib,  onu  hakimlərə  təhvil  verirlər.  Qanun  çərçivəsində 

onu 1542-ci ilin sentyabrında edam edirlər. 

Çilinin  zəbt  edilməsi  üçün  1540-cı  ilin  yanvar  ayında, 

böyük  Almaqronun  yol-yoldaşı,  sonradan  F.  Pisarronun 

tərəfinə  keçmiş  Pedro  Valdiviya  yola  (Rodriges  həmin 

ekspedisiyada iştirak edir) düşür. 1541-ci ilin fevralın 12-də 

onlar  Santyaqo  şəhərinin  əsasını  qoyurlar.  1545-ci  ildə, 

Qonsalo Pisarronun qaldırdığı üsyanı yatırtmaq üçün Pedro 

Valdiviya  Peruya  çağrılır.  1547-ci  ildə  Valdiviya  Çiliyə 

qayıdır və azadlıq aşişəri olan araukanlara qarşı müharibəyə 

başlayır.  Həmin  müharibə  zamanı  Rodrigesin  iki  qardaşı 

oğlu  həlak  olur.  1550-ci  ildə  oktyabrın  5-də  Bio-Bio 

çayının mənsəbində Konsepsion şəhərinin əsasını qoyurlar. 

Rodrigesin həyat yoldaşı və mərhum kiçik qardaşının həyat 

yoldaşı  bir  xəbər  öyrənmək  üçün  Konsepsiona  yola 

düşürlər. Şəhərə çatar-çatmaz onların hər ikisi araukanların 

hücumu  nəticəsində  həlak  olurlar.  1553-cü  ildə  araukan-

ların müvəffəqiyyətli hücumları zamanı Rodrigesin üçüncü 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə