  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə12/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   8   9   10   11   12   13   14   15   ...   154

                                                     

 

  



                                                                            

                                                    

46 

gələcəkdə tez bir zamanda şan-şöhrət qazanacaq. Çünki  o, 



indidən  iri  ekspedisiyalarda  iştirak  etmək  üçün  böyük  bir 

canfəşanlıqla məşqlər edir və hazırlıq işləri görürdü. Migel 

bu haqda özünü büruzə verməsə də, babası bunu hiss edirdi. 

-  Sinyor  Kartahena,  sabahınız  xeyir,  -  deyə  kapitan 

üzrxahlıqla  qocanın  fikrini  dağıdıb,  mərhəmətlə  baş  əydi, 

sonra  onun  qarşısında  dayanıb  ehtiramla  sözünə  davam 

etdi. - bağışlayın, sizə mane oldum. Ancaq məni maraqlan-

dıran  bir-iki  məsələ  var,  onlar  barəsində  sizin  fikrinizi 

bilmək istəirəm. 

-  Buyurun!  -  deyə  qoca  səyyah  tərəddüd  etmədən  dil-

ləndi. 

-  Sinyor  Kartahena,  deyilənə  görə  İnk  imperiyasının 



axrıncı hökmdarı Ataualpa Fransisko Pisarroya əsir düşən-

də, onun azad olunması üçün hindular imperiyanın qiymətli 

metallarını  Kaxamarkaya  toplamağa  başladılar.  -  deyə 

kapitan Markos aludəliklə sözə başladı. - Həmin əməliyyat-

da  iştirak  edən  hər  bir  yüksək  vəzifəli  konkistadorlar, 

özlərinə Kaxamarkada külli-miqdarda var-dövlət topladılar. 

Bu  həqiqətən  də  belədir.  Lakin  sizdə  bu  halı  hiss  etmək 

olmur. Sizin dövlətiniz necə vardısa, elə də qalıb. 

Bu  sözlərldən  sonra  qoça  səyyah  həmsöhbətinin  üzünə 

fəhimisizliklə  nəzər  yetirib  və  heç  bir  şübhə  doğurmamaq 

üçün təmkinlə dedi: 



                                                     

 

  



                                                                            

                                                    

47 

- Sinyor kapitan, bu həqiqətən də belədir. Hər bir adam 



əldə  etdiyi  vəsaiti,  gəlir  əldə  etmək  cürbəcür  ekspedisiya-

lara sərf etmişdir. Kim isə xeyir götürüb, kim isə yox. Mən 

öz  vəsaitimi,  Araukan  ölkəsini  zəbt  etmək  üçün,  oraya 

təşkil  edilmiş  Pedro  Valdiviyanın  başçılıq  etdiyi  ekspedi-

siyaya  sərf  etmişdim  və  həmin  ekspedisiya  araukanlar 

tərəfindən darmadağın edildiyi üçün mənim pullarım batdı. 

Valdiviyadan  əvvəl  isə  vəsaitimin  bir  hissəsini  Diyeqo 

Almaqronun  da  ekspedisiyasına  sərf  etmişdim  və  onda  da 

heç bir şey əldə edə bilmədim. Haqqına danışsam, ekspedi-

siyalar  zamanı  qazandığım  pulların  bir  hissəsinə  “Krallar 

şəhəri”  olan,  yeni  salınmış  Lima  (Lima  şəhərinin  əsası 

1535-ci  ilin  yanvarın  5-də  F.  Pisarro  tərəfindən  qoyulmuş-

dur)  şəhərində  (sonradan  Lima  Perunun  paytaxtı  elan  olu-

nur) ev saldırım. Həmin evdə hazırda mənim kiçik oğlum, 

Migelin  atası  Leon  yaşayır.  Qalan  pullarıma  isə  buradakı 

torpağı alıb bu evi tikdirmişəm. O, ki qaldı Ataulpanın İnk 

imperiyasının  axrıncı  varisi  olması,  bu  düzgün  nöqtəyi-

nəzər deyil. Ataualpa qüdrətli və nəhəng İnk imperiyasının 

şahı  olub.  Onun  edam  olunmasından  sonra  taxt-taca 

Ataualpanın  özü  tərəfindən  öldürülmüş  qardaşı  Uaskarın 

oğlu Manko Kopaka, qüdrətli və nəhəng yox, zəifləmiş və 

parçalanmış  İnk  imperiyasının  şahı  təyin  edilir.  Bu  işdə 

Fransisko Pisarronun böyük rolu olur. 



                                                     

 

  



                                                                            

                                                    

48 

- Sinyor, demək istəyirsiniz ki, konkistadorlar qazandıq-



ları kapitalı elə oradaca qoyublar? - deyə kapitan qoca ilə  

razılaşmadı. 

- Hamısı yox, amma onların səksən faizi öz kapitallarını 

orada  dövriyyəyə  buraxıblar.  -  Rodriges  qamətini  düzəl-

dərək,  təkildə  cavab  verdi  və  üzünü  kapitandan  çəkib 

təmkinlə sözünə davam etdi. - Kortesin iştirakçıları, Astek-

lərin  dövləti  işğal  olunanda,  Pisarronun  Perudakı  iştirakçı-

larına nisbətən həddindən çox özləri üçün kapital mənimsə-

mişdilər. Bunu elə-belə də bilmək olur. Fikrin verin, İspani-

yada Kortesin iştirakçıları yaxşı yaşayır, yoxsa, Pisarronun 

iştirakçıları?  Halbuki  İspan  xəzinəsinə  biz  Kortesdən  çox 

xeyir vermişik. 

Sanços  gəlib  Rodrigesgili  nahar  yeməyinə  dəvət  etmə-

səydi,  onların  söz  mübadiləsi  hələ  bir  neçə  saat  davam 

edəcəkdi.  Bu  haqda  söhbət  etmək  qocanın  lap  ürəyindən 

idi.  Belə  söhbətlərdən  sonra  o,  sanki  cavanlaşır  və  bir 

anlığa  yenə  də  Yeni  Dünya  sahillərində  olmaq  istəyirdi. 

Heyfslənirdi ki, həddindən artıq qocalıb. 

Nahar yeməyindən sonra kapitan Markos qohumlarıgilə 

getdi.  Migel  də  atları  gəzdirmək  üçün  Sançosa  müvafiq 

sərəncam  verdi.  Özü  isə  dostu  ilə  birlikdə  bəzi  şeyləri 

müəyyənləşdirmək  üçün  babasının  yanına  yollandı.  Rodri-

ges həmişəki kimi aynəbənddə əyləşib yola baxırdı. Migel 



                                                     

 

  



                                                                            

                                                    

49 

babasının  diqqətini  özünə  cəlb  etmək  üçün  yalandan 



öskürdü. Babası ona tərəf dönən kimi Migel ehtiramla dedi: 

-  Babacan,  mən  indi  başa  düşdüm,  sən  nə  üçün  məni 

Yeni  Dünya  sahillərinə  göndərmək  istəyirsən?  Şan-şörət 

üçün.  Mən  kapitan  Markosun  yanında  demək  istəmirdim. 

Amma bildirmək istəyirəm ki, mən heç vaxt səni burada tək 

qoyub, Barselonanı tərk etməyəcəm. 

-  Migel,  höcət  eləmə,  -  deyə  qoca  həqarətlə  dilləndi.  - 

bu evdə qərarı mən verirəm, sən yox. İndi səninlə bu haqda 

söhbət etməyə mənim halım yoxdur. Get, başqa vaxt söhbət 

edərik. 


Elə  həmin  an  Migelin  gözlərinə  babasının  ciddi 

baxışları  dəydi.  Bu  baxışların  qarşısında  o,  bir  söz  belə 

deyə  bilmədi.  Babası  ilə  höcət  etmək  artıq  şey  idi.  Məhz 

bundan sonra Migel babasından üzr istəyib otağı tərk etdi. 

İki  saatdan  sonra  Migelgil  evlərinə  qayıtdılar.  Səhərki 

söhbətdən nigaran qalan Rodriges söhbəti davam etdirmək 

üçün nəvəsini öz yanına çağırdı, Səhərkinə nisbətən Migel 

bu dəfə özünü babasının yanında sıxılmış kimi hiss edirdi. 

Rodriges ona nəzər salmadan təmkinlə dedi: 

-  Migel,  başa  düşürsən,  mən  səni  dünyada  xoşbəxt 

görmək  istəyirəm.  Mən  istəyirəm  ki,  sənin  adın  məşhur 

dəniz  səyyahlarının  adı  ilə  bərabər  çəkilsin.  Sən  yeni 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə