  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə15/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   11   12   13   14   15   16   17   18   ...   154

                                                     

 

  



                                                                            

                                                    

58 

Həmin  gəmilərin  bəziləri  Lepanto  (1571)  döyüşündə 



iştirak  etmişdilər.  Lepanto  döyüşü  İspaniyanın  qalibiyyəti 

ilə  başa  çatmışdı.  İspaniya,  Roma  papası  və  Venetsiya  ilə 

ittifaqa  girib,  1572-ci  ildə  Balkan  yarımadası  sahilinə 

birləşmiş  hərbi  dəniz  donanması  göndərir.  Sayı  200-dən 

çox  olan  iri  gəmilər,  Lepanto  körfəzində  ağır  döyüşdən 

sonra  türk  donanmasını  tamamilə  darmadağın  edirlər. 

Sonradan  həmin  donanmanın  bəzi  gəmilərinin  aqibəti  belə 

acınacaqlı  olur  və  ispanlar  heç  vaxt  özlərini  La-Manşdakı 

məğlubiyyətlə  bağışlamayacaqlar.  Bundan  sonra  ingilis 

gəmiləri  uzun  müddət  dünyanın  bütün  okeanlarında  ağalıq 

edib hökmranlığı əldən verməyəcək. Həmin döyüşdə ingilis 

donanmasına, kraliça Yelizavetanın sevimlisi, keçmiş dəniz 

qulduru  və  məşhur  korsar,  Magellandan  sonra  ikinci  dəfə 

dünya dəniz səyahətində (1577-1580) iştirak etmiş, Frensis 

Dreyk başçılıq etmiş və böyük müvəffəqiyyət qazanmışdır. 

II Filipp onu qanundan kənar elan etmişdir. F. Dreyk bütün 

İspan imperiyasının qəti düşməni sayılırdı. 

Qoca  səyyahın  bağında  şirin-şirin  söhbət  edən  bu  üç 

yoldaş,  həmin  armadanın  tərkibində  olmuş  və  Qravelin 

sahilində  ingilislərə  qarşı  qəhrəmancasına  döyüşmüşdülər. 

Məğlubiyyətə  və  keçirdikləri  sarsıntıya  görə,  onlar  heç  də 

fəxr  etmirdilər  ki,  “Məğlubedilməz  armada”nın  tərkibində 

La-Manş boğazındakı amansız döyüşdə iştirak ediblər. 



                                                     

 

  



                                                                            

                                                    

59 

-  Sebastyan,  dünən  sən  harada  idin?  -  deyə  Osvaldo 



müəmmalı tərzdə dostundan soruşdu. 

-  Gərək  mən  sizə  xəbər  edəydim  haradayam.  -  deyə 

Sebastyan bir anlığa başını aşağı salaraq, təmkinlə dilləndi. 

-  Bilirsiniz,  elə  səhər  tezdən  Silviya  özünü  pis  hiss  edirdi. 

O,  gecədən  xəstələnmişdi  və  bunu  məndən  gizlətmək 

istəyirdi.  Mən  də  məcburiyyət  qarşısında  qalıb  Silviyanın 

yanına həkim gətirdim. Bir sözlə, narahat olmağa dəyməz. 

Silviya bir-iki günə tamamilə sağalıb ayağa qalxacaq. 

-  Sebastyan,  heç  də  çəkinib  eləmə,  pul  lazımdırsa  de.  - 

deyə  Migel  açıq  ürəklə  dilləndi.  -  Əgər  lazımdırsa,  gedək 

Silviyanı  bura  gətirək.  Mənim  tanış  həkimim  də  var.  O, 

təmənnasız Silviyanın müalicəsi ilə məşğul ola bilər. Bizim 

evdə...   

- Çox sağ ol, Migel, dedim axı qorxulu bir şey yoxdur. - 

deyə  Sebastyan  əlini  Migelin  çiyninə  qoydu,  sözünü 

üzrxahlıqla kəsərək, təqdirediçi tərzdə davam etdi. - Silviya 

sağalandan sonra hökmən onunla bir yerdə bura gələcəm. 

Sonra  hər  üç  dost  kamandan  ox  atmaqla  məşğələlərini 

davam  etdirməyə  başladılar.  Lakin  bir  saatdan  sonra, 

Silviya  xəstə  olduğuna  görə  Sebastyan  evə  yollandı. 

Tövlədə  olan  on  iki  atdan  biri  şəxsən  Migelin,  o  birisi 

Osvaldonun,  üçüncüsü  isə  Sebastyanın  sayılır  və  bu  atlar 

şəxsən  qoca  səyyah  tərəfindən  hər  üç  dosta  bağışlanıl-



                                                     

 

  



                                                                            

                                                    

60 

mışdır.  İndi  də  Osvaldo  ilə  Sebastyan  həmin  atlardan  öz 



atları kimi istifadə edirdilər. 

Axşama yaxın Osvaldo da öz evinə yollandı. O, bildirdi 

ki,  gecəni  öz  evində  qalacaqdır.  Özünü  yorğun  hiss  edən 

Migel  yorğunluğunu  almaq  üçün,  bağdakı  skamyaların 

birində  əyləşərək  dincəlməyə  başladı.  Çiçəklərin  xoş  ətri, 

quşların nəğməli cəh-cəhi adamı lap məst edirdi. Çərhovu-

zun fəvvarəsi suda canlanma yaradırdı. 

Yarım  saata  kimi  Migel  də  evə  yollandı.  Elə  hündür 

olmayan  pilləkən  ilə  qalxıb  evin  qapısına  çatmışdı  ki, 

birdən  həyət  qapısı  döyüldü.  Migel  bir  anlığa  pilləkənin 

başında dayandı və qapını açmaq üçün həyət qapısına tərəf 

yollanmaq  istədi.  Bu  dəmdə  evin  qapısı  açıldı  və  həmişə 

hazır  olan  Sanços  cəld  həyətin  qapısına  tərəf  üz  tutdu. 

Migel bu dəfə kimin təşrif gətirdiyini görmək üçün burada 

dayınıb  gözlərini  qapıya  zillədi.  Sanços  qapının  ağzına 

çatanda,  birdən  qapının  o  üzündə  karet  səsi  eşidildi  və  bir 

anda  da  həmin  səs  yoxa  çıxdı.  Görünür,  karet  qapının 

ağzında dayanmışdı. Sanços qapını açıb oradakılara mərhə-

mətlə  təzim  edərək  onlarla  sorqu-sual  etdi.  Heç  iki  dəqiqə 

keçməmiş,  Sanços  içəri  keçib  darvazanı  açır.  Qapının 

ağzında  bir  atlı  və  iki  ata  qoşulmuş  karet  göründü.  Qapı 

açılan kimi onlar içəri daxil oldu, atlı kareti qabaqlayıb, düz 

Migelin yanında atdan düşdü. Migel dərhal atlını tanıdı. O, 



                                                     

 

  



                                                                            

                                                    

61 

“sinyor Odovaldo” - deyə pilləkənlərdən enərək təbəssümlə 



ona yaxınlaşdı. 

Bu  zadəgan  Yeni  Dünya  sahillərində  konkistador  kimi 

tanınan kapitan Xuan Odovaldo de Kamaço idi. Zadəganlar 

bir-birləri  ilə  görüşənə  kimi  karet  gəlib  onların  yanında 

dayandı. Kapitan Xuan cəld karetin qapısını açdı və içəridə 

olan cavan sinyoranın əlindən tutub, karetdən düşməyə ona 

kömək  etdi.  Sinyoranın  ardınca  karetdən  orta  yaşlı  bir 

zadəgan  düşdü.  Zadəgan  o  qədər  hündür  olmayan,  dolu 

bədənli,  yaxşı  qamətli,  otuz  beş  yaşında  ciddi  baxışlı  bir 

adam  idi.  O,  yumrusifət,  təmkinli,  sifətində  qalın  bığdan 

başqa  tük  saxlamırdı.  Başının  qara  rəngli  tükü  qara 

şlyapanın altında idi. 

O,  karetdən  duşəndə  təzim  etmədən  yanındakı  sinyo-

ranın  əlindən  tutdu.  Kapitan  Xuan  Migeli  təqdim  edəndən 

sonra əli ilə sinyoranı göstərib ehtiramla dedi: 

-  Migel,  tanış  ola  bilərsən,  bu  bizim  gəlinimiz  sinyora 

Mursiya  de  Xuanitadır.  “Vanquardia”  gəmisinin  şturmanı 

Xuanita  Floresin  ikinci  qızıdır.  -  Sonra  əli  ilə  orta  yaşlı 

zadəganı  göstərib  həmin  tərzdə  sözünə  davam  etdi.  - 

Mənim ortancıl qardaşım “Vanquardia” gəmisinin kapitanı 

Filipp Odovaldodur. O, Filipp Mursiyanın həyat yoldaşıdır. 

Onların iki ay bundan əvvəl oğlu olub. 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə