  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə127/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   123   124   125   126   127   128   129   130   ...   135

                                                     

 

  



                                                                            

                                                    

502 

Kapitan öz əsgərini düzgün tənbeh edirdi. Həmin döyüşdə 



Migel  böyük  ərköyünlük  etmiş  və  son  nəticədə  düşmən 

tərəfindən  Armando  kimi  məhv  edilə  bilərdi.  Çünki  həmin 

döyüşdə  araukanların  sayı  6  nəfər  yox,  iki  dəfə  çox  ola 

bilərdi. Allahın ona rəhmi gəlmişdi. Həmişə olduğu kimi, bu 

dəfə də onun bəxti gətirmişdi.  

Kapitanın  fikrincə,  əsas  döyüşlər  hələ  qabaqdadır  və  hər 

bir  konkistador öz məharətini və bacarığinı həlledici döyüş-

lərdə  nümayiş  etdirməlidir.  Araukanlar  çox  ciddi  rəqib 

sayılırdı  və  onları  tamamilə  məğlubiyyətə  uğratmaq  heç  də 

asan  deyildi.  Onlara  qarşı  başlanan  hərbi  əməliyyat  uğurla 

başlana  bilər,  lakin  həmin  əməliyyatı  uğurla  da  başa  çatdır-

maq lazım idi. 

İspanlar  son  döyüşlərdə  həlak  olan  yoldaşlarını  qazılan 

vahid  qəbirdə  basdırdılar.  Onların  ruhu  üçün  dua  oxundu. 

Armandonun ehtiyatsızlıq uçbatından həlak olması konkista-

dorları  daha  da  sarsıtdı.  Onların  sırası  daha  da  seyrəldi. 

Güclü  təşkil  olunan  kəşfiyyatçı  dəstəsində  cəmi  10  nəfər 

döyüşçü qalmışdı. Əsirlər azad olunandan sonra bu dəstənin 

sayı  iyirmi  nəfərə  çatdırılmışdı.  Son  əməliyyatlar  zamanı 

həmin dəstənin sayı iki dəfə azalmışdı. 

Belə  bir  qənaətə  gəlmək  olar  ki,  hindular  bu  kəndin 

çıxacağında  altı  nəfərdən  ibarət  olan  bir  dəstə  ilə  pusqu 

qurublarsa  və  həmin  dəstənin  sağ  qalmış  üzvləri  şimal 



                                                     

 

  



                                                                            

                                                    

503 

istiqamətində  geri  çəkilirsə,  deməli  araukanlar  müvəqqəti 



olaraq  böyük  döyüşlərdən  boyun  qaçırırlar.  Ya  da  ki,  onlar 

ispanların  qarşısını  kəsmək  üçün  bütün  dağ  və  meşə 

keçidlərində pusqu qurmaqdan ötrü, kiçik saylı dəstələr təşkil 

etmişdilər.  Sağ  qalan  araukanların  şimala  çəkilməsi  ondan 

xəbər  verirdi  ki,  hinduların  Araukaniyanın  şimalında  hərbi 

birləşmələri var. 

Valdiviyada  əldə  edilən  razılaşmaya  əsasən,  polkovnik 

Alonsonun başçılıq etdiyi ekspedisiya bu gün Anqud körfəzi-

nin şimal sahilinə çıxarılmalı idi. Araukanların tələm-tələsik 

qəribə  manevrlərindən  belə  başa  düşmək  olar  ki,  ispan 

konkistadorlarından  ibarət  olan  ekspedisiya  vaxtından  əvvəl 

Araukaniyaya gəlib. Öz əsgərlərinin həyatını gözbəbəyi kimi 

qorumağa çalışan kapitan Xuan, ekspedisiyanın əsas heyətini 

məhz  bu  kənddə  gözləməyi  qərara  aldı.  Bir-iki  günün 

içərisində konkistadorlar onsuz da bu kəndə ayaq basacaqlar. 

 

 



 

 

 



 

 

 




                                                     

 

  



                                                                            

                                                    

504 

                         İzahlar 

 

1. Abbasi Xilafəti (750-1258) - Xilafətdə baş verən üsyan 

və  vətəndaş  münaribəsi  nəticəsində  Abbasilər  nəsli 

hakimiyyətə gəlir və Bağdad şəhərini Xilafətin paytaxtı elan 

(762)  edirlər.  Əməvilərdən  fərqli  olaraq  onlar  işğalçılıq 

siyasətini  dayandırırlar.  Bundan  əlavə  Abbasilər  Xilafətin 

bəzi  vilayətlərini  də  itirirlər;  İspaniyada  Əməvilərin  axırıncı 

nümayəndəsi Əbdür-Rəhmanın nəsli möhkəmlənir və müstə-

qil  əmirlik  (756)  yaranır  və  Məğribin  bəzi  vilayətləri  xila-

fətin tərkibindən çıxırlar. Xəlifin bir çox canişinləri müstəqil 

hakimlərə  çevrilirdilər;  Xorasanda  Tahiridlər,  Məvərən-

nəhrdə Samanidlər, Misirdə Tulunidlər, Azərbəycandan qərb 

tərəfdə  Bəhrətidlər.  X  əsrin  əvvəli  üçün  Abbasilərin 

ixtiyarında yalnız İraqi Ərəb və İranın qərb hissəsi qalmışdı. 

2.  Aborigen-Amerika  qitəsi  və  Avstraliya  kəşf  ediləndən 

sonra həmin ərazilərdə yaşayan yerli əhali belə adlandırılırdı. 

3.  Oktavian  Avqust  (e.ə.62-b.e.14)  Romada  respublika 

quruluşuna  son  qoyan  (e.ə.31)  imperator.  2-ci  triumviratın 

(e.ə. 43) üzvü (Oktavian, Antoni və Lepid). Sezar öldürülən-

dən sonra (e.ə.44) Oktavian Romaya gəlir. Senat oliqarxiyası 

ondan Antoni əleyhinə istifadə etmək istəyirdi və Oktaviana 

xüsusi qərar ilə fövqəladə vəkalət vermişdi. O, e.ə. 43-cü ilin 

aprel ayında Mutina döyüşündə Antoninin, 42-ci ilin payızın-



                                                     

 

  



                                                                            

                                                    

505 

da Antoni ilə birlikdə Filippi döyüşündə Sezarın düşmənləri 



Brutun  və  Kassinin,  41-ci  ilin  əvvəlində  Peruziya  mühari-

bəsində  Mark  Antoninin  qardaşı  Lusininin,  31-ci  ildə  Aksi 

döyüşündə  Antoni  ilə  Kleopatranın,  26-cı  ildə  Siciliyada 

Sekst Pompeyin qoşunlarını darmadağın etmişdir. 30-cu ildə 

Misir  Romaya  birləşdirilir.  Oktavian  vəfat  edəndə  böyük 

təntənə  ilə  özünün  tikdirdiyi  sərdabədə  dəfn  edildi.  Senat 

xüsusi  qərar  ilə  onun  xatirəsini  əbədiləşdirərək  ona  «ilahi» 

(divius) və «müqəddəs» (Avqust) addarı vermişdi. 

4.  Pedro  Arias  (Pedrarias)  Avila  -  1514-cü  ildən  “Qızıl 

Kastiliyanın”  qubernatoru.  Panamaya  gələndən  sonra 

Balboanı  aradan  götürmək  üçün  ona  qarşı  xəyanətkarlıq 

ixtilafı  təşkil  edir  və  1517-ci  ildə  məşhur  dəniz  səyyahını 

edam  elətdirir.  Avila  1519-cu  ildə  ispanların  Sakit  okeanda 

ilk məntəqəsi sayılan Panama şəhərinin əsasını qoyur. 

5.  Akvatoriya  -  iri  su  hövzəsində  nəzərdə  tuqulan 

müəyyən bir sahə. 

6.  Pedro  Alvarado  -  Xuan  Qrixalva  Meksikanı  kəşf  edən 

zaman  (1518)  o,  gəmilərin  birinə  başçılıq  etmişdir.  Ernan 

Kortesin yaxın silahdaşı idi. Konkistadorlar onu yaraşıqlı və 

xoşsifət  olduğuna  görə  «Günəş»  ləqəbini  vermişdilər. 

Alvarado  1523-cü  ilin  dekabr,  1524-cü  yanvar  aylarında 

Teuantepek  bərxəzini  kəşf  edibdir.  Ondan  sonra  Kortesin 

göstərişi ilə Çyapas (hazırda Meksikanın ştatıdır) və Qvate-



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə