  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə128/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   124   125   126   127   128   129   130   131   ...   135

                                                     

 

  



                                                                            

                                                    

506 

mala  ölkələrini  işğal  etmək  üçün  cənub-şərq  istiqamətində 



yürüşə  yollanır.  O,  bu  işin  öhdəsindən  ustalıqla  gəlir  və 

1524-cü  ilin  iyulun  25-də  “Santyaqo  de  Qvatemala”  şəhəri-

nin  (indiki  Qvatemala)  əsasını  qoyur.  Alvaradonun  dəstəsi 

Teuantepek körfəzindən Fonseka körfəzinə kimi 1000 km-lik 

sahil zolağını tədqiq edərək Mərkəzi Amerikanın Sakit okean 

zolağının 4000 km-lik sahəsinin tədqiqatını başa çatdırır. 

7.  Ambroziy  Alfinger  -  1529-cu  ildə  böyük  bir  dəstə  ilə 

Venesuellaya  çıxır  və  Marakaybo  gölünə  gələrək,  həmin 

gölün  xəritəsini  tərtib  etmişdir.  Eldoradonun  axtarışına 

başlayan  Alfinker  Şimali  And  dağlarını  tədqiq  edir  və  yerli 

hindular tərəfindən “zalımların zalımı” ləqəbini alır. 1533-cü 

ildə o, hindular tərəfindən öldürülür. 

8. Ambato şəhəri - Ekvadorun düz mərkəzində Kotopaxi, 

Çimboraso və Tunquraua vulkanları arasında yerləşir. 

9. Anauak - indiki Meksikanın ərazisində böyük bir əyalət 

idi. 


10. Paskual de Andaqoya  - P.Avilada xidmət edib. 1522-

ci  ildə  Panama  körfəzindən  cənuba  doğru  400  km-lik  sahil 

zolağını  tədqiq  edərək  San-Xuan  çayının  (4°ş.en  dairəsi) 

deltasından  geri  qayıdır.  1539-cu  ildə  o,  Boqotadan  Sakit 

okeana  Mərkəzi  Kordilyerdən  Kauke  vadisi  ilə  yuxarı  və 

Qərbi  Kordilyerdən  Buenaventura  körfəzinə  keçməklə  rahat 

ticarət yolu kəşf edir. 



                                                     

 

  



                                                                            

                                                    

507 

11. Atakames məntəqəsi - Esmeraldas çayının mənsəbində 



yerləşmiş  hindu  yaşayış  məntəqəsi.  Fransisko  Pisarro  Sakit 

okean  zolağında  hindulardan  ilk  dəfə  çoxlu  qiymətli  sərvəti 

məhz Atakamesdə ələ keçirmişdi. 

12.  “Ataualpanın  qızılı”  -  Ataualpanın  əsirlikdən  azad 

olunması  üçün  hinduların  topladıqları  qızılın  böyük  bir 

hissəsi,  imperator  edam  ediləndən  sonra  kasiklər  tərəfindən 

gizlədilir.  İspanlar  həmin  xəzinənin  axtarılıb  tapılması  üçün 

xüsusi  dəstələr  təşkil  edir,  lakin  öz  istədiklərinə  nail  ola 

bilmirlər. 

13. Ati nəsli - vaxtı ilə «Kitu krallığını» idarə edən hindu 

sülaləsi. 

14.  Attila  (453-cü  ildə  ölüb)-hunnların  rəhbəri.  Onun 

hakimiyyəti dövründə hunnların tayfa ittifaqı Pannoniyadakı 

mərkəzlə xeyli güclənir. Şərqi Roma imperiyasının və İranın 

ərazilərinə  təşkil  edilən  viranedici  yürüşlərdən  sonra  Attila 

qərbə  tərəf  üz  tutaraq  Şimali  Qalliyanın  bir  çox  şəhərlərini 

darmadağın  edir.  Katalaun  çölündəki  döyüşdə  (451  il)  o, 

romalıların,  frankların,  vestqotların  və  burqundların  birləş-

miş qoşununa məğlub olur. Özünün axırınçı böyük yürüşün-

də (452 il) Romaya yaxınlaşır, lakin vergi alandan sonra geri 

çəkilir. Onun ölümündən sonra yaratdığı hərbi ittifaq dağılır. 

15.  Babaoyo  çayı  -  indiki  Ekvadorda  bu  çayın  mənbəyi 

Kotopaxi vulkanının cənub-qərb ətəyi yaxınlığından başlayır 



                                                     

 

  



                                                                            

                                                    

508 

və Quayakil şəhərində Daule çayı ilə birləşərək Quayas çayı 



altında Quayakil körfəzinə tökülür. 

16.  Zəhirrəddin  Məhəmməd  Babur  şah  (1483-1530)  - 

Hindistanın  padşahı  (1526-1530),  Böyük  Moğol  dövlətinin 

banisi.  Əmir  Teymurun  nəslindəndir.  Daxili  çəkişmələr 

zamanı ölkədən (Fərqanədən) qovulur və 1504-cü ildə Kabil 

şəhərində məskunlaşır. Oradan, Səmərqəndi və Fərqanəni ələ 

keçirmək  üçün  uğursuz  yürüşlər  təşkil  edir.  1525-ci  ildə 

döyüşkən və bacarıqlı 25 minlik ordusu ilə hindistana hücum 

edir  və  1526-cı  ildə  bir  neçə  dəfə  çox  olan  Dehli  sultanı 

İbrahim Lodinin ordusunu darmadağın edir və Dehli ilə Aqra 

şəhərlərini ələ keçirərək Moğol dövləti yaradır. 

17.  Barrankilya  -  Maqdalena  çayı  mənsəbində  yerləşən 

(dənizdən 18 km. aralı) Kolumbiyanın Qəraib dənizi sahilin-

də mühüm limanı. 

18. İzabella Barreto - A.Mendanyanın həyat yoldaşı. Sakit 

okeana  nəzərdə  tutulmuş  2-ci  ekspedisiya  zamanı  (1595-

1598)  iştirak  etmişdir.  Mendanya  vəfat  edəndən  sonra 

ekspedisiya üzərində komandanlığı öz üzərinə götürmüşdür. 

Beləliklə İzabella Barreto ilk qadın kimi okean keçidi zamanı 

müstəqil şəkildə ekspedisiyaya rəhbərlik etmişdir. 

19. Antonio Berrio-i-Orunya - Q. X. Kesada ölməmişdən 

əvvəl  (1579)  Eldoradonun  qubernatoru  «vəzifəsinə»  varisi 

A.Berrionu  təyin  edir.  Eldoradonun  axtarılması  üçün  1584-



                                                     

 

  



                                                                            

                                                    

509 

1585,  1587-1589,  1590-1591,  1592-1595,  1596-1597-ci 



illərdə iri ekspedisiyalar təşkil etmişdi və sonuncu ekspedisi-

ya  zamanı  (1597)  ölür.  1595-ci  ildə  Koroni  çayının  mənbə-

sinə yaxın bir yerdə San-Tome-de-Quayana şəhərinin əsasını 

saldırır. Oqau Fernando Evdoradonun yeni qubernatoru təyin 

edilir. 

20.  Batı  xan  (1255-ci  ildə  vəfat  edib)  -  atasının  ölümün-

dən  (1227)  sonra  Monqolustandan  qərb  tərəfdə  ulus  alır. 

Çingiz  xanın  böyük  oğlu.  Rəzil  və  amansız  olan  Batı  xan 

məşhur və istedadlı sərkərdə idi. 1236-cı ildə Rus dövlətinə 

hücum  edir  və  Volqaboyunda  yerləşən  bolqarların  və  başqa 

xalqların torpaqlarını, 1237-ci ildə Ryazan  şəhərini, 1238-ci 

ildə  Moskva,  Suzdal,  Vladimir,  1239-cu  ildə  Pereyaslavl, 

Çerniqov,  1240-cı  ildə  Kiyev  şəhərlərini  ələ  keçirərək, 

Kamenes,  Vladimir-Volın  və  Qaliç  torpaqlarından  keçərək 

Macar  düzənliyinə  çıxır.  Macar  kralı  Adriatik  dənizindəki 

adaların  birinə  qaçır.  O,  nəhəng  Qızıl  Orda  ölkəsini  yaradır 

və paytaxtı Saray şəhəri elan olunur. 

21.  I  Bəyazid  (1360-1403)  -  Türkiyənin  sultanı  (1389-

1402),  hakimiyyət  dövründə  Avropada  və  Asiyada  yeni 

əraziləri  istila  edir.  Nikopol  yaxınlığında  1396-cı  ildə 

polyak-macar-fransız ordusunu darmadağın edir. 1402-ci ildə 

Ankara  döyüşündə  Əmir  Teymurun  ordusu  tərəfindən 

darmadağın edilir və əsir düşür. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə