  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

                                                     
 
  
                                                                            
                                                    
38 
Hind adalarına olan inhisarını ləğv edərək, imkanlı şəxslərə 
həmin ərazilərə ekspedisiya göndərməsi üçün patent verir.  
Pedro Alonso Ninyo: İlkin icazə alanlardan biri Kolum-
bun  Yeni  Dünya  sahillərinə  təşkil  etdiyi  səyahətlərinin 
üçündə  iştirak  etmiş  şturman  Pedro  Alonso  (Peralonso) 
Ninyo idi və o, tərəddüd etmədən 1499-cu ilin iyun ayının 
əvvəlində,  bir  gəmidə  Karib  dənizinə  yollanır.  Tordesilyas 
müqaviləsinə hörmətlə  yanaşan Ninyo Cənubi  Amerikanın 
şimal  sahillərini  demarkasion  xətdən  qərb  tərəfdə yerləşən 
hissəsinə ekspedisiya təşkil edir. Hər şeydən əvvəl o, müəy-
yən  etmək  istəyirdi  ki,  yeni  kəşf  olunan  böyük  torpağın 
ərazisi demarkasion xətdən neçə km. qərbə doğru uzanır və 
həmin sahil zolağı harada başa çatır?  
Alonso  Oxeda:  Ninyodan  əvvəl  həmin  sahilləri  tədqiq 
etmək  üçün  Kolumbun  Yeni  Dünya  sahillərinə  olan  ikinci 
səyahətinin iştirakçısı Alonso Oxeda icazə alır və üç gəmi-
də  birbaşa  Karib  dənizinin  cənubunda  yerləşən  materikə 
tərəf üz tutur. İki gəmini ona florentsiyalı bankirlər verdik-
ləri üçün, guya Ameriqo Vespuççi də həmin ekspedisiyada 
iştirak  edir.  Bundan  əlavə  heyətə  Kolumbun  ikinci 
ekspedisiyasında  iştirak  etmiş  Xuan  de  La  Kosa  və  başqa 
tanınmış  adamlar  da  dəvət  olunur.  Səyahətə  mükəmməl 
hazırlaşan Oxeda yola düşməmişdən əvvəl Kolumbun ispan 
monarxlarına  1498-ci  ildə  göndərdiyi  Pariya  körfəzinin  və 


                                                     
 
  
                                                                            
                                                    
39 
Mirvari  sahilinin  xəritəsi  ilə  tanış  olur.  Bu  ondan  xəbər 
verir  ki,  o,  Yeni  Dünya  sahillərinə  xüsusi  missiya  ilə 
yollanmışdı.  Buna  bariz  nümunə  ekspedisiya  18-i  may 
1499-cu  ildə  Kadis  limanını  tərk  edəndən  bir  neçə  gün 
sonra  o,  yolda  bir  karavellanı  saxlayıb,  gəmi  heyətinin 
əksər hissəsini özü ilə səyahətə getməsini razı salır.  
Ameriqo Vespuççi: İyunun sonunda dörd gəmi 6

və ya 
5

c.en  dairəsində  haradasa,  51

q.  uzunluğunda  yerləşən 
Oyapok  buxtasında  sahilə  yaxınlaşır  və  orada  iki  yerə 
bölünürlər.  Oxeda  iki  gəmidə  qərb-şimali-qərb  istiqaməti 
ilə  yolunu  davam  etdirir,  yerdə  qalan  gəmilərdə  isə 
Vespuççi cənub-qərb istiqamətilə hərəkət edərək, iyulun 2-
də Visente Pinsondan qabaq, Atlantik okeanına tökülən iki 
böyük  çayın  –  qərbdən  Amazonka  və  cənubdan  Para  – 
mənsəbini görür. Onlar sahildən 45 km. aralı öz çəlləklərini 
okenda  şirin  su  ilə  doldururlar.  Vespuççi  20  yoldaşı  ilə 
birlikdə  qayıqlarda  100  km.  içəri  daxil  olur  və  oranın  sıx 
meşəlikdən  ibarət  olduğunu  görüb  iki  gündən  sonra  gəmi-
lərə  qayıdır.  İyulun  24-də  onlar  şərq,  cənubi-şərq  istiqa-
mətində yollarını davam etdirirlər, lakin əks tərəfdən gələn 
cərəyanın  ucbatından  250  km-dən  çox  məsafə  qət  edə  bil-
mirlər.  Beləliklə,  ispanlar  Cənubi-Passat  cərəyanının  qolu 
olan, saatda 3 km. daşan Qviana cərəyanını aşkarlayırlar. 


                                                     
 
  
                                                                            
                                                    
40 
Bəzi alimlər qeyd edirlər ki, o, ya 1
0
  30

c.en dairəsi və 
45

q.uzunluğunda yerləşən Turiasu buxtasına, ya da ki, 2

c.en  dairəsi  və  44
0
  q.uzunluğunda  yerləşən  San-Markus 
buxtasına kimi 1200 km. məsafə qət edir və oradan şimal-
qərb  istiqamətilə  geri  qayıdır.  Trinidad  adasında  bir  qədər 
istirahət edəndən sonra Vespuççi Kodera burnu yaxınlığın-
da  Oxeda  ilə  birləşir  və  hər  ikisi  1500-cü  ilin  iyun  ayında 
İspaniyada peyda olurlar. 
                 
              
                                  
                  Ameriqo Vespuççi (1454-1512) 


                                                     
 
  
                                                                            
                                                    
41 
Dekabrın  1-i  1499-cu  ildə  Kolumbun  Yeni  Dünya 
sahillərinə təşkil etdiyi  birinci səyahətin iştirakçısı Visente 
Yanyes Pinson öz nəslinin nümayəndələrinin puluna aldığı 
dörd  gəmidə  Palos  limanını  tərk  edib,  birbaşa  Braziliya 
sahillərinə  yollanır.  Yaşıl  Burun  adalarından  o,  kursu 
cənub-qərb  istiqamətinə  götürüb,  ispanlar  arasında  birinci 
olaraq ekvator xəttini keçir və iki həftəlik okean keçidindən 
sonra 26-sı yanvar 1500-cü ildə gözlənilmədən Braziliyanın 
San-Roka  burnu  (5

30

c.en  dairəsi)  ilə  rastlaşır.  Tordesil-
yas  müqaviləsinə  zidd  olaraq  Pinson  notariusla  birlikdə 
sahilə  çıxıb,  orada  taxtadan  düzəldilmiş  bir  neçə  xaçı 
torpağa  sancır.  O,  bütün  heyət  qarşısında  həmin  ərazini 
ispan taxt-tacının mülkiyyəti elan edir.  
Bu  kəşfdən  sonra  Pinson  şimal-qərb  istiqamətində 
yolunu  davam  etdirir  və  bir  neçə  gündən  sonra  sahili 
gözdən itirir. Dənizçilər okeandan su götürəndə görürlər ki, 
su  şirindir  və  dərhal  istiqaməti  sahilə  tərəf  üz  tuturlar. 
Yalnız  200  km.  yol  qət  edəndən  sonra  Pinson  sahil  ilə 
üzləşir  və  Vespuççidən  sonra  Para  çayının  mənsəbini  kəşf 
edən  ikinci  adam  olur.  Ekvator  yaxınlığında  yenə  də 
Vespuççidən  sonra  o,  dünyənın  ən  böyük  çayının  mənsə-
bini aşkarlayır və onu (okean sularının materikə yaxın olan 
hissədə  şirin  suya  çevirdiyindən)  Mar-Dulse  (“Şirinsulu 
dəniz”)  adlandırır.  Pinson  oradan  şimal-qərb  istiqamətində 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə