  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə12/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

                                                     
 
  
                                                                            
                                                    
46 
Visente Pinsonun ekspedisiyasında iştirak edən Ameriqo 
Vespuççi 5
0
-6

c.en dairəsində Braziliya sahillərinə yan alır 
və  oradan  cənub  istiqamətində  hərəkət  edir.  Onun  missi-
yasına Braziliyanın cənub sahillərinin hara kimi uzandığını 
müəyyənləşdirmək  idi.  Lakin  o,  da  həmin  missiyanın 
öhdəsindən  gələ  bilmir.  Sanki  onların  hər  birinə  ayrı-
ayrılıqda  xüsusi  tapşırıq  verilmişdi  ki,  oranın  hər  bir  qarış 
torpağı ispanların diqqətindən yayınmasın.  
İspan  monarxları  bilmək  istəyirdilər  ki,  Tordesilyas 
müqaviləsindən  sonra  Atlantik  okeanının  o  biri  tayındakı 
torpağın hansı irilikdə olan hissəsi portuqalların mülkiyyə-
tinə  keçir.  Parallellər  arasındakı  məsafə  hesablananda 
onların  həddindən  artıq  böyük  əraziyə  malik  olduğu  üzə 
çıxır.  Deməli,  belə  çıxır  ki,  portuqal  dəniz  səyyahları  heç 
bir əziyyət çəkmədən həddindən artıq böyük əraziyə sahib 
çıxmışdılar. Olmaya, Tordesilyas müqaviləsi zamanı özləri-
ni  avam  aparmağa  çalışmış  portuqallar  ispanlara  hiylə 
gəlmişdilər?  Axı,  onlar  ikinci  bölgü  zamanı  demarkasion 
xəttin  birdən-birə  270  liq  artırmağa  müvəffəq  olmuş  və 
indiki Braziliya boyda iri bir ərazini ispanların əlindən ala 
bilmişdilər.  
Tordesilyas  müqaviləsinə  əsasən,  artıq  Braziliya  portu-
qallara  məxsus  olduğundan,  sadəcə  olaraq,  bunu  rəsmiləş-
dirmək  lazım  idi.  Həmin  kəşf  rəsmiləşdiriləndən  sonra 


                                                     
 
  
                                                                            
                                                    
47 
həmin ərazini tədqiq etmək üçün tədqiqat ekspedisiyasının 
göndərilməsi  planlaşdırılırdı.  Bu  işi  yerinə  yetirmək  üçün 
krala bir neçə namizəd təqdim olunmuşdu, lakin o, Qonsalu 
Kuelyunun  üzərində  dayandı.  Çox  maraqlıdır  ki,  həmin 
səyahət  tədqiqat  baxımdan  mühüm  əhəmiyət  kəsb  etsə, 
həmin  ekspedisiyaya  başçılıq  etmiş  rəisin  adı  bir  neçə  əsr 
məxfi  saxlanmışdı.  Öz  avantürası  ilə  bütün  həmkarlarını 
geridə  qoyan  Ameriqo  Vespuççi  həmin  səyahəti  öz  adı  ilə 
bağlamışdı.  Guya  o,  1501-1502-ci  illərdə  həmin 
ekspedisiyaya rəhbərlik etmişdi. Lakin gec olsa da həqiqət 
üzə çıxır, ədalət isə bərpa olunur.  
1501-ci  ildə  Portuqaliya  sahillərini  tərk  edən  Qonsalu 
Kuelyunu  uzun  müddət  Vespuççinin  köməkçisi  kimi 
qələmə  verirdilər.  Bir  çox  mənbələrdə  Vespuççinin  guya 
Alonso  Oxedanın  ekspedisiyasında  Cənubi  Amerikanın 
şimal  sahillərini  tədqiq  etdiyi  göstərilir.  Əlbəttə  ki,  bu 
yalandır.  Çünki  o,  ilk  dəfə  bu  materikin  sahillərinə  elə 
Kuelyunun  səyahəti  zamanı  gəlibdir.  Əslində  Vespuççi 
Braziliya  sahillərinə  nəzərdə  tutulan  Kuelyunun  ekspedisi-
yasına  qeyri-rəsmi  naviqator  kimi  təhkim  olunmuş  və 
tədqiqat  zamanı  orada  gördüyü  hər  bir  şeyi  qələmə  almalı 
idi.  Həqiqətən  də  həmin  yazılar,  XVI  əsrin  əvvəlində 
“Santa-Krus”  və  ya  “Tutuquşular  ölkəsi”  adı  altında 
Braziliyanın  sahil  zolağı  -  çaylar,  buxta,  körfəzlər  göstəri-


                                                     
 
  
                                                                            
                                                    
48 
lən  tərtib  edilmiş  bir  neçə  xəritə  ilə  gəlib  bizim  günlərə 
çatıbdır. Maraqlıdır ki, həmin xəritələr başqa-başqa məkan-
larda  tapılmışdır.  Görünür,  həmin  materialların  surətləri 
çoxaldılaraq, naməlum insanlar arasında yayılaraq, salamat 
şəkildə indiki zamanda tədqiqat obyektinə çevrilibdir. 
Beləliklə,  10-u  may  1501-ci  ildə  kapitan-general 
Qonsalu  Kuelyu  üç  gəmidə  Lissabonu  tərk  edir  və  iyunun 
1-də  Yaşıl  Burun  adalarında  vətənə  qayıdan  Kabralın 
ekspedisiyası ilə rastlaşır. Onun missiyası da demək olar ki, 
yarımməxfi  sayılırdı.  Lakin  buna  baxmayaraq  o,  Kabralın 
Braziliya sahillərindəki səyahəti barəsində bəzi məlumatları 
əldə  edir  və  başa  düşür  ki,  Atlantikanın  qərbində  yerləşən 
əraziyə getmək nəinki Hindistana, hətta Afrikanın cənubu-
na olan marşrutdan da asandır.  
11  gün  ərzində  Bijaqoş  arxipelaqında  şirin  su  ehtiyatı 
əldə  edən  kimi,  onlar  beş  həftəlik  okean  keçidindən  sonra 
qayalıqlarla əhatə olunmuş Fernandu-di-Noronya adası ilə, 
avqustun 17-də isə materikin sahili ilə üzləşirlər. Elə birinci 
burunda  portuqallar  demək  olar  ki,  istirahət  etmədən  bir 
həftə  qalır  və  yollarını  davam  etdirirlər.  Qəribə  olsa  da, 
yerli əhali ilə ticarət əlaqəsi qurmaq üçün sahilə iki dənizçi 
çıxır  və  geri  qayıtmırlar.  Buna  görə  Vespuççi  hinduları 
cəzalandırmaq  təklifi  versə  də,  Kuelyu  iğtişaş  yaratmadan 
cənub  istiqamətində  buradan  uzaqlaşır.  Sahil  zolağının 


                                                     
 
  
                                                                            
                                                    
49 
tədqiqi xüsusi əhəmiyyət kəsb etdiyindən, hər  bir məntəqə 
dəqiqliklə  qeydiyyata  alınırdı.  Bu  isə  hər  məntəqəyə 
müqəddəslərin  adı  verilməklə  həyata  keçirilirdi.  Məhz 
həmin adlardan bilmək olur ki, onlar ilk dəfə şimalda hansı 
məntəqədə olublar. 
Dənizçilər  yanvarın  6-da  Anqra-dus  Reys  buxtasına,  16 
gündən  sonra  San-Visenti  adasına  (24

c.en  dairəsi), 
yanvarın sonunda isə Kananea çayının (25

c.en  dairəsi  və 
48
0
  q.  uzunluğu)  mənsəbinə  çatır.  Məhz  burada  Kuelyu 
tədqiqat  işlərini  başa  çatdırıb  vətənə  qayıtmağı  qərara  alır. 
Ferdinand  di  Noronyanın  səlahiyyətli  nümayədəsi  olan 
gəminin  biri  donanmadan  ayrılıb  24-ü  iyun  1502-ci  ildə 
Lissabona gəlir. 
Bu  səyahətin  xronologiyasına  nəzər  yetirəndə  Vespuç-
çinin  çoxsaylı  fantaziyası  ilə  üzləşirsən.  Onun  məlumatına 
əsasən,  yerdə  qalan  iki  gəmi  fevralın  13-də  Braziliya 
sahillərindən  aralanaraq  cənub  istiqamətində  səyahəti 
davam  etdirir  və  təxminən  3000  km.  məsafəni  arxada 
qoyaraq  aprelin  3-də  52

c. en dairəsində  yeni bir torpaqla 
üzləşirlər.  İ.  P.  Magidoviç  və  V.  İ.  Magidoviçə  görə  çox 
güman  ki,  bu  20

c.en  dairəsində  və  30

q.  uzunluğunda 
yerləşən Trindadi adasıdır. Burada dənizçilər evə qayıtmaq 
üçün  kapitan-generalı  razı  salırlar  və  onlar  mayın  10-da 
Syerra-Leone  sahillərinə  çatır.  Kuelyu  orada  yararsız  hala 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə