162
xalqının düşmənlərinə satılır, əvəzinə isə bura ərzaq məhsul-
ları gətizdirilir.
- Robert, mən biləni Əfqanistanda becərilən narkotika Orta
Asiya respublikaları və İranın vasitəsilə Rusiyaya, oradan isə
Avropa ölkələrinə keçirilərək, məzlum insanları, düşüncəsi
olmayanları, ağıllarını itirənləri məhv edir. Onda belə çıxır ki,
buradakı narkotikanın böyük bir hissəsi Avropa ölkələrinə yol
tapır və günahı olmayan insanların məhv edərək, milyonlarla
ailələri bədbəxt edir? Mənə elə gəlir, Avropada yaşayanlar
ermənilərin düşməni deyil və hər bir ölkə blokadada olan
Ermənistana mümkün olan dəstəyini verir.
- Əzizim Sergey Vladimiroviç, dünya ölkələri bizə kömək
əlini uzatsaydı, onda erməni xalqı pis gündə yaşamazdı. Biz
xristianlığın Qafqazdakı qarantı kimi bütün əzab-əziyyətlərə
dözürük, amma digər xristian ölkələri bu müqəddəs işdə
bizlərə dəstək olmurlar.
- Deyəsən, qonağımız bilmir ki, biz burada barıt çəlləyinin
üstündə oturmuşuq. – deyə sürücü narazı halda dilləndi. - Hər
an türklər bizə qarşı müharibəyə başlaya bilərlər.
Sergey həddindən artıq yorğun olduğundan maşında olan
ermənilərlə artıq söz güləşdirməməyi özünə lazım bilərək, bir
müddət susmalı oldu. Lakin yolda əkilən narkotik plantasiya-
lar onu rahat buraxmırdı.
Belə bir acınacaqlı mənzərədən dəhşətə gələn Sergey
istirahət etmək üçün Robertdən hansısa münasib bir yerdə
dayanmasını xahiş etdi. Sürüçü buralarda birinci dəfə olsa da
163
o, bir neçə km. yol gedəndən sonra ağaclıqların arasında
kafeyə bənzər bir tikili gördü və maşınını birbaşa ora sürdü.
Onlar yoldan bir neçə metr kənara çıxanda həqiqətən də bir
yeməkxana ilə üzləşdilər. Yolçular seyrək hala salınmış ağac-
ların arasında yerləşən yeməkxanada qəlyanaltı qəbul etməyi
qərara aldılar.
Təbiətin qoynunda salınan
yeməkxanada ən elementar
gigiyenik və sanitar qaydalar nəzərə alınmamışdır. Ayaqyolu
bərbad vəziyyətdə, sınıq-salxaq masalar çirkli, qab-qacaqlar
isə lazımi qaydada təmiz yuyulmamışdı. Təəccübünü gizlət-
məyən Sergey iradını bildirmək istəyəndə, ona izah edirlər ki,
bura gələn qonaqlar ekzotik təəssürat yaransın deyə, özlərini
vəhşi təbiətin qoynunda sivilizasiyadan kənar bir yerdəki kimi
hiss etməlidirlər.
Havalar isti olsaydı müəyyən mənada həmin obyekt
işçisinin sözlərinə haqq qazandırmaq olardı, lakin yazın əvvəli
olduğundan hava kifayət qədər soyuq idi və belə bir havada
pəncərələrində şüşə olmayan yeməkxananın ümumi zalında
oturmaq çətin idi. Hərçənd ki, həmin yerlər klyonkalarla
tutulmuşdu.
Burada yeməkxananın xidmətçiləri nəzərə alınmasa, bir
nəfər də olsun mülki vətəndaş yox idi. Ərazidə on beş nəfərə
yaxın hərbçi vardısa, onlardan altısı saqqallılar idi ki, həmin
adamların hamısı gələn qonaqları şübhəli şəxs qismində
diqqətlə süzməyə başladılar.
164
Robert erməni olsa da o, özünü bu diyarda, həm də erməni-
lərin arasında, sanki yad bir adam kimi hiss edirdi. Çünki
ətrafdakı adamlar, hətta həmyerliləri ona ögey münasibət
bəsləyirdilər.
Sergey süfrə arxasına keçməmiş Robertlə birlikdə hündür
və sıx ağacların arasında gəzişməyə başladı.
Narazılığını gizlətməyən dekan enli, qocaman bir palıdın
yanında dayanıb bikef halda dedi:
- Robert bildiyin kimi mən 1984-cü ildə İrəvanda, Bakıda
və Tiflisdə olmuşam. Həmin paytaxt şəhərlərin SSRİ-dən
ayrılandan sonra nə dərəcədə dəyişdiyini öyrənmək üçün, bir
daha onları nəzərdən keçirməyi qarşıma məqsəd kimi qoy-
muşdum. Hətta mənə elə gəlirdi ki, həmin şəhərlər bu müddət
ərzində o qədər dəyişəcəkdir ki, mən həmin yaşayış məntəqə-
lərini tanımayacağam. Lakin İrəvan demək olar ki, dəyiş-
məyibdir, əksinə, şəhər bütünlüklə tənəzzülə uğrayıbdır. Başa
düşmürəm, sizin dövlət başçınız, nazirlər kabineti hara baxır?
Kəndlərdə isə demək olar ki, əhali iki dəfədən də çox
azalıbdır.
- Hərə hakimiyyətə gələndə yalnız öz cibi və öz nəsli
barəsində düşünür. – deyə qanı qaralan Robert hüznlə dillən-
di. –
Lakin bunun kökündə başqa şey durur. Türklərlə
azərbaycanlılar birləşərək bizi blokadaya aldılar və bununla
da öz tələblərini bizə diqtə etmək istədilər. Lakin son məqam-
da Rusiya bizə arxa durmaqla onların istədiklərini puç etdi.
165
- Bunun əsas amil olduğunu mən də başa düşürəm. Lakin
etiraf etməliyəm ki, azərbaycanlılar Ermənistanda yaşayan
zaman kənd təsərrüfatında irəliləyişlər vardı. Ona görə ki,
onlar torpağa bağlı adamlardılar. Sizin millət isə sənətkar kimi
yetişmişdilər.
- Sergey Vladimiroviç, türklər bizim toprağı əkib-
becərməklə pul qazanır və həmin pulu Ermənistandan kənarda
xərcləyirdilər. Onların bizim ölkədə, bizim torpaqlardan
istifadə edərək pul qazanmaqlarının heç bir xeyiri yox idi.
-
Mənə elə gəlir, bu qeyri-ciddi bir fikirdir. Həmin dövrdə
ən azı sizin bazarlarda bolluq hiss olunurdu. – sonra ziyalı bir
qədər ara verib ciddi halda sözünə əlavə etdi. – Robert,
ermənilərin özləri kənd təsərrüfatında işləmək istəmir və
başqalarını da orada işləməyə imkan vermirlər. Əhalinin kəs-
kin dərəcədə azaldığını görəndə mən, başa düşdüm ki, sizin
millət qazanc əldə etməkdən ötrü əsasən, Rusiyaya üz tutur və
oradan qayıtmaq barəsində belə düşünmürlər.
Xətrinə dəysə də deməliyəm ki, sən, əmin oğlu Eduard və
başqa qohumların buralarda evləriniz ola-ola Rusiyada
sığınacaq tapmısınız. Fikir verdin, Eduardın qonşuları onun
doğma kəndini tərk etməsinə qarşı necə reaksiya veriblər?
Sadəcə olaraq onu vətən xaini, türklərdən qorxan adam kimi
qələmə verdilər.
-
Camaat mütəmadi olaraq gərginlik altında yaşadıqları
üçün belə bir emosional reaksiya göstərdilər. – deyə soydaş-
larını müdafiə etməyə çalışan Robert xəcalət hissi çəkmədən
Dostları ilə paylaş: |