223
Jannanın qardaşı Edik elə hər dəfə azərbaycanlıları
pisləyir, lənətləyir və heç vaxt onlarla barışmayacağını
iddia edir.
Ağlıma da gələ bilməzdi ki, onların demək olar ki, tam
əksəriyyəti Qafqazın cənubuna başqa ərazilərdən köçürül-
mədir. Maraqlıdır, bəs onlar nəyə görə orada torpaq iddiası
aparırlar?
Axırıncı dəfə Ermənistana gedənə qədər mən elə
bilirdim ki, Qarabağ camaatı onun ailəsinə həddindən artıq
ziyan yetirmiş və özlərini də yaşadıqları yerdən qovublar.
Sən demə bunların hamısı yalan imiş. Amma düşmənçiliyi-
nin ifrat dərəcəyə çatmasında əsas səbəbi, onun yaxın
qohumlarının, o cümlədən, atasının Qarabağ müharibəsində
öldürülməsidir.
- Alim dostum, Azərbaycan elə bir məkandır ki, sakit
otursan və hamı ilə xoş münasibətdə olsan, heç kimin
səninlə işi olmaz, əksinə sən onlar üçün ən əziz adam
sayılarsan. Ermənilər isə millətçilərin fitvasına uyuyaraq,
dinc oturmaq istəmədilər və başqasının ərazisini mənimsə-
mək üçün açıq müharibəyə başladılar. Həmin müharibədə
azərbaycanlıların pulu ilə zəngin varidat toplayan erməni-
lərin əsl iç üzü açıldı.
- Sonunçu görüntülərdən sonra mən görüdüm ki, onlar
qisasçılıq prinsipi ilə yaşayırlar. Meksika parlamenti Xocalı
224
hadisəsi ilə bağlı qətnamə çıxaranda Eduardın anasının
ürəyi tab gətirməyib partladı. Ona görə ki, o, ərinin qisasını
ala bilməmişdi.
- Xocalı hadisəsi yox, Xocalı soyqırımı adlandırsaq daha
dəqiq olar. Onların vəhşiliyini görəndə Üçüncü Reyxin
ideoloqları Gitler, Göbbels, Gimler və başqaları ermənilərə
həsəd aparardılar. Hamı bilir ki, alman faşistləri konslager-
lərdə 6 milyon soydaşarımızı fiziki cəhətdən məhv ediblər,
lakin buna baxmayaraq həmin ölüm düşərgələrindən sağ
çıxan yəhudilər oldu. Qarabağdakı hadisələri izləyən zaman
Uca Tanrıya şükür etdim ki, nasistlər erməni millətçiləri
kimi olmayıblar. Yoxsa, Avropa ölkələrində bir nəfər də
olsun yəhudi sağ qalmazdı.
Xocalıda ermənilər olmazın qətliama imza atıblar və
bunu bir çox Avropa jurnalistləri qəzet səhifələrində
işıqlandırmağa məcbur olublar. Samuel A. Uilms. “Ermə-
nistan terrorçu “xristian” ölkənin gizlinləri”, adlı kita-
bında - ermənlərin böyük fırıldaq seriyalarından olan I –ci
cildində yazır: "...Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc
sakinlərinin - qadınların, uşaqların, qocaların eybəcər hala
salınmış cəsədlərini gözlərimizlə gördük… Bu, tükürpədici
mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri,
hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda
heç kəslə müqayisəyə gəlməzlər”.
225
Ermənilərə xüsusi simpatiyası olan fransızlar da həmin
qətliama göz yuma bilmədilər və onlar həmin faciə ilə bağlı
mətbu orqanlarında məqalələr dərc etdirməyə başladılar.
Həmin qırğının şahidi olmuş fransız jurnalisti Jan İv Yunet
yazır: “Əsirlər var. Qışda onları səhərlər ayaqyalın qarın-
buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür,
başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar.
Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını
qapının arasına qoyub qırır, cığırdıqca rezin dəyənəklə
döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür.
Biz növbəti kəndi zəbt edəndə bir erməninin diri uşağı
götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi
ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al
qanına bulaşmış qadın dəli olub gülməyə başladı”.
- Abram, eşitdiklərim məni dəhşətə gətirir. – deyə vəcdə
gələn tarixçi alim sarsılmış vəziyyətdə dilləndi. – Mən
mütləq şəkildə Qarabağ hadisələri ilə bağlı məlumatları və
ədəbiyyatları nəzərdən keçirəcəm və bir tarixçi kimi bu
haqda kitab yazacam. Ermənilər insanlığa qarşı belə bir
vəhşiliklər törədiblərsə, bu haqda mütləq kitablar yazılıb
dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Həm də
həqiqəti araşdırmaq ona görə lazımdır ki, daxilimdə olan
şübhələri birdəfəlik aradan qaldırım.
226
- Mən çox şadam ki, sən düzgün yola çıxmaq üçün belə
bir ədalətli qərar verdin. Qarabağda axıdılan nahaq qana
görə göz yumanlar, bu məsələdə ermənilərə dəstək verən-
lər, haqqı qoyub nahaqdan yazanlar, cəmiyyət arasında
mənliyi, vicdanı, şərəfi və ləyaqəti olmayan bir ünsür kimi
qələmə verilməlidir. Kimliyindən asılı olmayaraq onları
cəhənnəm gözləyir. Mən istərdim ki...
Elə Abram sözünü yekunlaşdırmaq istəyirdi ki, birdən
Janna ilə Artur otağa qayıtdılar. Göz yaşlarını silən qadın
yerində əyləşmədən üzünü rus ziyalısına tutub iradə ilə
dedi:
- Bir sözlə Sergey Vladimiroviç, əgər millətçi
soydaşlarımın, erməni adı altında gəzən ekstremistlərin
insanlığa sığmayan qatil fəaliyyəti ictimai qınaq vasitəsilə
ifşa olunsa, onda sıravi ermənilərin hamısı rahat nəfəs
alacaq və gələcək həyatda yalnız öz rifahı barəsində
düşünəcək. İndi isə xahiş edirəm, qalxın ayağa, gedək
Arturgilə. O, bizim hamımızı evinə qonaq dəvət edir.
Dostları ilə paylaş: |