235
II fəsil. Arada yaranan gözlənilən münaqişə
Erməni oğlanın fikrincə o, Yelizavetanın adına bankdan
böyük məbləğdə pul götüzdürməklə, qızı özündən asılı
vəziyyətə salnalı və nəticədə qızla evlənib onun adına olan
mülkə yiyələnmək istəyirdi. Lakin Yelizavetanın inad-
karlığı və müəyyən mənada şıltaqlığı Robertin bütün
planlarının üstündən xətt çəkirdi. Həm də bu işdə oğlanın
özü təqsirkar idi. Ona görə ki, hiyləgərliklə yığdığı pullar-
dan azacıq da olsun o, qızın yolunda xərcləməmiş və
demək olar ki, tanışlıq müddəti ərzində əməlli-başlı hədiy-
yə də almamışdı.
Robertin bütün bu mənfi xüsusiyyətləri qızı ondan
uzaqlaşdırmağa məcbur etmişdi. O, bütün fikrini cəmləş-
dirib qızın əllərindən tutdu və ciddi halda dedi:
- Liza, bütün aləm bilir ki, mən səni necə sevirəm. Bizim
sıx əlaqələrimiz sənin qohumlarına, rəfiqələrinə və tələbə
yoldaşlarına bəllidir.
- Hansı sıx əlaqələrimiz? – deyə qız dəhşətdən vəcdə
gəldi və əllərini geri çəkib narazı halda sözünə əlavə etdi. –
Yadına salmaq istəyirəm ki, bizim heç bir sıx əlaqələrimiz
olmayıbdır. Hətta sən bir neçə dəfə məni öpməyə cəhd
etmisən, mən isə sənə bu imkanı verməmişəm.
236
- Mən başqa mənada demək istədim. – deyə oğlan əvvəl-
ki sözlərinə düzəliş vermək istədi. – Lakin buna baxmaya-
raq hamı elə başa düşür ki, bizim aramızdakı münasibət sıx
əlaqələrdən ibarətdir. Hətta onlar bir-birilərinin arasında
belə şayiə yayıblar ki, guya yaxın günlərdə bizim toyumuz
olacaq.
- Başqalarının iyrənc fikirləri məni qəti maraqlandırmır.
Onlar ağızlarına nə gəldi danışacaqlar, mən isə bunun
müqabilində sənə ərə getməliyəm.
Qızın son ifadələri oğlanın hessiyyatına toxundu və
Robert tərs nəzərlə onu süzərək hüznlə dedi:
- Liza, sən mənimlə elə danışırsan ki, guya biz düşmə-
nik. Sənin bu cür dəyişəcəyini mən, ağlıma belə gətirə
bilməzdim. Sanki aramıza kimsə giribdir.
- Robik, mən necə varamsa, elə də qalmışam. Amma sə-
nin ifrat dərəcədə xəsis olmağın məndə şok effekti yaratdı.
- Xəsisliyimi nədə görmüsən? Bayramlarda burada
olanda daim sənə gül dəstəsi almışan, ad gününə isə firma
malı olan paltar da alıb vermişəm.
- Tələsmə, indi hər şey sənə izah edərəm. – deyə bu
söhbətdən təngə gələn qız dərindən nəfəs alaraq, tələsik
halda dilləndi. - Uzun müddətdir biz görüşürük, amma heç
vaxt səndən qayğı və nəvaziş görməmişəm. Şəhərdə ola-ola
nadir hallarda qabağıma çıxmısan, bilirsən ki, biz görüşən-
237
də ən azı kofe içmək üçün kafeyə gedəcəyik. Kiminsə
tədbirinə gedəndə hədiyyə almaq lazımdır, sən isə bəhanə
tapıb, həmin gün mənimlə birlikdə tədbirə getməkdən bo-
yun qaçırmısan. Dünən sənə dedim ki, evdə olan kitabları
universitetə aparmaq üçün mənə kömək et. Sən isə dedin ki,
səhər tezdən həmkarlarınla vacib işin olduğun üçün, bizə
gələ bilməyəcəksən. Amma pul lazım olan kimi özünü tez
bura çatdırmısan.
- Liza, həqiqətən də səhər tezdən mən bir-iki adamla
görüş keçirmiş və əlverişli ticarət əməliyyatı yarandığından,
borc pul almaq üçün bura gəldim.
- Yaxşı, indi kitabları daşımaq üçün sən mənə kömək
edə bilərsən?
- Elə bil sən məni barmağına dolamaq istəyirsən? – deyə
əsəblərini birtəhər qoruyan erməni oğlan bir qədər hiddət-
ləndi. – Hər dəqiqə mənim üçün qızıla bərabərdir. İndiki
zamanda mənə hava-su kimi pul lazımdır, sən isə mənə
deyirsən ki, kitab daşı. İstəyirsən, gedim bazardan bir
hambal tapım gətirim, o da sənin kitablarını hara istəsən
daşısın.
- Robik, sən çox təkəbbürlü adamsan. – həsöhbətinə
qəribə nəzər salan qız bir addım geri çəkilərək, heyifslən-
miş tərzdə dilləndi. – Deməli, kimsə gəlib mənə kömək
etməli olsa, sən həmin kəsi hambal adlandıracaqsan?
238
Həqiqətən də səninlə bağlı olan şübhələrim bu gün özünü
doğrultdu.
Robik, bilirsən, mən səninlə tanış olanda, elə zənn etdim
ki, bizim dostluğumuz gələcəkədə sıx münasibətlərlə
nəticələnəcək və biz ailə quracayıq. Lakin mən yanıldım və
aydın oldu ki, səninlə ailə qursam, mən heç vaxt xoşbəxt
ola bilməyəcəm. Bilirsən, nəyə görə? Ona görə ki, sən
eqoistsən və özündən başqa heç kimi lazımi qədər
sevməyəcəksən.
- Əzizim, sənin sözlərin mənim mənliyimə toxunur.
Gələcəkdə xoşbəxt olmaq və xoş-firavan yaşamaq üçün
mən ticarətlə məşğul oluram. Məhz bu səbəbdən mən sənə
kifayət qədər diqqət ayıra bilmədim. O ki, qaldı eqoist
fikrinə, qətiyyətlə deyə bilərəm ki, sən bu məsələdə yanılır-
san. Sən mənim arvadım olsan, şübhə yox ki, səni yağ-bal
içərisində saxlayacağam və heç vaxt imkan vermərəm ki,
kimsə mənim arvadımın xətrinə dəysin. Mən tərəddüd
etmədən həmin adamı fiziki cəhətcə məhv edərəm.
- Gəl biz qanımızı qaraltmayaq. – deyə qız söhbəti
yekunlaşdırmaq üçün qətiyyətlə dilləndi. - Dost kimi
qalmaq istəyirsənsə, mən razı, amma başqa bir fikirlə mənə
yaxınlaşma.
Robert gördü ki, Yelizavetanın fikri ciddidir və qız
hərtərəfli olaraq onu inkar edir. Qızın inadkarlığı oğlanın
Dostları ilə paylaş: |