239
bütün planlarını alt-üst edirdi. İşi belə görən Robert, öz
niyyətini hasil etməkdən ötrü gələcəkdə qurbanlıq verməyə
hazır olan qızı ələ almaq üçün hiyləgər fəndə əl atmağa
qərara aldı. O, bir daha Yelizavetanın əllərindən tutub,
sinəsinə tərəf çəkdi və məzlum halda dedi:
- Bəs, mənim sənə olan məhəbbətim necə olsun? Etiraf
edim ki, mən sənsiz yaşaya bilmərəm. Əzizim, sənə olan
məhəbbətimi sübut etmək üçün mənə bir daha şans ver.
İmkanım daxilində, mən dünyanın bir çox nemətlərini sənin
ayaqların altına atacağam.
- Robik, sən məhəbbət hisslərini insan ürəyinə yox, pul
əskinaslarına doğru yönəltmisən. Pulu çox istəyən bir kəs
isə, heç vaxt insan qəlbini fəth edə bilməz.
- Əzizim, tikanlı sözlərinlə mənim ürəyimi parçalama.
Sənə dedim axı, mən sənsiz yaşaya bilmərəm.
Ondan sonra Robert evdə qızın atasının olmasına heç bir
əhəmiyyət vermədən Yelizavetanı qucaqlayıb öpmək istədi.
Lakin belə bir gərgin vəziyyətdə kifayət qədər soyuqqanlı
olan qız, özünü itirməyib, kobud oğlanın üzünə çırmaq atdı
və - şərəfsiz deyərək, ondan aralandı.
- Sən mənə cırmaq atırsan? – deyə əli ilə üzünü tutan
oğlan vəcdə gəldi və öz dilində onun ünvanına bir-iki söyüş
işlədərək, əsəbi halda sözünə əlavə etdi. – Bilirsən, belə
240
hərəkətə görə mən başqa adamın başına hansı oyunu
açaram?
- Tez ol, bizim evi tərk et. – deyə qəzəblənən qız hiddət-
lə dilləndi. – Bir daha mənim gözümə görünmə.
- Olamaya, sən özünə başqa oğlan tapmısan? - əsəblərini
cilovlaya bilməyən eqoist oğlan coşmuş halda qızın üzərinə
yerimək istədi.
Lakin bu vaxt Yelizavetanın qışqırıq səsini eşidən
Sergey Nizami ilə birlikdə mətbəxə gəlib, qızından nə baş
verdiyini soruşdu. Qız cavabdan yayınmağa çalışsa da,
Robert Nizamini ev yiyəsinin yanında görəndə daha da
hiddətləndi və gözlərini bərəldərək, üzünü Yelizavetaya
tutub hirsli halda dedi:
- Artıq mənə aydın oldu, sən nəyə görə məni özündən
uzaqlaşdırırsan? Məni hansısa quldur müsəlmana dəyişmi-
sən, indi isə deyirsən ki, mən eqoistəm.
Hirsini daxilində boğmağa çalışan Yelizaveta cavab
vermək istəyirdi ki, Robertin danışığından və hərəkətindən
doğan təəccübünü gizlətməyən Sergey ciddi halda soruşdu:
- Robert, bu nə danışıqdır? Olmaya, içib bura gəlmisən?
- Sergey Vladimiroviç, mən nadir hallarda səhər tezdən
içirəm. Amma arxayın ola bilərsiniz, mən tamamilə ayıqam
və nə dediyimi yaxşı bilirəm. Sadəcə olaraq, erməni
millətinin qanını axıdan türklərin nümayəndəsini sizin evdə
241
görəndə mən hiddətimi gizlədə bilmədim. Məsləhətim odur
ki, yanınızdakı türkü buradan rədd edəsiniz. Əks təqdirdə
mən onu şil edib yola salacağam.
- Kitablarımı daşımaq üçün mənə kömək etmək istəyən
adama hədə-qorxu gəlirsən? – Robertin hərəkətlərindən
dəhşətə gələn Yelizaveta onun üstünə qışqırdı. – Özün
kömək etmək istəmirsən, başqalarına da mane olmağa
çalışırsan?
- Robert, danışıqlarına sərhəd qoy. - deyə ev sahibi aza-
cıq səsini qaldıraraq hökmlə dilləndi. - Unutma ki, bura
mənim evimdir, qonağım isə türk yox, azərbaycanlıdır.
Nizami mənim tələbəmdir və imkan vermərəm ki, kimsə bu
evdə onun xətrinə dəysin.
- Onların hamısı türkdülər və Qarabağda bütün xristian-
ların qanını su yerinə axıdıblar. Sergey Vladimiroviç, bu
yırtıcıları evinizə dəvət etməklə, siz öldürülən xristianların
ruhunu tapdaq altına atmış olursunuz. Onun imkanı olsa,
sizin hər ikinizi doğrayar və evinizi qarət edər.
Ünvanına söylənilən ifadələrdən özünü birtəhər saxla-
mağa çalışan Nizami, başını dik tutub əsəbi halda dedi:
- Sən hamını öz arşınınla ölçmə. Qaniçən mən yox, sənin
kimilərdir. Mənim ailəm...
Elə bu anda Robert heç kimə əhəmiyyət vermədən
qolunun gücünə arxalanaraq, azərbaycanlı tələbənin üzərinə
242
şığıdı və onun yaxasından tutub özünə tərəf çəkdi. O,
Nizamini yumruqla vurmaq istəyirdi ki, azərbaycanlı tələbə
onun sinəsinə möhkəm yumruq zərbəsi endirərək, onu
özündən kənar itələdi.
Nizami Robertdən bir qədər alçaqboy və cansız olsa da
onun zərbəsi sarsıdıcı alındı. Erməni biznesmen öz dilində
söyüş verərək, cibindən polad kastet (beşbarmaq) çıxartdı
və tələbənin üstünə yerimək istədi. Lakin bu vaxt pedaqoq
onun qarşısında dayanıb üstünə qışqırdı:
- Tez ol, mənim evimi tərk et, əks təqdirdə, polis
çağıracağam.
- Bu nədir, hansısa bir türkə görə məni evinizdən
qovursunuz? – deyə vəcdə gələn erməni yerindəcə donub
qaldı. – Sergey Vladimiroviç, sizin damarlarınızda xristian
qanı axır, yoxsa...
- Robert, sənin başın xarab olubdur, get özünü psixiatra
göstər. – deyə pedaqoq onun sol qolundan tutub özü ilə
bayıra apardı.
Yelizavetanın Robertə qarşı nifrəti artdı və özündən
qeyri-ixtiyari olaraq Nizamini müdafiə etmək üçün sinəsini
qabağa verdi. Robert evdən çıxarılan kimi qız üzünü tələbə
yoldaşına tutub nəvazişlə dedi:
- Bizim evdə səni heç bir təhlükə gözləmir. Robert emo-
sional olsa belə, qışqırığdan başqa əlindən heç nə gəlmir.
Dostları ilə paylaş: |