  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə103/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

                                                     

 

  



                                                                            

                                                    

391 

lərini  saxlaya  bilməib  ikrah  hissi  ilə  dilləndi.  -  O,  harada 



gəldi bizim milləti biabır edir. 

-  Edik,  gəl  açıq  danışaq,  sən  özünü  ailən  qarışıq  qaçqın 

hesab  edirsən?  –  deyə  həmsöhbətinin  yalanlarından  bezən 

universitet  müəllimi  baxışlarını  onun  gözlərinin  içərisinə 

dikərək kəskin şəkildə soruşdu.  

- Qaçqın olmasaydıq, biz burada nə edirik? – deyə yaşlı 

erməni sir-sifətini turşutdu. – Belə bir yaşayış kimə lazım-

dır? Heç kim bizim dərdimizi başa düşmək istəmir.  

- Təəssüflər olsun ki, bu düzgün cavab deyil. Mən sənin 

anadan  olduğun  və  uzun  müddət  yaşadığın  evdə  olmuş  və 

orada dəqiq öyrənmişəm ki, həmin kənd Qarabağın daxili-

ndə  yerləşir  və  müharibə  vaxtı  heç  vaxt  təcavüzə  məruz 

qalmayıbdır. Əksinə, Qarabağdan kənarda olan yeddi rayon 

ermənilər  tərəfindən  işğal  olunubdur.  Deməli,  Azərbaycan 

dövlət  başçısının  beynəlxalq  təşkilatlarda  verdiyi  bəyanat-

ların yuridik əsasları var. BMT-nin Təhlükəsizlik Şurasının 

1993-cü  ildə  qəbul  edilmiş  822,  853,  874,  884  saylı 

qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün tanınma-

sına  və  işğal  olunmuş  ərazilərinin  qeyd-şərtsiz  azad  edil-

məsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası hal-

hazırda işğalçılıq siyasətini davam etdirməkdədir. 

Mən,  Ermənistanda  və  Qarabağda  olanda  bir  dənə  də 

olsun, qaçqın şəhərciyi  görmədim, əksinə orada xarabazar-



                                                     

 

  



                                                                            

                                                    

392 

lığa çevirilmiş işğal olunan Azərbaycan kəndlərini gördüm. 



Amma Azərbaycanın bir çox rayonlarında qaçqın şəhərcik-

ləri var və oradakı insanlar iyirmi ilə yaxındır ki, dözülməz 

şəraitdə  yaşayaraq,  böyük  bir  həsrətlə  doğma  ocaqlarına 

qayıdacağı günü gözləyirlər.  

Edik,  mən  Qarabağda  olarkən,  işğal  olunmuş  Azərbay-

can kəndlərindən bir neçəsini gördüm. Onların evləri insan 

yaşamadığından  xarabazarlığa  çevrilibdir.  Bu  dəhşətdir! 

Qovulmuş  insanlar  çadırlarda,  vaqonlarda,  baraklarda,  su 

çənlərində  yaşayır,  onların  isə  evlərində  yarasalar  yuva 

qurubdur.  Başa  düşürsən,  həmin  insanlar  öz  yurdlarından 

didərgin düşüblər və işğalçılar onlara həmin ocaqlara qayıt-

mağa  imkan  vermirlər.  İşğalçılar  da  ki,  kimlərdir,  vaxtinlə 

Osmanlı  Türkiyəsindən,  İrandan  qaçan  və  Azərbaycan 

torpaqlarına pənah gətirən ermənilərdir.  

Azərbaycanın  hər  bir  yerində  şəhidlərin  məzarlığı  var, 

həlak  olanların  əksəriyyəti  isə  yaşı  19-a  çatmamış  cavan 

oğlanlardır.  Qubada  qətlə  yetirilmiş  mülki  insanların  mə-

zarlığında olmuşam. Qubadakı məzarlıqda tapılan sümüklə-

rin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanları-

na  aid  olduğu  təsdiqlənib.  Qubadakı  kütləvi  məzarlıqda 

aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 90 

il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir. 




                                                     

 

  



                                                                            

                                                    

393 

Xocalıda  dinc  insanlara  qarşı  törədilmiş  soyqırım  haq-



qında sənədli filmə baxanda inanmırdim ki, həmin vəhşilik-

ləri insanlar törədibdir. Məlum olanda ki, həmin soyqırımda 

bizim əsgərlərin xidmət göstərdikləri 366-cı motoatıcı alay 

iştirak  edibdir,  xəcalətdən  özümə  yer  tapa  bilmədim.  Hələ 

də anlaya bilmirəm ki, əlində silah olmayan körpə uşaqları, 

qadınları,  ahıl  insanları,  insanlığa  sığmayan  üsullarla  necə 

qətlə yetirmək olar?  

-  Bu  türklərin  növbəti  yalanıdır.  –  belə  ittihamların 

qarşısında  vicdan  əzabı  çəkməyən  Eduard  etiraz  etməyə 

çalışdı.  –  Hazırda  onlar  informasiya  hücumuna  keçmiş  və 

hər yerdə bizi biabır edirlər.  

-  Yox  Edik,  onlar  başlarına  gələn  müsibətləri  dünya 

ictimaiyyətinə  çatdırmaq  istəyirlər.  –  hirsindən  boğulan 

pedaqoq  daha  bir  badə  araq  içdi.  -  Həqiqət  zəhər  kimi  acı 

olsa  da  onu  udmaq  lazımdır.  Bax,  sən  həmişə  deyirsən  ki, 

onlar sizin ölkəni blokadaya alıbdır və buna görə siz səfa-

lətlə üzləşdiniz.  Mən orada olanda gördüm ki,  həm İranla, 

həm  də  Gürcüstanla  sərbəst  gediş-gəliş  var.  Amma  Xocalı 

şəhəri hələ 1991-ci ilin oktyabrında blokadaya alınmışdı. 

Şəhərin  müdafiəsi  əsasən  avtomat  və  ov  tüfəngləri  ilə 

silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələ-

ri  və  Milli  Ordunun  iyirmiyə  yaxın  döyüşçülərindən  təşkil 

olunmuşdu. 



                                                     

 

  



                                                                            

                                                    

394 

Ondan  sonra  ev  sahibi  Veliçkonun  “Qafqaz”  əsərini 



masanın  üstünə  qoyub,  səhifələrin  arasından  bir  vərəq 

götürdü və tələsmədən orada yazılanları oxumağa başladı:  

-  Xahiş  edirəm,  bir  qədər  səbrli  ol  və  mənə  diqqətlə 

qulaq  as.  Fevralın  25-i  axşam  şəhər  2  saat  “Alazan”  tipli 

zenit  toplardan  və  ağır  artileriyadan  şiddətli  atəşə  tutulub. 

Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam 

alova büründü.  Mühasirəyə alınan  şəhərdə  qalmış təqribən 

2500  nəfər  xocalılı  Ağdam  rayonunun  mərkəzinə  çatmaq 

ümidi  ilə  şəhəri  tərk  edir.  Qarlı  aşırımlarda  və  meşələrdə 

zəifləmiş,  taqətdən  düşmüş  insanların  çox  hissəsi  məhz 

Əsgəran-Naxçıvanik  düzündə  erməni  silahlı  dəstələri 

tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. 

2500  Xocalı  sakinindən  613-ü  düşmən  gülləsinə  tuş 

gəlib qətliamın qurbanı olur. Bu soyqırım nəticəsində 63-ü 

uşaq,  106-ı  qadın,  70-i  qoca  və  qarı  olmaqla  –  613  nəfər 

Xocalı  sakini  qətlə  yetirilmiş,  8  ailə  tamamilə  məhv  edil-

miş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən 

birini  itirmişdi.  Düşmən  gülləsinə  tuş  gəlib  yaralanan  487 

nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin 

düşmüşdü. 

-  Əziz  Sergey  Vladimiroviç,  bu  artıq  cəfəngiyyatdır  və 

türklərin növbəti uydurmasıdır. – deyə yaşlı erməni hiddət-

ləndi  və  özünə  haqq  qazandırmaq  üçün  səsini  bir  qədər 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə