  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə101/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

                                                     

 

  



                                                                            

                                                    

383 

Lakin  yaşlı  erməninin  onların  arasında  yaranan  soyuq 



münasibətlərindən xəbəri yox idi. 

 

 



 

 

       XVII fəsil. Öz səhvlərini düzəldən tarixçi  



                         pedaqoq 

 

Sergey ətrafında olan adamların keflərinin pozulduğunu 



görüb  qanı  qaraldı.  O,  Eduarda  öz  iradlarını  bildirmək  və 

son  günlər  əldə  etdiyi  həqiqətləri  yaşlı  erməninin  üzünə 

söyləmək  üçün  siqaret  çəkmək  adı  ilə  kabinetinə  apardı. 

Özünü  qaba  insan  kimi  aparan  Eduard  kabinetin  qapısını 

arxasınca örtən kimi narazı halda dedi: 

-  Sergey  Vladimiroviç,  bilirsiniz  ki,  sizin  xətrinizi 

dünyalar  qədər  çox  istəyirəm,  amma  inciməyin  məndən, 

xristianları  məhv  edən  azərbaycanlıları  müdafiə  etmək 

bizim kimi sivil insanlara yaraşmaz.  

Xarakter  etibarilə  həddindən  artıq  səbrli  olan  dosent 

Eduardın  pəncərənin  ağzında  kresloda  oturduğunu  görüb, 

özü  masa  arxasında  əyləşdi  və  bütün  fikirini  cəmləşdirib 

aludəliklə dedi: 



                                                     

 

  



                                                                            

                                                    

384 

-  Edik,  azdan-çoxdan  mən  azərbaycanlıların  xarakterinə 



bələdəm  və  istərdim  ki,  bundan  sonra  sən  onları  islam 

terrorçuları  ilə  səhv  salmayasan.  Qafqaza  olan  səfərlərim-

dən sonra əminamanlıqla deyə bilərəm ki, dünyada tək-tük 

mehriban  xoş  niyyətli  millətlər  var  ki,  onlardan  da  biri 

nifrət  bəslədiyin  azərbaycanlılardır.  Onları  acılamasan, 

onlara qarşı düşmənçilik mövqeyi bəsləməsən, onlar sənin-

lə qardaş kimi rəftar edəcəklər. bir sözlə, onlar çox etibarlı 

və sədaqətli millətdir.  

-  Sergey  Vladimiroviç,  görünür  siz  onların  iç  üzünü 

tanımırsınız. Onlara xoş sifət göstərə-göstərə gəlib adamın 

boynunda otururlar. Heç kim onlarla bir məmləkətdə yaşa-

maq  istəmir.  “Eurovision”a  gələn  bir-iki  əcnəbi  turistini 

orada görüb, elə bilirsiniz ki, həmin adamlar Bakıda hansı-

sa bir işlə məşğuldurlar.  

-  İş  ondadır  ki,  mən  hər  iki  ölkədə  olanda  özüm  üçün 

çoxlu  yeniliklər  kəşf  etdim.  Açığını  desəm,  Ermənistanda 

olanda  mən  orada  demək  olar  ki,  rusları  çıxmaq  şərtilə 

qeyri millət görmədim. Həmin rusların əksəriyyəti isə sizin 

ölkədə  yerləşən  rus  hərbi  bazalarının  hərbi  qulluqçuları-

dırlar. Amma Azərbaycanda başqa millətləri demirəm, yerli 

azsaylı  xalqlar  olan  ləzgilər,  talışlar,  kürdlər,  lahıclar, 

yəhudilərin, hətta ermənilərin də yaşadığının şahidi oldum. 

Elə  biri  sənin  bacın  ailəsi  ilə  birlikdə  Bakıdadırlar  və  çox 



                                                     

 

  



                                                                            

                                                    

385 

maraqlıdır  ki,  onların  hamısı  işlə  də  təmin  olunublar. 



Halbuki sən mənə deyirdin ki, azərbaycanlılar sənin bacını 

girov kimi ən pis şəraitdə saxlayırlar.  

Gözlənilməz halda  söylənilən fakt qarşısında  aciz qalan 

erməni  utandığından  heç  bir  söz  deyə  bilmədi.  Onun 

hərəkətlərinə  heç  bir  reaksiya  verməyən  tarixçi  pedaqoq 

səbirsizliklə sözünə davam etdi. O, dedi: 

- Başqa bir nümunə, bütün bəlalarda siz ermənilər Türki-

yəni qınayırsınız. Mən Türkiyədə olanda orada yüz minlər-

lə  erməninin  yaşadığının  şahidi  oldum,  həm  də  onların 

əksəriyyəti  ticarətlə  məşğul  olaraq,  külli-miqdarda  pul 

qazanırlar.  Əgər,  türklər  ermənilərin  qatı  düşmənləridirsə, 

onda  nəyə  görə  həmin  ölkəni  tərk  edib  başqa  ölkələrə  üz 

tutmurlar? Ona görə ki, həmin məmləkətdə heç kim onların 

xətrinə dəymir. Eləcə də həmin ölkənin daimi vətəndaşları 

olan  kürdlər  ideoloji  fanatiklər  kimi  orada  terror  aktları 

təşkil  edib,  mülkü  vətəndaşları  qorxu  altında  saxlayırlar. 

Təsəvvür  edirsən,  kürdlər  Çində  yaşayıb  belə  bir  cinayət-

lərə əl atsaydılar nə baş verərdi? Onların hamısı zəlil günə 

düşərdilər.  

Edik, məni başqa bir şey düşündürür, siz azərbaycanlılar 

ilə  sülh  və  əminamanlıq  şəraitində  yaşamısınız  və  mən 

deyərdim  ki,  sizdən  başqa  heç  bir  millət  bir-birilərilə  o 




                                                     

 

  



                                                                            

                                                    

386 

dərəcədə mehriban ola bilməz. Hər şey birdən-birə neçə alt-



üst oldu? Kim sizin aranıza belə bir nifaq saldı?  

-  Sergey  Vladimiroviç,  vicdanıma  and  olsun  ki,  inanın, 

bu  yaxınlara  qədər  mən  elə  bilirdim  bacım  orada  girov 

saxlanılır. O ki, qaldı müsəlmanlara, onlar bizi yer üzündən 

silmək,  yaşadığımız  torpaqları  əlimizdən  alaraq  bizi  dədə-

baba  yurdumuzdan  didərgin  salmaq  istədilər.  Lakin  onlar 

buna nail ola bilmədilər. Müsəlmanların imkanı olsa, onlar 

hər an bizim qanımızı içərlər.  

- Demək istəyirsən ki, bütün bu ədavət dini zəmində baş 

verir? – deyə dekan həmsöhbətinə sualedici nəzər saldı.   

-  Bütün  dünya  bilir  ki,  cənubdan  türklər,  şərqdən  isə 

azərbaycanlılar  bizi  hərtərəfli  olaraq  məhv  etmək  üçün  , 

əllərinin  altında  olan  bütün  mümkün  vasitələrdən  istifadə 

ediblər.  Adını  çəkdiyimiz  millətlər  hansı  dinə  mənsubdur-

lar? Əlbəttə ki, İslam dininə! 

-  Adəti  üzrə  mən  Qarabağ  münaqişəsi  barəsində 

Eduardla, o cümlədən, Robertlə çox söhbət etmiş və çalış-

mışam ki, bu məsələdə obyektiv olum. Lakin həqiqəti dərk 

etmək üçün mən, daim hansısa bir maneələrlə rastlaşırdım. 

O da ki, əsasən, yalan informasiyaların əldə olunmasından 

ibarətdir. Amma bilirəm ki, tez və ya gec həqiqət üzə çıxır 

və  ədalət  öz  yerini  tutur.  Əvvəllər  Ermənistanda  həyat 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə