  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə97/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   93   94   95   96   97   98   99   100   ...   113

                                                     

 

  



                                                                            

                                                    

367 

-  Nizami,  sən  dedin-demədin  yadda  saxla  ki,  həm 



Avropada,  həm  də  Rusiyada  yaşayanlar  yaxşı  bilirlər  ki, 

kabab bizim milli mətbəximizin nümunəsidir və bu barədə 

çoxlu kitablar da yazılıbdır.  

-  Əsl  mütəxəssislərin  iştirakı  olmadan  yazılan  hər  hansı 

kitab, müəmmalı iş, ciddi ədəbiyyat sayılmır. – deyə Raisa-

nın  sözlərinə  ciddi  əhəmiyyət  vermək  istəməyən  Nizami 

soyuqqanlıqla  dilləndi.  -  Bunu  Saşa  da  təsdiqləyə  bilər. 

Necə olsa da o, elmlər namizədinin oğludur.  

-  Bu  barədə  narahat  olma,  -  deyə  dodaqlarında  acı 

təbəssüm  sezilən  qız  istehza  ilə  dilləndi.  –  həmin  kitabları 

əsl mütəxəssislər yazıbdır.  

- Elə mütəxəssislər araşdırma aparmadan min dollara nə 

istəsən yaza bilərlər. – deyə Aleksandr ağzında tikə kababı 

çeynəyə-çeynəyə həvəslə dilləndi.  

- Raya, yadda saxla ki, mən əqidəsini heç bir maddiyyata 

dəyişməyən  mütəxəssislərdən  danışıram.  –  deyə  Nizami 

əlavə  etdi.  –  Gün  kimi  aydındır  ki,  biz  bu  məsələdə  kom-

promiss  variant  əldə  edə  bilməyəcəyik.  Sonra  isə  bunun 

üstündə bir-birimizə qarşı düşmən kimi qənim kəsiləcəyik. 

Bu  sözlərdən  sonra  erməni  qızının  qanı  qaraldı  və  o, 

Nizaminin  hazırladığı  təamdan  dadmadan  həmsöhbətinə 

tərəf nifrətlə nəzər salmağa başladı. Onların arasında yara-

nan  soyuq  münasibətə  əhəmiyyət  verməyən  Aleksandr  elə 



                                                     

 

  



                                                                            

                                                    

368 

hey  yediyi  kababı  tərifləyirdi.  O,  araqdan  süzüb  dalbadal 



iki  badə  içdi  və  kefi  saz  halda  İqor  Lozanın  ifa  etdiyi 

“Plot”  mahnısının  sədaları  altında  İrina  ilə  rəqs  etmək 

istədi. Qız əlindəki kababı nimçəyə qoyub məmnu-niyyətlə 

həmin dəvəti qəbul etdi. Raisanın əsəbiləşdiyini görən Yeli-

zaveta,  erməni qızına acıq verə-verə, nazı-qəmzə ilə Niza-

mini rəqsə dəvət etdi və oğlanla söhbət edə-edə oynamağa 

başladı.  

Onların arasında olan sıx əlaqələri görən Raisa paxıllığı-

nı  gücbəla  ilə  saxlayırdı.  Necə  olsa  da,  Nizami  bir  neçə 

dəqiqə bundan əvvəl, arada yaranan söhbət zamanı erməni 

qızını susmağa vadar etmişdi.  

Pərt olmağa öyrəşməyən erməni qızı elə hey fürsət axta-

rırdı  ki,  azərbaycanlı  tələbədən  qisas  alsın  və  bu  işdə  elə 

Aleksandrın köməyindən istifadə etməyi qərara aldı. Bunun 

üçün o, bir neçə dəfə keçmiş sevgilisini içizdirərək hücuma 

keçməyə  hazırlaşırdı.  Hamı  bilirdi  ki,  Aleksandr  keflənən-

dən sonra siyasətlə bağlı söhbətlər açaraq ürəyindəki sözləri 

boşaltmadan sakitləşmirdi.  

Lakin  bu  dəfə  dekan  oğlu  erməni  qızının  dedikləri  ilə 

oturub-durmaq istəmirdi. Aleksandrın belə bir  saymazyana 

hərəkəti  Raisanı  daha  da  qıcıqlandırdı  və  o,  belə  bir  özü 

üçün alçaldıcı vəziyyətdə qalmaq fikirində deyildi.  



                                                     

 

  



                                                                            

                                                    

369 

Həmişə  özünü  yuxarıdan  aparan,  daim  təkəbbürü  ilə 



ətrafındakı  adamlarda  ikrah  hissi  oyadan  Raisa,  bu  dəfə 

sanki  tək  qalmışdı  və  hüç  kim,  hətta  qızlar  da  onunla 

ünsiyyət  qurmaq  istəmirdilər.  Hər  şey  bir  neçə  dəqiqədən 

sonra  Robertin  gəlişi  ilə  dəyişdi.  Evdəkilərin  bir-birilərinə 

olan təəccüb dolu baxışları ondan xəbər verirdi ki, heç kim 

həddindən  artıq  özünü  lovğa  aparan  erməni  kommersantı-

nın  gəlişini  gözləmirdi.  Robertin  qeyri-adekvat  hərəkətləri 

onun içkili olmasından xəbər verirdi. Onun belə bir həyasız 

hərəkəti  ilk  növbədə  Yelizavetanın  əsəblərinə  toxundu. 

Çünki  qız  yaxşı  bilirdi  ki,  belə  olan  halda,  həmin  həyasız 

oğlan  qalmaqal  yaradırdı.  Buna  baxmayaraq  o,  gəlib  düz 

Sergeyin  qızının  yanında  əyləşdi  və  qarşısındakı  badəyə 

araq süzüb, bir anda həmin içkini başına çəkdi.  

Robert  elə  görüntü  yaratmağa  çalışırdı  ki,  guya  təsadüf 

nəticəsində  bura  gəlibdir,  halbuki  bu  gün  bu  evdə  tədbir 

keçirilməsi haqda məlumatı ona Eduard çatdırmışdı.  

Raisa  qohumunun  gəlişini  görən  kimi  sanki  hərəkətə 

gəldi və birbaşa gedib onun o biri tərəfində əyləşərək nəsə 

haqda  pıçıldaşmağa  başladı.  Halbuki  hərəkətlərinə  görə 

qızın  Robertdən  xoşu  gəlmirdi,  lakin  bu  dəfə  bir  masa 

arxasında onunla yanyanaşı əyləşərək, özündə bir təpər hiss 

etdi.   



                                                     

 

  



                                                                            

                                                    

370 

Raisa  qohumu  ilə  sövdələşərək  sağlıq  demək  üçün  söz 



aldı. O, dedi:  

- Uşaqlar, universiteti bitirmək üçün bir aydan bir qədər 

çox  vaxt  qalıbdır.  Mən,  Mixail  Lomonosovun,  Leninin 

qardaşı Aleksandr Ulyanovun, Aleksandr Blokun və başqa 

görkəmli  şəxsiyyətlərin  təhsil  aldıqları  universitetə  qəbul 

olanda özümə  söz vermişdim ki, diplom alan kimi ən əziz 

adamlarımla  birlikdə  Şuşaya  gedib,  İsa  bulağında  həmin 

diplomu  yuyacayıq.  Həmin  tədbirdə  kim  iştirak  etmək 

istəsə, əvvəlcədən xəbər versin.  

Erməni qızın belə bir həyasız bəyanatı Robertin ürəyin-

dən  olsa  da,  həmin  ifadələr  acı  tikan  kimi  azərbaycanlı 

tələbənin ürəyini deşdi və o, az qala yerindən qalxıb Raisa-

nın  üzərinə  yeriyəcəkdi.  Lakin  son  məqamda  Yelizaveta 

onu özünü ələ almağa çağırdı. Məhz bundan sonra Nizami 

elə  sözlə  də  həmin  qızın  cavabını  verməyə  qərara  aldı.  O, 

badəsini  masanın  üstünə  qoyub  hirsindən  boğula-boğula 

dedi:  

-  Raisanın  istəyini  başa  düşmək  çətin  deyil.  Azərbay-



canın o qədər bir-birindən gözəl və səfalı yerləri var ki, bir 

çox  insanlar  müəyyən  tədbirlərini  keçirmək  üçün  məhz 

həmin yerlərə üz tuturlar. Şuşa isə Molla Pənah Vaqif, xan 

qızı Natəvan, Qasım bəy Zakir, Üzeyir Hacıbəyli, Bül-Bül, 

Polad  Bül-Bül  oğlu,  Cabbar  Qaryağdıoğlu,  Xan  Şuşinski, 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə