  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə94/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   90   91   92   93   94   95   96   97   ...   113

                                                     

 

  



                                                                            

                                                    

355 

duyacaq”. O, bütün bunları heç bir mühakimədən çəkinmə-



dən öz cəlladlığını nümayiş etdiribdir.  

Abram  dostunun  sualedici  nəzərlərini  öz  üzərində  hiss 

edən  kimi  -  “bu  əsl  həqiqətdir”  deyərək,  təqdiredici  tərzdə 

başını  yellətdi.  Fasilənin  yaranmasına  imkan  verməyən 

Heydər qaşlarını alnının üstündə sıxaraq hiddətlə əlavə etdi. 

O, dedi: 

-  Belə  bir  faşist  etiraflardan  sonra  həmin  qaniçən 

Parisdə,  Marseldə,  Afinada,  Nyu-Yorkda,  Los-Ancelosda, 

Moskvada və Rusiyanın digər şəhərlərində mötəbər kuluar-

larda  yüksək  vəzifəli  şəxslərlə,  özünü  tanınmış  ziyalı  kimi 

göstərən vicdanı olmayan, mənliyini ermənilərin verdikləri 

pula  satan  əqidəsiz  ünsürlərlə  görüşlər  keçirir.  Deməli, 

bizim millətin amansızcasına qırılmasında həmin üzdəniraq 

adamların maraqları var. 

Hər  kəsin  qabağında  çay  olsa  da  diskussiya  gedən  ərə-

fədə heç kim əlinə stəkan alıb çay içməyə macal tapmırdı. 

İşi  belə  görən  Abram  çay  içmək  üçün  bir  qədər  fasilə 

verməyi təklif etdi. Lakin rus qonağı qəti olaraq buna etiraz 

etdi və qarşısındakı hazır çayı içə-içə verilən məlumatların 

ardına qulaq asmağa başladı. Arada yaranan qısa fasilədən 

istifadə  edən  Vahid  heç  kimə  imkan  vermədən  aludəliklə 

dedi:  



                                                     

 

  



                                                                            

                                                    

356 

-  Daha  bir  erməni,  hazirda  Livanda  yaşayan  yazıçı-



jurnalist  David  Xerdiyan  Xocalıda  onların  bizimkilərin 

başına  gətirdikləri  müsibətləri  “Xaç  uğrunda”  kitabında 

fəxrlə  xatırlayır.  Kitabın  26-63-cü  səhifələrində  Xocalı 

soyqırımından  yazır:  “Səhərin  soyuğunda  biz  Daşbulaq 

yaxınlığındakı  bataqlıqdan  keçmək  üçün  ölülərdən  körpü 

düzəltməli  olduq.  Mən  ölülərin  üstünə  getmək  istəmədim. 

Bunu  görən  podpolkovnik  Ohanyan  mənə  işarə  etdi  ki, 

qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə 

basıb  addımlamağa  başladım.  Mənim  ayaqlarım  və  şalva-

rım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən 

keçdim...” 

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandır-

maqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türk-

lərin)  cəsədlərini  toplayıb  ayrı-ayrı  hissələrlə  Xocalının  1 

km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından 

və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını 

gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs 

alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ 

də  sağ  idi.  Ölümlə  mübarizə  aparan  bu  uşağın  gözlərini 

mən  heç  vaxt  yaddan  çıxarmayacam.  Sonra  Tiqranyan 

familiyalı  bir  əsgər  onun  qulaqlarından  tutub  artıq  üzərinə 

mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları 

yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”. 



                                                     

 

  



                                                                            

                                                    

357 

Demək  istəyirəm  ki,  bu  yırtıcılara  xarakterik  olan  bir 



xüsusiyyətdir. 

Mən,  dəhşətə  gəlirəm,  bütün  bu  vəhşilikləri  özlərini 



yazıq aparan ermənilər törədiblər? – deyə hərəkətsiz qalan 

qonaq  sağ  əli  ilə  sifətinin  bir  hissəsini  tutdu  və  həmsöh-

bətinə  sualedici  nəzər  salaraq  əsəbi  haldta  sözünə  davam 

etdi.  –  Həmin  Balayan,  elə  Aqambekyanla,  Kaputikyan  nə 

murdar  insanlar  imiş?  Onların  hamısı  iki  millət  arasına 

nifaq  saldıqları  üçün  ədalət  məhkəməsində  mühakimə 

olunmalıdırlar.  Sizin  söylədiyiniz  həqiqətdir,  yoxsa..?  - 

vəcdə  gələn  qonaq  sözünü  yarımçıq  qoydu  və  çiyinlərini 

çəkərək həmsöhbətindən cavab gözlədi. 

 



Sergey Vladimiroviç, bunu sübuta yetirmək üçün bütün 

faktlar  beynəlxalq  təşkilatlara  göndərilməsini  biz  sizə 

vurğulamışıq.  -  deyə  əsəblərini  birtəhər  daxilində  boğan 

Heydər  təşəxxüslə  dilləndi.  -  Təəssüflər  olsun  ki,  hüquqi, 

qanunverici,  icraedici  sayılan  həmin  nüfuzlu  təşkilalar 

ermənilərin  bu  vəhşiliklərinə,  insanlığa  sığmayan  yırtıcı 

siyasətinə göz yumur. 

-  Sergey  Vladimiroviç,  siz  Sankt-Peterburqa  gedəndə 

mən,  əcnəbi  alimlərin  bu  məsələ  ilə  bağlı  yazdıqları  araş-

dırma  kitablarını  hədiyyə  edəcəm.  –  deyə  Vahid  ehtiramla 

dilləndi. - Onda bilərsiniz ki, bu hadisələrdə kim haqq, kim 

nahaqdır.  




                                                     

 

  



                                                                            

                                                    

358 

-  İnana  bilmirəm  ki,  bütün  bu  vəhşiliklərin  başında 



Ermənistanın rəsmiləri və tanınmış ziyalıları dururlar. 

-  Əziz  qonaq,  istəsəniz  hələ  bir  neçə  dənə  də  istintaqı 

başa  çatmış  cinayələrdən  sadalaya  bilərəm.  –  deyə  erməni 

terrorunun  bir  çox  epizodlarını  öz  beyninə  həkk  etmiş 

Heydər  təmkinlə  dilləndi.  -  1994-cü  il  iyulun  3-də  Bakı 

metrosunun  “28  may”    “Gənclik”  stansiyaları  arasında 

13  nəfərin  ölümü,  42  nəfərin  yaralanması  ilə  nəticələnən 

terror  aktı  Ermənistan  xüsusi  xidmət  orqanları  tərəfindən 

təşkil  edilmişdir.  Bu  məqsədlə  Qarabağ  uğrunda  gedən 

döyüşlər  zamanı  əsir  düşmüş  Azər  Aslanovun  anasını 

aldadıb  Yerevana  çağırmış,  oradan  Azərbaycanın  işğal 

olunmuş ərazilərinə apararaq girov saxlayıb və əsiri həmin 

cinayəti  törətməyə  sövq  etmişlər.  Bu  fakt  erməni  millətçi-

separatçı ekstremizminin əsas ideoloqlarından biri, hazırda 

İnterpol xətti ilə axtarışda olan Zori Balayanın “Cəhənnəm 

və cənnət arasında” kitabında öz əksini tapmışdır.  

İstintaq  və  məhkəmə  prosesində  sübuta  yetirilmişdir  ki, 

Azər  Aslanovun  terrorçu  kimi  hazırlanmasının  “ideoloji 

təminatında”  Zori  Balayanın  və  Dağlıq  Qarabağ  erməni 

separatçılarının  lideri  olmuş,  Ermənistan  Respublikasının 

eks-prezidenti Robert Köçəryanın iştirakı olmuşdur. 

- Xüsusilə də  bir faktı  qeyd etmək lap  yerinə  düşərdi.  – 

deyə  Vahid  fikrini  tamamlamaq  üçün  yenidən  dilləndi.  - 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə