  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə90/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   86   87   88   89   90   91   92   93   ...   113

                                                     

 

  



                                                                            

                                                    

339 

“rezervistlərin” 50 faizdən çoxu Rusiya ərazisində yaşayan 



ermənilər idi. Bax, 1941-1945-ci illərdə Alman faşistləri ilə 

gedən  Böyük  Vətən  müharibəsində  Sovet  İttifaqı  Bakı 

neftindən  gen-bol  istifadə  edərək,  düşmən  üzərində  qələbə 

qazanmağa nail olmuşdu. Həmin triumfal qələbənin üstün-

dən 45 il keçəndən sonra SSRİ Siyasi Bürosunun üzvləri öz 

minnətdarlığını  Azərbaycan  xalqına  belə  bir  çirkin  şəkildə 

bildirdilər.   

-  İnana  bilmirəm  ki,  Qorbaçov  belə  bir  qətliamın  baş 

verməsi  üçün  fərman  imzalayıbdır.  –  deyə  gördüklərindən 

vəcdə  gələn  rus  qonaq  həqarətlə  dilləndi.  –  Qeyrəti  olan 

rəhbər  şəxs  öz  xalqının  başına  belə  bir  müsibət  açmamalı 

idi.  


-  Bütün  bu  faciəli  olayların  ssenarisini  Aqambekyan  və 

Zori  Balayanın  iştirakı  ilə  Şaxnazaryan  qurmuş,  Raisa 

bəyənmiş, Qorbaçov isə təsdiqləmişdi.  – deyə Kamil qalın 

səsi  ilə  həqarətlə  dilləndi,  sonra  isə  o,  dayanıb  sol  əli  ilə 

yeri  göstərib  məyus  halda  sözünə  əlavə  etdi.  –  Sergey 

Vladimiroviç,  hələ  1918-ci  ildə  ermənilərlə  bolşeviklərin 

qətlə  yetirdikləri  on  minlərlə  insan  dayandığımız  bu  yerdə 

kütləvi  məzarlıqda  dəfn  edilmiş  və  bu  hadisələri  millətə 

unutmaq üçün Semyon Kirovun heykəlini ucaltmışdılar. 

Bəli,  bəli,  həmin  dövrdə  Bakıda  əsl  soyqırım  törədil-

mişdi. 1918-ci il martın 30-dan aprelin 1-nə kimi bolşevik 



                                                     

 

  



                                                                            

                                                    

340 

qiyafəsinə  bürünən  ermənilər  Sovet  Rusiyasının  hərbi  yar-



dımı ilə Bakıda soyqırımı törədərək 15 min nəfər azərbay-

canlını xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirdilər. 

-  Həmin  illərdə  bolşeviklər  hakimiyyətlərini  qurmaq 

üçün  hər  bir  ucqar  bölgələrə  öz  cəsuslarını  və  ya  emissar-

larını göndərirdilər. – Sergey xatırlatma verdi. 

-  Bu  vəhşiliklər  haqqında  həmin  zamanlarda  çıxmış 

qəzetlərdə  də  bildirilmişdir.  –  deyə  vicdanlı  vətəndaş  kimi 

gələn  qonağı  məlumatlandırmağı  özünə  borc  bilən  Vahid 

ürəkyanğısı  ilə  dilləndi.  –  25-i  noyabr  1918-ci  ildə  çıxmış 

”Qruziya” qəzetində bildirilirdi ki, “erməni əsgərləri hami-

lə  müsəlman  qadınlarının  qarnını  yararaq,  bətnində  for-

malaşmış uşağı çıxararaq onun başını kəsirdilər və bunlara 

aid  foto  şəkillərini  də  yayımlamışdılar”.  4-ü  aprel  1918-ci 

ildə  “Naş  Qolos”  qəzetində  isə  yazılmışdır  ki,  ”hər  yerdə 

meyitlər,  qıc  olmuş,  eybəcər  hala  salınmış,  yandırılmış 

meyitlər: kişi, qadın və uşaq meyitləri”. 

- Bu haqda mən dürüst olmayan məlumatlara malikəm. – 

deyə  təəssüfünü  gizlətməyən  qonaq  hüznlə  dilləndi.  – 

Həmin  hadisələri  tarixə  erməni-azərbaycanlı  münaqişəsi 

kimi salmağa çalışıblar. 

-  Düz  deyirsiniz,  pula  görə  öz  vicdanını  satan  bəzi 

alimlər  Azərbaycan  xalqının  başına  gətirilən  faciəni,  siz 

dediyiniz  kimi  qələmə  verməyə  çalışıblar.  –  yaşlı  veteran 




                                                     

 

  



                                                                            

                                                    

341 

daxilində  yaranan  hirsini  birtəhər  dəf  edə-edə  kədərlə 



dilləndi. – Hətta onlar ermənilərin istəyinə uyğun olaraq bir 

neçə  kitab  da  buraxmağa  müvəffəq  olublar.  Əslində  isə 

həqiqəti arxiv sənədlər söylədi.    

-  Xatırlatma  verim  ki,  Bakı  qırğınına  qədər  martın  18-i 

1918-ci  ildə  20  minlik  erməni-bolşevik  silahlı  qüvvələri 

Şamaxıya  daxil  oldular  və  dinc  əhaliyə  divan  tutdular. 

 Onlar  insanlara  işgəncələr  verirdilər.  –  deyə  Abram  söh-

bətə müdaxilə etdi. - Ermənilər qadınların döşlərini kəsərək 

və  ya  qarınlarını  deşik-deşik  edərək  qətlə  yetirirdilər  və 

onların  cəsədləri  küçələrdə  yatırdı. Əmirovun  əlaltısı  olan 

Lalayevin  əsgərləri  şəhərdə  evlərə  soxulmuş,  tar-marla 

məşğul  olmuş,  yüzlərcə  qoca  və  körpələri  qırmışdılar. 

Məscidə yığdıqları insanları diri-diri yandırmışdılar. Həmin 

hadisələrdə  Şamaxının  58  kəndi  xarabazara  çevrilmiş,  12 

min nəfər insan öldürülmüş, Quba qəzasında isə müsəlman-

ların  yaşadığı  122  kənd  yandırılmış  və  dağıdılmışdır.  Bu 

kəndlərdə  ermənilərin  keçirdikləri  əməliyyatlar  faciəvi 

miqyasına  görə  dünya  tarixinin  ən  amansız  hadisələrindən 

olmuşdur.  

Abramın  sözləri  qonağı  fikirə  saldı.  Ona  görə  ki,  bu 

ifadələrin kökündə həqiqət dururdu. Sergey bacardıq qədər 

öz  emosiyalarını  saxlamağa  çalışırdı.  Axı,  necə  olsa  da 

onun  qonşuluğunda  yaşayan  “qaçqın”  statusu  almış 



                                                     

 

  



                                                                            

                                                    

342 

ermənilərin  cəfəngiyyat  dolu  uydurmaları  elə  aşılanmışdı 



ki,  onlarla  ünsiyyətdə  olan  hər  bir  kəs  azərbaycanlıların 

vəhşi,  vandal  və  barbar  olduqlarını  zənn  edərdi.  Eduardgil 

ilk  dəfə  onunla  ünsiyyət  yaradandan  sonra  alim  öz  dost-

tanışlarına və həmkarlarına birmənalı şəkildə bəyan etmişdi 

ki,  onlar  həyatlarını  təhlükə  altında  qoymasınlar  deyə, 

Azərbaycana  səfər  etməkdən  boyun  qaçırsınlar.  Azərbay-

canlıların etmədikləri cinayətlər barəsində məqalələr yazılıb 

qəzetlərdə  dərc  olunur,  həmin  hadisələri  ziyalıların  iştirakı 

ilə  dəyirmi  masa  ətrafında  müzakirə  edirdilər.  Müzakirə 

vaxtı kimsə irad bildirəndə dərhal həmin şəxs iştirakçıların 

tənqidinə tuş gəlirdi. Lakin gec olsa da həqiqət üzə çıxdı və 

Sergey  bundan  sonra  hansı  mövqe  tutacağını  özü  üçün 

müəyyənləşdirdi.   

Bir  tarixçi  kimi  burada  xeyli  məlumat  toplayan  Sergey 

anladı  ki,  haqq  azərbaycanlıların  tərəfindədir,  lakin 

informasiya  maşınından  istifadə  edən  ermənilər  və  onların 

havadarları,  hərtərəfli  olaraq,  on  minlərlə  şəhid  vermiş 

əzilmiş  xalqı  dünya  ictimaiyyətinin  gözündən  salmağa 

çalışırlar.  

“Şəhidlər  Xiyabanı”ndan  sonra  ağır  xəyallara  dalan 

Sergey  şəhər  gəzintisinə  çıxdı  və  onu  demək  olar  ki, 

Bakının  ən  görməli  yerlərinə  apardılar.  Tarixçi  pedaqoqun 

ilk dəfə Bakıda olması ilə indikində xeyli fərq var idi. Şəhər 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə