323
- Adama təsir edən odur ki, Osmanlı türkləri Birinci
Dünya müharibəsində (1914-1918) erməni vəhşiliklərin
qarşısını almaq və arxa cəbhənin təhlükəsizliyini təmin
etmək üçün erməniləri başqa yerə başqa yerə köçürməyi
qərara alırlar və təbii olaraq həmin deportasiya vaxtı
köçürülənlər arasında itkilər baş verir. – deyə Füzuli bütün
fikrini cəmləşdirərək aludəliklə dilləndi. – Ondan sonra isə
ermənilər həyasızlıq edərək, bütün dünyaya car çəkirlər ki,
guya həmin deportasiya zamanı 1500000 nəfər adam
qırılıbdır və bunu soyqırım kimi qələmə verirlər.
- Burada bir arayış verməli olacağam. – deyə Abram
tələsik halda söhbətə müdaxilə etdi. – Fransız yazıçı-
tədqiqatçısı Jorj de Molevil “1915-ci il erməni faciəsi” adlı
əsərində yazır ki, deportasiyada nə qədər əhali olubdur ki,
onlardan 1,5 nəfəri yolda ölübdür? Onun hesablama-larına
görə yerdəyişmə vaxtı yalnız 600000 nəfər adam iştirak edə
bilərdi, onlardan isə yalnız 200000 nəfərinin ölməsi inan-
dırıcı görünürdü, bu da hər hansı bir köç zamanı baş verə
bilərdi.
Maraqlıdır ki, bu soyqırım uydurması bəzi ölkələrin
parlametlərində dinləmələrə qulaq asılır.
- Yaxşıdır ki, Abram bu məsələyə toxundu. – deyə
Heydər səbirsizliklə dilləndi. – Ortaya qoyulan statistik
məlumatlar ermənilərin dediklərini inkar edir. Artıq Birinci
324
Dünya müharibəsinə qədər 100 il müddətinə Cənubi
Qafqaza, xüsusən də Azərbaycana tam əksəriyyət olmaqla,
1 milyona yaxın erməni köçmüşdü və belə bir axından
sonra iddia etmək ki, 1915-ci ildəki deportasiya zamanı 1,5
milyon adam ölübdür, bu uşağın başını aldatmaq kimi bir
şeydir.
Bütün bu yalana baxmayaraq erməni diasporası həmin
qondarma nağılı, beynəlxalq aləmdə soyqırım kimi təqdim
etmək istəyirlər. Bir sözlə, onlar harda gəldi Türkiyəni
ləkələməklə məğuldurlar.
- Məlumdur ki, Türkiyə Azərbaycana böyük arxa durur
və buna görə də Ermənistanla sərhədi bağlayıbdır. – deyə
rus pedaqoqu həmsöbətlərini dilemma qarşısında qoymaq
üçün məkrlə dilləndi. – Lakin elə bu yaxınlarda türk
höküməti bildirmişdi ki, ölkəsinin Ermənistanla olan bağlı
sərhədi açmaq və onlarla əlaqə yaratmaq fikirindədir. Başa
düşə bilmirəm, nəyə görə belə bir bəyanat verilmişdi?
- Elə bu mövqe bizim millətin daxilində də şok effekti
yaratdı. – deyə başını təəssüf hissi ilə tərpədən Füzuli
həyəcanla dilləndi. – Həm bizim hakimiyyət, həm də xalqı-
mız etiraz səsini ucaldandan sonra Türkiyə həmin məsələ-
dən yan keçdi.
- Ununtmayın ki, bu məsələdə xaricdə yaşayan bəzi
tanınmış azərbaycanlılar Türkiyəyə qarşı sərt reaksiya ver-
325
mişdilər. – deyə Vahid heyranlığını gizlətmədən xatırlatma
etdi. – İş ondadır ki, Türkiyədə ən varlı adamlar sırasında
xüsusi çəkisi olan və ölkədəki türk milliarderləri arasında
1,4 miliard dollarla 7-ci sırada duran, “Palmali” şirkətlər
qrupunun prezidenti Mübariz Mənsimov həmin qərardan
dəhşətə gələrək, belə bir bəyanat yaymağa məcbur olmuş-
du: “Əgər, Qarabağ məsələsi nəzərə alınmadan Türkiyə
Ermənistanla olan sərhədlərini açsa, “Palmali”nin İstam-
buldakı qərargah-mənzilimi bağlayıb, məsələn, Maltadakı
ofisə köçəcəm”.
Türkiyə belə bir bəyanatların üstündən yan keçə bilməz-
di. Ona görə ki, ürəyi Vətən eşqi ilə döyünən Mübariz
Mənsimov Ermənistanın həm Azərbaycanın, həm də
Türkiyənin necə amansız düşmən olduğunu yaxşı dərk edir.
Xatırlamaq istəyirəm ki, o, böyük tankerlər imperiyasının
sahiblərindən biri sayılır və “Palmali”nin tərkibində 180-ə
yaxın tanker var ki, onlar 110 mln. tondan çox neft
məhsullarının daşınması ilə məşğuldur.
- Mən “Palmali” şirkəti barəsində eşitmişdim, lakin
onun prezidentinin belə bir qətiyyətli, cəsarətli və xalqının,
dövlətinin mənafeyini, özünün biznes maraqlarından üstün
tutduğunu ağlıma belə gətirə bilməzdim. – deyə Sergey
hamıya qəribə nəzər salmaqla heyrətlə dilləndi. – Mübariz
326
Mənsimov belə bir bəyanata görə fəaliyyət göstərdiyi ölkə-
də ağır maneələrlə rastlaşa bilərdi.
- Lakin buna baxmayaraq o, qeyrətli və təəssübkeş bir
oğul kimi həmin addımı ataraq, millətçi ermənilərin siyasə-
tinə qarşı sərt mövqedə durduğunu hamıya sübuta yetirdi. –
deyə Heydər fəxarətlə dilləndi.
- Təəssüflər olsun ki, bizim bir çox imkanlı həmvətən-
lərimiz var ki, onlar üçün biznes maraqları hər şeydən
üstündür. – deyə Füzuli məyus halda dilləndi. – Ona görə
də biz veteranlar Mübariz Mənsimovu namuslu, vicdanlı,
qeyrətli və fədakar oğul kimi özümüzün silahdaşı hesab
edirik.
- O, birdəfəlik bildirdi ki, evin qapısı nəcib, alicənab,
xoşniyyətli, xeyirxah və əməli saleh insanların üzünə açıq
olmalıdır, yırtıcı hisslərlə, vəhşilik instinkti, murdar xasiy-
yətli mənfur məxluqlara yox. – deyə Kamil qürurla dilləndi.
– İnsanlıqdan uzaq olan erməniləri Afrika cəngəlliklərinə
və savannalarına göndərsələr, oradakı çaqqal, kaftar və
digər leş yeyən yırtıcılar, baş götürüb həmin materikdən
qaçarlar.
Dostları ilə paylaş: |