315
- Mən belə başa düşdüm ki, sən qəti şəkildə Bakını tərk
edib, Ermənistanda yaşamaq istəmirsən. – deyə Sergey
dərindən köksünü ötürərək, hərarətlə dilləndi. – Halbuki bir
çox ermənilər azərbaycanlıları barbar kimi qələmə verərək,
onları dünya ictimaiyyətinin gözündən salmaq istəyirlər.
- Mənim subyektiv fikrim belədir, - deyə bir çox şeyləri
öz beynində götür-qoy edən Klara səmimiyyətlə dilləndi. -
Ermənistan ermənilərin vətəni olsa belə, iki ölkəni müqayi-
sə etsək, bizim millətin nümayəndələri yalnız Azərbay-
canda özlərini xoşbəxt hiss edirlər.
Heyrətini gizlətməyən Sergey heyrət içərisində Klaranın
əlini sıxıb, onu əsl realist adlandırdı.
Qonaqlar Nazimgildən ayrılandan sonra Sergey fikir
içərisində idi. Hər şeyə optimistcəsinə yanaşan ziyalı
gördüklərinə inana bilmirdi ki, bütün bunlar həqiqətdə baş
verir? Onu yalnız bircə şey maraqlandırırdı, görəsən
ermənilər tərəfindən torpaqları zəbt edilən, ev-eşiklərindən
qovulan, əzizləri öldürülən, yaraları hələ də sağalmayan,
qaçqınlıq həyatı yaşayan insanlar necə olur ki, Bakıda olan
ermənilərə nifrət bəsləyib, onlardan qisas almırlar?
316
X fəsil. Yəhudi biznesmeni rus
qonağına həqiqəti aşılamağa çalışır
Abram evinə gələndə orada heç kim yox idi. Məhz buna
görə də o, özü vaxt itirmədən soyuq ərazqlardan yemək
hazırlayıb masanın üstünü bəzədi. Sergey təkidlə bildirdi
ki, o, bura çay içmək üçün gəldiyindən yemək yeməyəcək.
Qonaqlar masa arxasında söhbət edə-edə hisə qoyulmuş
kolbasa, duzlu balıq, salat yeməyə və araq içməyə başladı-
lar. Süfrə arxasında olanların demək olar ki, hamısı Hey-
dərlə Vahiddən başqa, spirtli içki qəbul edirdilər. Onların
arasında yalnız Sergey sakitcə əyləşib nə haqdasa
fikirləşirdi. Abram o dəqiqə başa düşdü ki, tarixçi pedaqoq
qaçqınların məskunlaşdığı yataqxanada gördüyü səhnələr-
dən bir qədər məyus olubdur, elə buna görə də o, dostunu
düşdüyü xəyallardan ayırmadı.
Bir neçə dəqiqə keçəndən sonra Sergey bağa baxmaq
üçün çölə çıxdı. Dostunu darıxmağa qoymayan ev sahibi
onu müşayət etməyə qərara aldı. Abram söz almaq üçün nə
baş verdiyinin qonaqdan soruşdu. O, əvəzində xəyallara
dalmış kimi dedi:
- Bu məmləkətdə hər şey mən təsəvvür etdiyim kimi
deyil. Yerli əhali əvvəlki illərə nisbətən daha mehriban,
istiqanlı və daha da qonaqpərvərdir. Sanki bu millət
317
ermənilərlə müharibə etməmiş və müharibə zamanı ağır itki
ilə üzləşməyibdir. Onlar da elə bizim millət kimi kin-
küdurət saxlamır və hər şeyi zamanın ixtiyarına buraxırlar.
- Sən lap psixoloqlar kimi danışırsan. Nəyə görə belə
fikirləşirsən?
- Klaranın qardaşı Eduard Sankt-Peterburqda yaşasa
belə, daim azərbaycanlıları lənətləməklə məşğuldur və əmi-
nəm ki, ona ixtiyar versələr, yaxınlıqda yaşayan hər bir
azərbaycanlını xüsusi qəddarlıqla məhv edər. Burada ermə-
ni əsirliyində olan yerli əhali baxmayaraq ki, onlar tərəfdən
ağır işgəncələrə məruz qalıblar, lakin həmin xəsarət alan
adamlar onların ardınca lənətlər yağdırmırlar. Elə yerli
əhalinin Klara ilə olan münasibəti, onların yüksək tolerant-
lığından xəbər verir. Belə bir millət ilə necə düşmənçilk
aparmaq olar?
- Dostum Sergey, elə mən də bütün bu amilləri nəzərə
alıb, gəlib burada məskunlaşmışam. Azərbaycanlılar pisliyi
tez unudan bir millətdir.
- Məni, hazırda başqa bir şey düşündürür, – deyə peda-
qoq fikirli halda dilləndi. – Eduard, elə Robert də evləri
ola-ola Rusiyada hamıya car çəkirlər ki, onların evi yoxdur
və ağır qaçqınlıq həyatına məhkum olunublar. Halbuki
Robertin Pyatiqorskidə elə bir böyük evi var ki, orada
318
nəinki özü, hətta Eduard da ailəsi birlikdə yaşaya bilər.
Anlamıram, nəyə görə onlar özlərini qaçqın adlandırırlar?
- Yaxşıdır ki, indi sən kimin qaçqın olduğunu öz göz-
lərinlə gördün. – deyə Abram ciddi halda dilləndi. – Robert
kurort şəhərində böyük bir evdə yaşamaqla, özünü qaçqın
adlandırması, bu artıq həyasızlığın son həddi deməkdir.
Belə bir adamlarla nəinki dostluq etmək, hətta ünsiyyət də
qurmaq qəbahət sayılır.
- İş ondadır ki, mən bir neçə ildir Nizamini tanıyıram.
Lakin o, indiyə kimi bir dəfə də olsun, qaçqın olduğunu
dilə gətirməyibdir.
- Amma Eduard dəfələrlə qaçqın olduğunu və bacısının
guya Bakıda girov saxlanıldığını bütün aləmə yayır. –
Abram istehza ilə dilləndi. - Yaxşıdır ki, sən özün Klaranın
necə girov saxlanıldığının şahidi oldun. Əziz dostum, belə
bir iyrənc üsuldan demək olar ki, hər bir millətçi, şovinist
erməni istifadə edir.
- Maraqlıdır, bəs nəyə görə ermənilər onlara qarşı belə
bir ifrat dərəcədə düşmənçilik bəsləyirlər? – deyə Sergey
dostuna sualedici nəzər saldı. – Məndən olsa, Klaranın
buradakı həyatını videoya çəkib, aparıb nəinki Eduarda və
ailəsinə, hətta Sankt-Peterburqda yaşayan bütün ermənilərə
göstərərdim ki, xəcalətlərindən yerə girsinlər.
Dostları ilə paylaş: |