  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə83/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   79   80   81   82   83   84   85   86   ...   113

                                                     

 

  



                                                                            

                                                    

311 

Qarabağ  probleminin  sülh  yolu  ilə  həll  olunmasının 



tərəfdarıyıq.  

Ermənilər  havadarlarına  arxalanaraq,  özlərini  son  qətli-

amlarda  cəzasız  hiss  edirlər.  Təəssüflər  olsun  ki,  nəinki 

Avropa  Birliyi,  hətta  özlərini  demokrat  adlandıran  digər 

ölkələr də ermənilərin bəşəri cinayətə, Azərbaycan xalqının 

başına açılan müsibətə göz yumur.  

-  Əziz  qonaq,  bilmirəm  sizin  ermənilərə  münasibətiniz 

necədir,  -  deyə  Əvəz  səbirsizliklə  əlavə  etdi.  -  amma 

səmimiyyətlə  bildirməliyəm  ki,  onlar  yırtıcı  heyvanlardan 

da  amansızdırlar.  Mənim,  Azərbaycanın  Milli  Qəhrəmanı 

Allahverdi  Bağırov  adlı  dostum  olmasaydı,  əsirlikdə  olan 

hər  iki  qardaşımın  nəinki  dirisini,  hətta  meyidlərini  də  ala 

bilməyəcəkdim. Allah qəni-qəni ona rəhmət eləsin!  

- Amin! – deyə ətrafdakılar bir ağızdan dilləndilər. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  Qarabağ  müharibəsində 

həddindən  artıq  şücaət  göstərmiş  Allahverdi  Bağırovun 

fəaliyyəti nəticəsində İlqarla Mariz başqa girovlarla birlik-

də  erməni  əsirləri  ilə  dəyişdirilərək  qohumlarına  təhvil 

verilmişdilər.  O,  döyüşlər  apara-apara  yüzlərlə  azərbay-

canlıları  girovluqdan  azad  edərək,  onları  ailələri  ilə 

qovuşdurmuşdu.  

Allahverdinin ən böyük hərbi uğuru 1992-ci ilin 12 iyun-

da Aranzəmin və Naxçıvanlı kəndi  döyüşlərində  olmuşdur. 



                                                     

 

  



                                                                            

                                                    

312 

O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüv-



vəsi  və  texnikası  darmadağın  edilmiş,  döyüşçülər  Əsgəran 

qalasına  qədər  irəliləmiş, Pircamal  kəndindəki  bütün 

yüksəkliklər  tutulmuşdu. Onun  taburu  Kətük kəndi  ilə 

üzbəüz  mövqe  tutmuşdu.  Həmin  döyüşdən Ağdama  qayı-

dan Allahverdi Bağırov minaya düşərək şəhid olmuşdur.  

Onlar nəzərdə tutulan mənzilə çatanda gördülər ki, Klara 

elə  qonşularla  birlikdə  həyətdə  qurulan  çadırda  idi. 

Qonşulardan kimsə dünyasını dəyişmiş və erməni qadını da 

bir  qonşu  kimi  yas  mərasimində  iştirak  edirdi.  Daha 

doğrusu o, mətbəx adlanan çadırda yemək hazırlanmasında 

hüzr sahibinə köməklik göstərirdi. Belə olan halda qonaqlar 

elə  bina  girişinin  ağzında  Nazimlə  görüşüb,  ondan  hal-

əhval öyrəndilər. O, da tərəddüd etmədən onları evinə dəvət 

etdi.  Müharibə  veteranlarından  başqa  hamı  Nazimgilə 

qalxdı.  Füzuligil  mənzildə  diskomfort  yaratmasınlar  deyə, 

belə bir addımı atmalı oldular. 

Nazimin  evi  üç  otaqdan  ibarət  idi  və  yaxşı  təmir 

olunmuşdu. Bahalı mebellər və aksesuarlar burada yaşayan 

ailənin  pis  yaşamadığından  xəbər  verirdi.  Sergey  Nazimlə 

Klaranın  bizneslə  məşğul  olduğundan  hali  idi  və  onların 

Rüfət  adlı  oğlu  isə  Neft  Şirkətində  mühafizə  sektorunda 

işləyərək, öz dolanışığını təmin edirdi.  




                                                     

 

  



                                                                            

                                                    

313 

Ev  sahibi  tələm-tələsik  qonaqlar  üçün  çay  dəmlədi  və 



süfrəni  şirniyyatla  bəzədi.  Onlar  bir  qədər  söhbət  edəndən 

sonra  Klara  evə  gəldi.  Gördüklərindən  müəmma  təsirinə 

düşən  rus  qonaq  özünü  saxlaya  bilməyib  hövsələsiz  halda 

dedi:  


-  Müdriklər  söyləyirlər  ki,  bir  şeyi  mükəmməl  bilmək 

üçün gərək eşitdiklərinlə gördüklərin üst-üstə düşsün. Lakin 

mənim eşitdiklərimlə gördüklərimin arasında xeyli fərq var. 

Klara,  əslində  mən  elə  zənn  etdim  ki,  sənin  Bakıda  yaşa-

mağın  üçün,  Nazimə  olan  sonsuz  məhəbbət  amili  məcbur 

edir.  Buradakı  ab-havadan  gördüm  ki,  Bakıda  qalıb  yaşa-

maq Nazimə olan məhəbbətdən çox, qonşularının, ətrafdakı 

insanların  sənə  olan  mehriban  münasibəti  vadar  edir.  İki 

dövlətin  müharibə  vəziyyətində  olmasına  baxmayaraq,  bu 

məmləkətdə  yaşayanlar  heç  də  öz  qonşularına  qarşı 

düşmənçilik münasibəti bəsləmirlər. 

O  birilər  tarixçinin  dediklərini  yaxşı  anlaya  bilməsələr 

də, Abram həmin söhbətin məğzini tutdu və cavab vermək 

üçün təmkinlə dedi:  

- Əziz dostum, hələ Pyatiqorskidə olarkən sənə demədim 

ki,  qalmaqallardan  uzaq  olmaq  istəyən  hər  bir  kəs  gəlib 

Azərbaycanda  yaşasın? Azərbaycanlılar pisliklə üzləşsələr, 

hətta  fiziki  məhrumiyyətlərə  məruz  qalsalar  da,  onlar  qısa 

müddət  ərzində  həmin  fəsadları  tez  unudur  və  əks  tərəfə 



                                                     

 

  



                                                                            

                                                    

314 

növbəti  dəfə  kömək  əllərini  uzatmağa  hazır  olduqlarını 



bütün  varlıqları  ilə  nümayiş  etdirirlər.  Onların  qanı  huma-

nizm toxumları ilə boldur və xasiyyətləri də o cür hisslərlə 

yoğrulubdur. 

-  İndiki  məqamda  məni  bircə  sual  düşündürür,  -  deyə 

bilmədiyi  şeyə  nail  olmaq  istəyən  tarixçi  səbirsizliklə 

dilləndi. – Klara, sən hüzürdə olan zaman, erməni olmağın 

oradakı insanları qıcıqlandırmırdı? 

-  Sergey  Vladimiroviç,  qonşularla  o  qədər  sıx  münasi-

bətdəyəm  ki,  biz  bir-birimizə  “bacı”  deyərək,  müraciət 

edirik.  –  deyə  erməni  qadın  həvəslə  dilləndi.  –  Axşamlar, 

həyətə  çıxıb  bir-birimizlə  doyunca  söhbət  edir,  sirlərimizi 

bölüşürük.  

-  Bəs,  elə  olmur  ki,  əzizlərini  müharibədə  itirmiş  yerli 

sakinlərdən  kimsə,  öz  qəzəblərini  sənin  üzərinə  yönəltsin? 

– deyə pedaqoq soruşdu. 

-  Xoşbəxtlikdən  belə  hallarla  üzləşməmişəm.  –  deyə 

Klara  tərəddüd  etmədən  cavab  verdi.  –  İş  ondadır  ki,  bir 

neçə addımlıqda öz yurd-yuvasından qovulmuş, ev-eşikləri 

əlindən  alınmış  qaçqınlar  məskunlaşıblar,  hətta  onlar  da 

mövcud  şəraitlə  barışaraq,  bir  neçə  hal  istisna  olmaqla, 

mənə güldən artıq söz deməyiblər. Əksinə onlardan bəziləri 

ilə,  demək  olar  ki,  bir  kənddə  böyümüş  həmyerlilərimlə 

yaxşı əlaqədəyəm. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə