  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə82/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   78   79   80   81   82   83   84   85   ...   113

                                                     

 

  



                                                                            

                                                    

307 

- Bildiyimə görə sən ermənilərdə girov olmuş və ən ağır 



işgəncələrə  məruz  qalmısan.  O  hadisələr  səni  buradakı 

ermənilərə qarşı nifrət bəsləməyə təhrik etmir ki? 

-  Qarabağda  fəaliyyət  göstərən  quldurlarla  buradakı 

ermənilərdə xeyli fərq var. Həm də Bakı erməniləri həmin 

vəhşiliklərə görə daim  öz nifrətlərini bildiriblər. Buradakı-

lar  millətçi,  ekstremist  olsaydılar,  çoxdan  Bakını  tərk 

etmişdilər.  

Onların söhbətini eşidən Əvəz həmin mövzudan kənarda 

qalmaq  istəmədi.  O,  arada  yaranan  fasilədən  istifadə  edib 

səbirsizliklə dedi:   

-  Sergey  Vladimiroviç,  hər  dəfə  qardaşlarımın  yanına 

gələndə  mən,  Klaragilə  də  dəyirəm.  Nəinki  mən,  elə 

qardaşlarım  da  mütəmadi  olaraq  bir-biriləri  ilə  görüşür  və 

xeyir-şərdə  bir  yerdə  olurlar.  İş  ondadır  ki,  atam  həmişə 

deyirdi  ki,  aramızda  olan  dostluq  heç  zaman  aradan 

qaldırılmasın. Biz daim onlara kömək əlimizi uzatmalıyıq.  

-  Baxmayaraq  ki,  müharibədə  bir  neçə  qohumunuz 

ermənilər tərəfindən öldürülübdür? – Sergey soruşdu. 

-  Oradakılar  əsasən,  Qarabağda  yaşamış  ermənilərin  bir 

çoxu  istisna  olmaqla,  Yaxın  Şərqdən,  Kanadadan,  Fransa-

dan, elə Rusiyadan gələn “Daşnaksyütun” partiyasına daxil 

olan erməni qatilləri idi. – Vahid cavab vermək üçün araya 

girdi.  -  Onlar  üçün  Bakıda  və  Azərbaycanın  digər  şəhər-



                                                     

 

  



                                                                            

                                                    

308 

lərində yaşayan ermənilərin müqəddəratı mühüm rol oyna-



mırdı.  Əksinə,  onlar  və  başda  erməni  millətçi  ideoloqları 

zənn  edirdilər  ki,  Qarabağda  törətdikləri  vəhşiliklərə  görə 

biz  adekvat  addımlar  atacaq  və  buradakı  ermənilərə  qarşı 

soyqırım işlətməklə, öz əməllərinə haqq qazandıracaqlar.  

- Faktiki olaraq Bakıda ermənilərə qarşı fiziki hücum baş 

vermiş və onlar qaçmağa məcbur olmuşdular. – deyə tarixçi 

pedaqoq vaxtilə Eduardın dediklərini yada saldı. 

- Necə ki, Sumqayıtda, - deyə Heydər alidəliklə dilləndi. 

-  eləcə  də  Bakıda  DTK-nın  iştirakı  ilə  erməni  millətçiləri 

dağıntılara  yol  verdilər  ki,  bütün  dünya  bizi  qınayaraq, 

azərbaycanlıların simasında vəhşi obraz yarada bilsinlər.  

-  Onlar  fikirləşirdilər  ki,  -  deyə  söhbətə  müdaxilə  edən 

Füzuli  həqiqəti  söyləməklə  həmkarının  sözlərinə  dəstək 

verdi.  -  biz  bütünlüklə  erməniləri  Bakıdan  və  digər  şəhər-

lərdən qovacaq və nəticə etibarilə bütün dünyaya yayacaq-

dılar ki, ermənilər azərbaycanlılar tərəfindən ən ağır təzyiq 

və təqiblərə məruz qalıblar.  

-  Bütün  bunlara  baxmayaraq  siz  ailəlikcə  Bakıda  yaşa-

yan  ermənilərə  özünüzün  yardım  əlini  uzadırsınız?  –  deyə 

təəccübdən  keyiyən  Sergey  üzünü  Əvəzlə  İlqara  tutaraq, 

onlardan cavab gözlədi.  

-  Bu  həqiqətən  də  belədir.  –  deyə  Abram  qardaşların 

yerinə  cavab  verdi.  –  Nəinki  onlar,  ümumiyyətlə  ətrafdakı 



                                                     

 

  



                                                                            

                                                    

309 

insanların  əksəriyyəti  onlara  düşmən  gözü  ilə  baxmırlar. 



Əgər, belə olsaydı, Klara və digər ermənilər çoxdan başla-

rını götürüb buradan qaçardılar. 

- Hörmətli qonaq, yadda saxlayın ki, buradakı ermənilər, 

Ermənistanda  səfalətdən  boğulan  ermənilərdən  qat-qat 

yaxşı yaşayırlar. – deyə Vahid fürsətdən istifadə edərək, bu 

informasiyanı  qonağın  diqqətinə  çatdırdı.  -  Ona  görə  ki, 

onlar azsaylı xalq kimi xüsusi imtiyazlara malikdirlər.   

-  Hazırda  Klaranın  Bakıda  heç  bir  qohumu  yoxdur.  – 

sadəlövh  görünən  Əvəz  təşəxxüslə  dilləndi.  -  Qardaşı 

Eduard  Rusiyada  yaşayır  və  qorxudan  Bakıya  gələ  bilmir. 

Belə bir şəraitdə biz Klaranı darıxmağa qoymuruq. 

-  Birdən  Eduard  Bakıya  gəldi,  onda  onun  gəlişinə  sizin 

reaksiyanız  necə  olacaq?  –  deyə  Sergey  həkimə  sualedici 

nəzər saldı. 

-  Eduard  Bakıya  gəlsə,  onu  uşaqlıq  dostum  kimi  qarşı-

layıb, razı halda evinə yola salaram. 

-  Maraqlıdır,  o,  da  səni  eyniliklə  qəbul  edər?  –  deyə 

Eduardın  nə  dərəcədə  kinli  adam  olduğuna  bələd  olan 

tarixçi pedaqoq qıcıqlandırıcı sual verdi. 

-  Əlbəttə!  –  deyə  Əvəz  qətiyyətlə  dilləndi.  –  Biz  Qara-

dağlıda  yaşayanda  aramızdan  su  da  keçməyibdir.  Uzun 

ayrılıqdan  sonra  o,  məni  və  qardaşlarımı  görsə,  bəlkə  də 




                                                     

 

  



                                                                            

                                                    

310 

sevincdən ağlayar. Mənim aləmimdə o, kövrək adamdır və 



əlindən pislik gələn deyildi.  

Sergey həkimin ifadələrini eşitdikdə təəccübünü gizlədə 

bilmirdi.  O,  əvvəlcə  elə  zənn  etdi  ki,  qardaşlar  əsl  sima-

larını və məqsədlərini gizlətməklə belə bir humanist fikirlər 

söyləyirlər.  Eduard  Rusiyada  azərbaycanlıların  arxasınca, 

olmazın  böhtanlar  yağdırır,  burada  isə  onu  humanist  bir 

adam kimi qələmə vermək istəyirdilər. Pedaqoq onların əsl 

məqsəd-məramlarını  başa  düşmək  üçün  qıcıqlandırıcı 

ifadələr söyləməli oldu. O, dedi:  

-  Axı,  necə  olsa  da  ermənilər,  sizi  öz  yurd-yuvanızdan 

qovublar?  Şəxsən  mən,  Qarabağda  olmuş  və  gördüklərim-

dən dəhşətə gəlmişəm. Azərbaycanlıların yaşadıqları kənd-

lər xarabazarlığa çevrilibdir.  

-  Buna  görə  Ermənistan  höküməti  gec  də  olsa,  cavab 

verəcəkdir.  –  deyə  Füzuli  ciddi  halda  dilləndi.  -  Hazırda 

onların ağzı isti yerdədir.  

Sergey  Vladimiroviç, çoxlarına bəllidir ki, bizim dövlət 

Cənubi Qafqazda ən böyük və güclü orduya malikdir və hər 

an  işğal  altında  olan  torpaqlarımızı  hərb  yolu  ilə  qaytara 

bilərik.  Region  dövlətlər,  o  cümlədən  də  Avropadakılar 

yaxşı  bilirlər  ki,  bizim  millət  təbiətən  humanistdir,  bəlkə 

deyərdim  ki,  tolerantıq.  Biz  sülhpərvər  olduğumuz  üçün 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə