331
- Biz uzun müddət bir ölkənin tərkibində yaşamışıq və
ağlıma belə gətirməzdim ki, haçansa bir yerdə yaşayan iki
millət arasında bu cür ifrat düşmənçilik yarana bilər. Axı,
ermənilər Rusiyanın şəhərlərinə doluşaraq hər yerdə bəyan
edirlər ki, Qarabağda müharibə başlanan kimi sizin millət
mütəmadi olaraq onları fiziki cəhətcə məhv etməyə
başlayıblar. Sumqayıt və Bakı hadisələrini əllərində şüar
tutaraq özlərini zərərçəkmiş millət kimi təqdim edirlər.
- Sergey Vladimiroviç, artıq sübuta yetirilibdir ki, bütün
bunların ssenarisi Moskvada DTK tərəfindən yazılmış və
adlarını çəkdiyiniz şəhərlərdə ermənilərin özləri tərəfindən
icra edilibdir. – deyə Füzuli müfəssəl şəkildə dilləndi. -
Hazırda həm Bakıda, həm də Sumqayıtda on minlərlə
erməni yaşayır ki, mövcud durumda heç kim onları nəinki
fiziki cəhətcə məhv etmir, hətta onların xətirlərinə belə
dəymirlər. Amma nəinki Ermənistanda, hətta yuridik olaraq
bizim ölkənin ərazisi olan Qarabağda bir nəfər də olsun
azərbaycanlı yoxdur.
- Bu haqda mən məlumatlıyam, - deyə Sergey dostu
Abramla Pyatiqorskidə olan görüşü yadına saldı və erməni-
lərin bəyan etdikləri yalanlara görə öz nifrətini gizlətmədi.
– həmin ərazilərdə olanda isə sakinlər arasında nəinki
azərbaycanlı, hətta başqa millətin də nümayəndələrini
görmədim.
332
- Bundan sonra onlarla heç bir millət çiyin-çiyinə
mehribancasına yaşaya bilməz. – deyə Heydər boş olan
armudu stəkanları çayla dolurub üzrxahlıqla dilləndi. –
Ermənilər yaşadıqları ərazidə mono dövlət yaradaraq, indi
də qonşuların torpaqlarını zəbt edirlər. Hələbir başqa
ölkələrə car çəkirlər ki, blokadada olduqlarına görə onlara
yardım versinlər. Bir sözlə, erməni siyasətçiləri qonşularla
düşmənçilik siyasəti yürüdürlər, diplomatları isə böyük
ölkələrin qapılarına gedib orada dilənçiliklə məşğuldurlar.
- İnanmıram ki, daim başqalarından yardım istəyən bir
hökümət Qarabağ üçün bir gün ağlasın. – deyə Sergey
ümidsiz halda dilləndi. – Üç-dörd il də keçsə, nəinki
Qarabağda, hətta Ermənistanda da əhali qalmayacaq. Orada
vəziyyət mən təsəvvür etdiyimdən də ağırdır.
- İanələrlə yaşayan dövlətin bünövrəsi çürük olur. – deyə
dodaqlarında istehza təbəssümü yaranan Kamil ritorik
tərzdə dilləndi. – Artıq onların heç bir həya-abırı qalmayıb-
dır. Ondan əvvəlki və indiki hökümətin işi yalnız qonşular-
la ədavət aparmaq, xəstə təxəyyüllərlə yaşamaqdan ibarət-
dir. Onlar iqtisadiyyatın dirçəldilməsi barəsində yox, elə
Füzulinin dediyi kimi yalnız beynəlxalq təşkilatların və
hökümətlərin qapısında dilənçilik etməklə məşğuldur. Belə
bir siyasət kimə lazımdır?
333
- Hörmətli dostlar, qonşu-qonşu ilə gərək mehriban
yaşamalı və əlbəttə ki, bir-birilərinə xoş münasibət bəslə-
məlidir. – deyə rus qonağı fəhmsizliklə dilləndi. - Məndə
olan məlumata görə sizin hökümət erməniləri bütün
kommunikasiya xəttlərindən məhrum edərək, onları bloka-
da şəraitində saxlayır. Qonşu ilə düşmən münasibətdə
yaşamaq, yalnız acı fəsadlara gətirib çıxaracaq.
-
Kim ağlına gətirə bilərdi ki, pənah gətirənlərin
iştaahasından daha şirin tikələr keçir. – deyə qalın qaşlarını
gözlərinin üstündə sıxan yaşlı veteran təmkinlə dilləndi. -
Bunu sadə şəkildə izah etməyə çalışacağam. Təsəvvür edin,
bir gün kimsə sizin qapınızı döyür və gecələmək üçün sizə
yalvarır. Biz həmin vaxt onları evimizə buraxdıq, lakin
onlar güzaranlarının pis olduğunu bildirib, müəyyən vaxt
evdə qalmağı xahiş edirlər. Bir müddət keçəndən sonra
onlar azğınlaşaraq, bizdən öz evimizi tərk etməyi tələb edir
və buna görə də nəinki zor tətbiq edir, hətta fiziki cəhətcə
məhv etməyə başlayırlar. Sən də ailənin müəyyən üzvləri-
nin sağ qalması naminə öz evini tərk etmək məcburiyyətin-
də qalırsan.
Bu təsiredici faktlardan dəhşətə gələn rus qonağının
vəziyyəti dəyişdi və onun demək olar ki, danışmağa halı
qalmadı. Vəziyyəti belə görən ev yiyəsi bir qədər həyətdə
334
gəzişməyi təklif etdi. Lakin vaxtın məhdudluğunu görən
Kamil “Şəhidlər Xiyabanı”na getməyi məsləhət bildi.
XII fəsil. Şəhidlərin uyuduğu məzarlar
“Şəhidlər Xiyabanı”na getmək üçün minik maşını olsa
da, Sergey həmin yerə ictimai nəqliyyatın vasitəsilə getmə-
yi xahiş etdi. O, camaatın içərisində olmaq istəyirdi ki,
yaxından onların şəhər və məişətdəki mədəniyyətinə bələd
olsun.
İlqar axşam işə çıxması ilə əlaqədar onlardan uzaqlaşdı.
Kamil ağır çəkili olduğundan Füzulinin maşını ilə deyilən
yerə yollandı. Qalanları isə avtobus və ya metrodan istifadə
etməli və “Şəhidlər Xiyabanı”nın girişində Füzuligil ilə
görüşməli idilər.
Hər şeyə diqqətlə fikir verən tarixçi pedaqoq avtobusa
minən kimi gördü ki, özündən bir neçə yaş kiçik olan
şəxslər, oturduqları yerdən durub ona yer verirlər. Bundan
əlavə sərnişinlər ədəb-ərkanla geyinmiş və qabiliyyətlə
dayanıb heç kimə mane olmadan hərdənbir bir-birilərilə
söhbət edirlər. Həmin hal ilə o, metroda da rastlaşdı.
Dostları ilə paylaş: |