  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə88/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   84   85   86   87   88   89   90   91   ...   113

                                                     

 

  



                                                                            

                                                    

331 

-  Biz  uzun  müddət  bir  ölkənin  tərkibində  yaşamışıq  və 



ağlıma belə gətirməzdim ki, haçansa bir yerdə yaşayan iki 

millət  arasında  bu  cür  ifrat  düşmənçilik  yarana  bilər.  Axı, 

ermənilər Rusiyanın şəhərlərinə doluşaraq hər yerdə bəyan 

edirlər  ki,  Qarabağda  müharibə  başlanan  kimi  sizin  millət 

mütəmadi  olaraq  onları  fiziki  cəhətcə  məhv  etməyə 

başlayıblar.  Sumqayıt  və  Bakı  hadisələrini  əllərində  şüar 

tutaraq özlərini zərərçəkmiş millət kimi təqdim edirlər.  

- Sergey Vladimiroviç, artıq sübuta yetirilibdir ki, bütün 

bunların  ssenarisi  Moskvada  DTK  tərəfindən  yazılmış  və 

adlarını çəkdiyiniz  şəhərlərdə ermənilərin özləri tərəfindən 

icra  edilibdir.  –  deyə  Füzuli  müfəssəl  şəkildə  dilləndi.  - 

Hazırda  həm  Bakıda,  həm  də  Sumqayıtda  on  minlərlə 

erməni yaşayır ki, mövcud durumda heç kim onları nəinki 

fiziki  cəhətcə  məhv  etmir,  hətta  onların  xətirlərinə  belə 

dəymirlər. Amma nəinki Ermənistanda, hətta yuridik olaraq 

bizim  ölkənin  ərazisi  olan  Qarabağda  bir  nəfər  də  olsun 

azərbaycanlı yoxdur. 

-  Bu  haqda  mən  məlumatlıyam,  -  deyə  Sergey  dostu 

Abramla Pyatiqorskidə olan görüşü yadına saldı və erməni-

lərin bəyan etdikləri yalanlara görə öz nifrətini gizlətmədi. 

–  həmin  ərazilərdə  olanda  isə  sakinlər  arasında  nəinki 

azərbaycanlı,  hətta  başqa  millətin  də  nümayəndələrini 

görmədim. 



                                                     

 

  



                                                                            

                                                    

332 

-  Bundan  sonra  onlarla  heç  bir  millət  çiyin-çiyinə 



mehribancasına  yaşaya  bilməz.  –  deyə  Heydər  boş  olan 

armudu  stəkanları  çayla  dolurub  üzrxahlıqla  dilləndi.  – 

Ermənilər  yaşadıqları  ərazidə  mono  dövlət  yaradaraq,  indi 

də  qonşuların  torpaqlarını  zəbt  edirlər.  Hələbir  başqa 

ölkələrə  car  çəkirlər  ki,  blokadada  olduqlarına  görə  onlara 

yardım  versinlər.  Bir  sözlə,  erməni  siyasətçiləri  qonşularla 

düşmənçilik  siyasəti  yürüdürlər,  diplomatları  isə  böyük 

ölkələrin qapılarına gedib orada dilənçiliklə məşğuldurlar.   

-  İnanmıram  ki,  daim  başqalarından  yardım  istəyən  bir 

hökümət  Qarabağ  üçün  bir  gün  ağlasın.  –  deyə  Sergey 

ümidsiz  halda  dilləndi.  –  Üç-dörd  il  də  keçsə,  nəinki 

Qarabağda, hətta Ermənistanda da əhali qalmayacaq. Orada 

vəziyyət mən təsəvvür etdiyimdən də ağırdır. 

- İanələrlə yaşayan dövlətin bünövrəsi çürük olur. – deyə 

dodaqlarında  istehza  təbəssümü  yaranan  Kamil  ritorik 

tərzdə dilləndi. – Artıq onların heç bir həya-abırı qalmayıb-

dır. Ondan əvvəlki və indiki hökümətin işi yalnız qonşular-

la  ədavət  aparmaq,  xəstə  təxəyyüllərlə  yaşamaqdan  ibarət-

dir.  Onlar  iqtisadiyyatın  dirçəldilməsi  barəsində  yox,  elə 

Füzulinin  dediyi  kimi  yalnız  beynəlxalq  təşkilatların  və 

hökümətlərin qapısında dilənçilik etməklə məşğuldur. Belə 

bir siyasət kimə lazımdır?  




                                                     

 

  



                                                                            

                                                    

333 

-  Hörmətli  dostlar,  qonşu-qonşu  ilə  gərək  mehriban 



yaşamalı  və  əlbəttə  ki,  bir-birilərinə  xoş  münasibət  bəslə-

məlidir.  –  deyə  rus  qonağı  fəhmsizliklə  dilləndi.  -  Məndə 

olan  məlumata  görə  sizin  hökümət  erməniləri  bütün 

kommunikasiya xəttlərindən məhrum edərək, onları bloka-

da  şəraitində  saxlayır.  Qonşu  ilə  düşmən  münasibətdə 

yaşamaq, yalnız acı fəsadlara gətirib çıxaracaq. 

Kim  ağlına  gətirə  bilərdi  ki,  pənah  gətirənlərin 



iştaahasından daha şirin tikələr keçir. – deyə qalın qaşlarını 

gözlərinin  üstündə  sıxan  yaşlı  veteran  təmkinlə  dilləndi.  - 

Bunu sadə şəkildə izah etməyə çalışacağam. Təsəvvür edin, 

bir gün kimsə sizin qapınızı döyür və gecələmək üçün sizə 

yalvarır.  Biz  həmin  vaxt  onları  evimizə  buraxdıq,  lakin 

onlar  güzaranlarının  pis  olduğunu  bildirib,  müəyyən  vaxt 

evdə  qalmağı  xahiş  edirlər.  Bir  müddət  keçəndən  sonra 

onlar azğınlaşaraq, bizdən öz evimizi tərk etməyi tələb edir 

və  buna  görə  də  nəinki  zor  tətbiq  edir,  hətta  fiziki  cəhətcə 

məhv  etməyə  başlayırlar.  Sən  də  ailənin  müəyyən  üzvləri-

nin sağ qalması naminə öz evini tərk etmək məcburiyyətin-

də qalırsan. 

 

Bu  təsiredici  faktlardan  dəhşətə  gələn  rus  qonağının 



vəziyyəti  dəyişdi  və  onun  demək  olar  ki,  danışmağa  halı 

qalmadı.  Vəziyyəti  belə  görən  ev  yiyəsi  bir  qədər  həyətdə 




                                                     

 

  



                                                                            

                                                    

334 

gəzişməyi  təklif  etdi.  Lakin  vaxtın  məhdudluğunu  görən 



Kamil “Şəhidlər Xiyabanı”na getməyi məsləhət bildi.  

 

 



 

 

          



XII fəsil. Şəhidlərin uyuduğu məzarlar 

 

 



“Şəhidlər Xiyabanı”na getmək üçün minik maşını olsa 

da, Sergey həmin yerə ictimai nəqliyyatın vasitəsilə getmə-

yi  xahiş  etdi.  O,  camaatın  içərisində  olmaq  istəyirdi  ki, 

yaxından onların şəhər  və məişətdəki  mədəniyyətinə bələd 

olsun.  

İlqar axşam işə çıxması ilə əlaqədar onlardan uzaqlaşdı. 

Kamil  ağır  çəkili  olduğundan  Füzulinin  maşını  ilə  deyilən 

yerə yollandı. Qalanları isə avtobus və ya metrodan istifadə 

etməli  və  “Şəhidlər  Xiyabanı”nın  girişində  Füzuligil  ilə 

görüşməli idilər.  

Hər  şeyə  diqqətlə  fikir  verən  tarixçi  pedaqoq  avtobusa 

minən  kimi  gördü  ki,  özündən  bir  neçə  yaş  kiçik  olan 

şəxslər, oturduqları  yerdən durub ona  yer verirlər. Bundan 

əlavə  sərnişinlər  ədəb-ərkanla  geyinmiş  və  qabiliyyətlə 

dayanıb  heç  kimə  mane  olmadan  hərdənbir  bir-birilərilə 

söhbət edirlər. Həmin hal ilə o, metroda da rastlaşdı.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə