  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə84/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   80   81   82   83   84   85   86   87   ...   113

                                                     

 

  



                                                                            

                                                    

315 

- Mən belə başa düşdüm ki, sən qəti şəkildə Bakını tərk 



edib,  Ermənistanda  yaşamaq  istəmirsən.  –  deyə  Sergey 

dərindən köksünü ötürərək, hərarətlə dilləndi. – Halbuki bir 

çox ermənilər azərbaycanlıları barbar kimi qələmə verərək, 

onları dünya ictimaiyyətinin gözündən salmaq istəyirlər. 

- Mənim subyektiv fikrim belədir, - deyə bir çox şeyləri 

öz beynində götür-qoy edən Klara səmimiyyətlə dilləndi. - 

Ermənistan ermənilərin vətəni olsa belə, iki ölkəni müqayi-

sə  etsək,  bizim  millətin  nümayəndələri  yalnız  Azərbay-

canda özlərini xoşbəxt hiss edirlər. 

Heyrətini gizlətməyən Sergey heyrət içərisində Klaranın 

əlini sıxıb, onu əsl realist adlandırdı. 

Qonaqlar  Nazimgildən  ayrılandan  sonra  Sergey  fikir 

içərisində  idi.  Hər  şeyə  optimistcəsinə  yanaşan  ziyalı 

gördüklərinə inana bilmirdi ki, bütün bunlar həqiqətdə baş 

verir?  Onu  yalnız  bircə  şey  maraqlandırırdı,  görəsən 

ermənilər tərəfindən torpaqları zəbt edilən, ev-eşiklərindən 

qovulan,  əzizləri  öldürülən,  yaraları  hələ  də  sağalmayan, 

qaçqınlıq həyatı yaşayan insanlar necə olur ki, Bakıda olan 

ermənilərə nifrət bəsləyib, onlardan qisas almırlar?  

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

316 

               



X fəsil. Yəhudi biznesmeni rus  

           qonağına həqiqəti aşılamağa çalışır 

 

 



Abram evinə gələndə orada heç kim yox idi. Məhz buna 

görə  də  o,  özü  vaxt  itirmədən  soyuq  ərazqlardan  yemək 

hazırlayıb  masanın  üstünü  bəzədi.  Sergey  təkidlə  bildirdi 

ki, o, bura çay içmək üçün gəldiyindən yemək yeməyəcək. 

Qonaqlar  masa  arxasında  söhbət  edə-edə  hisə  qoyulmuş 

kolbasa, duzlu balıq, salat yeməyə və araq içməyə başladı-

lar.  Süfrə  arxasında  olanların  demək  olar  ki,  hamısı  Hey-

dərlə  Vahiddən  başqa,  spirtli  içki  qəbul  edirdilər.  Onların 

arasında  yalnız  Sergey  sakitcə  əyləşib  nə  haqdasa 

fikirləşirdi. Abram o dəqiqə başa düşdü ki, tarixçi pedaqoq 

qaçqınların  məskunlaşdığı  yataqxanada  gördüyü  səhnələr-

dən  bir  qədər  məyus  olubdur,  elə  buna  görə  də  o,  dostunu 

düşdüyü xəyallardan ayırmadı.  

Bir  neçə  dəqiqə  keçəndən  sonra  Sergey  bağa  baxmaq 

üçün  çölə  çıxdı.  Dostunu  darıxmağa  qoymayan  ev  sahibi 

onu müşayət etməyə qərara aldı. Abram söz almaq üçün nə 

baş  verdiyinin  qonaqdan  soruşdu.  O,  əvəzində  xəyallara 

dalmış kimi dedi:  

-  Bu  məmləkətdə  hər  şey  mən  təsəvvür  etdiyim  kimi 

deyil.  Yerli  əhali  əvvəlki  illərə  nisbətən  daha  mehriban, 

istiqanlı  və  daha  da  qonaqpərvərdir.  Sanki  bu  millət 



                                                     

 

  



                                                                            

                                                    

317 

ermənilərlə müharibə etməmiş və müharibə zamanı ağır itki 



ilə  üzləşməyibdir.  Onlar  da  elə  bizim  millət  kimi  kin-

küdurət saxlamır və hər şeyi zamanın ixtiyarına buraxırlar. 

-  Sən  lap  psixoloqlar  kimi  danışırsan.  Nəyə  görə  belə 

fikirləşirsən? 

-  Klaranın  qardaşı  Eduard  Sankt-Peterburqda  yaşasa 

belə, daim azərbaycanlıları lənətləməklə məşğuldur və əmi-

nəm  ki,  ona  ixtiyar  versələr,  yaxınlıqda  yaşayan  hər  bir 

azərbaycanlını xüsusi qəddarlıqla məhv edər. Burada ermə-

ni əsirliyində olan yerli əhali baxmayaraq ki, onlar tərəfdən 

ağır  işgəncələrə  məruz  qalıblar,  lakin  həmin  xəsarət  alan 

adamlar  onların  ardınca  lənətlər  yağdırmırlar.  Elə  yerli 

əhalinin Klara ilə olan münasibəti, onların  yüksək tolerant-

lığından  xəbər  verir.  Belə  bir  millət  ilə  necə  düşmənçilk 

aparmaq olar?  

-  Dostum  Sergey,  elə  mən  də  bütün  bu  amilləri  nəzərə 

alıb, gəlib burada məskunlaşmışam. Azərbaycanlılar pisliyi 

tez unudan bir millətdir.  

-  Məni,  hazırda  başqa  bir  şey  düşündürür,  –  deyə  peda-

qoq  fikirli  halda  dilləndi.  –  Eduard,  elə  Robert  də  evləri 

ola-ola Rusiyada hamıya car çəkirlər ki, onların evi yoxdur 

və  ağır  qaçqınlıq  həyatına  məhkum  olunublar.  Halbuki 

Robertin  Pyatiqorskidə  elə  bir  böyük  evi  var  ki,  orada 




                                                     

 

  



                                                                            

                                                    

318 

nəinki  özü,  hətta  Eduard  da  ailəsi  birlikdə  yaşaya  bilər. 



Anlamıram, nəyə görə onlar özlərini qaçqın adlandırırlar? 

-  Yaxşıdır  ki,  indi  sən  kimin  qaçqın  olduğunu  öz  göz-

lərinlə gördün. – deyə Abram ciddi halda dilləndi. – Robert 

kurort  şəhərində  böyük  bir  evdə  yaşamaqla,  özünü  qaçqın 

adlandırması,  bu  artıq  həyasızlığın  son  həddi  deməkdir. 

Belə  bir  adamlarla  nəinki  dostluq  etmək,  hətta  ünsiyyət  də 

qurmaq qəbahət sayılır. 

-  İş  ondadır  ki,  mən  bir  neçə  ildir  Nizamini  tanıyıram. 

Lakin  o,  indiyə  kimi  bir  dəfə  də  olsun,  qaçqın  olduğunu 

dilə gətirməyibdir.  

-  Amma  Eduard  dəfələrlə  qaçqın  olduğunu  və  bacısının 

guya  Bakıda  girov  saxlanıldığını  bütün  aləmə  yayır.  – 

Abram istehza ilə dilləndi. - Yaxşıdır ki, sən özün Klaranın 

necə  girov  saxlanıldığının  şahidi  oldun.  Əziz  dostum,  belə 

bir  iyrənc  üsuldan  demək  olar  ki,  hər  bir  millətçi,  şovinist 

erməni istifadə edir. 

-  Maraqlıdır,  bəs  nəyə  görə  ermənilər  onlara  qarşı  belə 

bir  ifrat  dərəcədə  düşmənçilik  bəsləyirlər?  –  deyə  Sergey 

dostuna  sualedici  nəzər  saldı.  –  Məndən  olsa,  Klaranın 

buradakı həyatını videoya çəkib, aparıb nəinki  Eduarda və 

ailəsinə, hətta Sankt-Peterburqda yaşayan bütün ermənilərə 

göstərərdim ki, xəcalətlərindən yerə girsinlər.    




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə