  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə85/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   81   82   83   84   85   86   87   88   ...   113

                                                     

 

  



                                                                            

                                                    

319 

Diskussiyanın  xoş  məcrada  getdiyini  görən  Abram,  çay 



dəstgahı  zamanı  söhbəti  davam  etdirmək  qərarına  gəldi. 

Lakin belə bir söhbətdən məyusluğunu gizlətməyən Sergey 

bir daha həmin mövzuya qayıtmamağı məsləhət bildi.  

Onlar  otağa  qayıdan  zaman  Abram  çay  dəstgahını  öz 

kabinetində təşkil etdirdi. Bu işdə İlqar ona yardımçı oldu. 

Bir  az  neçə  keçədən  sonra  ürəyi  ilə  bacarmayan  Sergey 

bir  tarixçi  kimi  yenə  də  həmin  mövzuya  qayıtdı.  Füzuli 

müharibə veterenları arasında həm  yaşlı, həm  də müəyyən 

sirrlərə  malik  olduğundan  rus  qonağı  əsasən,  Qarabağda 

yaranmış  müharibə  ilə  bağlı  onunla  dialoq  aparırdı.  İnsan-

ları tanımaqda çətinlik çəkməyən veteran fikir verdi ki, Ser-

gey  Qarabağla  bağlı  olan  sualları  elə-belə  vermir.  Mövzu 

rus  qonağını  həddindən  artıq  maraqlandırdığından  o,  bu-

nunla  əlaqədar  daha  dürüst  məlumatlar  almaq  arzusunday-

dı. Abram onu sənədli faktlarla tanış etmək fikrinə düşdü. 

Onun  kabineti  alim  kabinetindən  fərqlənmirdi.  Otağın 

iki  üzbəüz  divarında  cürbəcür  ədəbiyyatlarla  zəngin  olan 

böyük kitab rəfləri yerləşirdi. Onun masa arxasında yerləş-

diyi  kreslo  pəncərə  ağzında  idi  və  pəncərədən  sol  tərəfdə 

İkinci  Dünya  müharibəsində  biznesmen  kimi  fəaliyyət 

göstərmiş,  alman  millətindən  olan  Otto  Şindlerin  portreti, 

sağ tərəfdə isə hələ XX əsrin əvvəlində çar Rusiyası zamanı 

Cənubi Qafqazın konturları çəkilmiş xəritəsi asılmışdı.  



                                                     

 

  



                                                                            

                                                    

320 

Sergey Vahidlə yanyanaşı, Füzuli ilə Kamildən sol tərəf-



də  Abramla  üzbəüz  əyləşib,  masanın  üstündə  olan  erməni 

vəhşiliklərindən  bəhs  edən  elmi  ədəbiyyatları  nəzərdən 

keçirməyə  başladı.  Əvəz  yəhudi  biznesmenin  yanında 

oturub, stəkanları çayla doldurdu.  

Sergey  bir  tarixçi  kimi  dəqiq  bilirdi  ki,  çar  Rusiyası  ilə 

İran  arasında  gedən  müharibələr  nəticəsində  bağlanan 

1813-cü  il  12-i  oktyabr  tarixli  Gülüstan  və  1828-ci  il  10-u 

fevral  tarixli  Türkmənçay  müqavilələri  nəticəsində  Cənubi 

Qafqaz,  indiki  Şimali  Azərbaycanla  birlikdə  tamamilə 

Rusiyanın əlinə keçmişdi. 

Bu  məqamda  o,  Qafqazşünas-alim  P.  İ.  Şavrovun  yazı-

larını  nəzərdən  keçirirdi. 

Rus  çarizminin  Cənubi  Qafqazı 

xristianlaşdırmaq  siyasəti  əks  olunan    «Güney  Qafqazda 



rus  işinin  yeni  təhlükəsi»  adlı  kitabında  o,  yazırdı:  «Biz 

Güney  Qafqazda  müstəmləkəçilik  fəaliyyətimizi  oraya 

rusları köçürməklə deyil, başqa dindən olanları köçürməklə 

başladıq…  1826-1828-ci  illərdə  iki  il  davam  etmiş  müha-

ribə  qurtardıqdan  sonra  1828-1830-cu  illərə  kimi  Güney 

Qafqaza  İrandan  40  mindən  yuxarı,  Türkiyədən  isə  84600 

nəfər  köçürdük  və  onları  Yelizavetpol  (Gəncə)  və  İrəvan 

quberniyalarının erməni əhalisinin çox cüzi olduğu ən yaxşı 

dövlət torpaqlarında yerləşdirdik». 

 



                                                     

 

  



                                                                            

                                                    

321 

P.  İ.  Şavrovun  yazdığından  Sergey  öyrənir  ki,  gəlmə 



ermənilər  keçmiş  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisi 

ilə yanaşı həm də Yelizavetpol quberniyasında Qarabağ və 

Zəngəzurun dağlıq bölgəsində və Göyçə gölünün sahillərin-

dəki səfalı yaylaqlarda yerləşdirilmişlər. Rəsmi köçürülmüş 

124 min nəfər erməni ilə yanaşı 10 minlərlə erməni ailələri 

də qeyri-rəsmi surətdə Cənubi Qafqaza axışmışlar. O, qeyd 

edirdi ki, «XX əsrin əvvəllərində Güney Qafqazda yaşayan 

1  milyon  300  min  erməninin  1  milyondan  çoxu  yerli  əhali 

olmayıb  Rusiya  hakimiyyət  orqanları  tərəfindən  buraya 

köçürülənlərdi».

 

Qonaq  öz  aləminə  qapansa  da  Vahid  onun  fikirini 



yayındırmaq  istəmirdi,  lakin  son  məqamda  o,  özünü  sax-

laya bilməyib, bir ziyalı kimi ürək ağrısı ilə, masanın üstün-

də olan tarixçi-alim Veliçkonun ərsəyə gətirdiyi  “Qafqaz” 

əsərini  həmkarının  qarşısına  qoyub,  keçmişdə  baş  verən 

tarixi hadisələri xatırlamağa başladı: 

 

-  Əziz  qonaq,  ermənilər  böyük  torpaqların  onlara  pay 



verildiyini  görüb  sərsəm  “Böyük  Ermənistan”  ideyasını 

ortaya atırlar. «Hnçak» («Zəng») və «Daşnaksütyun» («İtti-

faq»)  partiyaların  XIX  əsrin  axırlarından  başlayaraq  başqa 

millətlərə,  xüsusilə  türk  soyundan  olan  millətlərə  qarşı 

törətdikləri qanlı cinayətlər öz coğrafi əhatəsinə və qəddar-



                                                     

 

  



                                                                            

                                                    

322 

lıq  dərəcələrinə  görə  tarixdə  bu  qəbildən  olan  hadisələr 



sırasında xüsusi yer tutur. 

 

-  Bu  haqda  qismən  də  olsa  mənim  məlumatım  var.  – 



deyə  tarixçi  pedaqoq  qarşısında  olan  “Qafqaz”  əsərinin 

səhifələrini  vərəqləyə-vərəqləyə  səbirsizliklə  dilləndi.  – 

Maraqlıdır,  nəyə  görə  onlar  bu  dərəcədə  özlərini  barbar 

şəkildə  nümayiş  etdirir,  başqa  ölkələrdə  isə  boyun  əyərək 

özlərini  yazıq  kimi  göstərməyə  başladılar?  Heç  pənah 

gətirdikləri  ölkənin  daxilində  də  ərazi  iddiaları  qaldırmaq 

olar? Doğrudan da onlar bu dərəcədə həyasızdırlar?

 

-  Ermənilər  ilk  dəfə  bura  gələndə  başladılar  türklərin, 



iranlıların vəhşiliyindən dəm vurmağa. – Kamil narahatlıqla 

dilləndi. - Bizim millət də onları ev-eşik, məişət avadanlığı, 

ərzaqla  təmin  etdi.  Sən  demə  ermənilər  əvvəlki  ərazilərdə 

soyğunçuluq,  quldurluq,  qaçaqçılıq  etdiklərinə,  Birinci 

Dünya müharibəsi zamanı isə Şərqi Anadoluda on minlərə 

mülkü  türk  vətəndaşlarını  qətlə  yetirdklərinə  görə  köklü 

millətlərin qınağı ilə üzləşmiş və  məhz buna görə də onlar 

həmin  yerlərdən  qovulmağa  başlamışdılar.  Sonra  isə 

ermənilər həmin cinayətləri bizim üzərimizdə tətbiq etdilər. 

 

Sergey  Vladimiroviç,  bizim  başımıza  gətirilən  müsibət 



bu  cürdür.  Ürəyiyumşaqlıq,  unutqanlıq,  sadəlövlük  daim 

bizim  başımıza  bəlalar  gətiribdir.  Biz  isə  bunların  heç 

birisindən nəticə çıxarmaq istəmirik.  



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə