  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə92/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   88   89   90   91   92   93   94   95   ...   113

                                                     

 

  



                                                                            

                                                    

347 

Əsirləri  sırayla  düzüb  sonra  təlim  keçmiş  itləri  onların 



üstünə  buraxırdılar.  İtlər  onları  parça-parça  edirdi.  Əsirləri 

döyür, ən ağır işləri gördürür, işgəncələr verirdilər. Bəziləri 

dözmür özlərini elektrik cərəyanına verərək öldürürdülər. 

Yeganə qardaşının qəhər boğduğunu görüb ürəkağrisi ilə 

dedi:   

-  Bir  dəfə  2  əsirin  ayağından  asıb,  altında  tonqal 

qaladılar. Onları diri-diri yandırdılar.  

İşgəncləri seyr etmək üçün mülki ermənilər də gəlirdilər. 

Əsirləri  erməni  evlərində  boğazlarına  ip  bağlayıb  it  yerinə 

saxlayırdılar. Harasa işlətməyə aparanda da boğazlarındakı 

ipdən tuturdular.  

Bacı  ilə  qardaşın  başlarına  gələn  ətürpədici  hadisələri 

danışması Sergeyə təsir etməyə bilməzdi. O, hələ də inana 

bilmirdi ki, bütün bu insana sığmayan qətllər və işgəncələr 

yaxın  keçmişdə,  özü  də  SSRİ-nin  tərkibində  olan  müttəfiq 

respublikaların birində baş vermişdi. 

Heydər  belə  bir  səhnələrə  öyrəşsə  də  o,  da  yenidən 

eşitdiyi ifadələrə və gördüklərinə rahat göz yuma bilmirdi. 

Onların yanına qulaqları kəsilmiş daha bir ortayaşlı qadınla 

ağsaq  vəziyyətdə  olan  gənc  oğlan  yaxınlaşdı  və  keçmiş 

döyüşçü  fürsətdən  istifadə  edərək,  əli  ilə  şikəst  oğlanı 

göstərib hüznlə dedi:  




                                                     

 

  



                                                                            

                                                    

348 

-  Sergey  Vladimiroviç,  bu  oğlan  Şövqi  Əliyevdir,  əsir-



likdə olan zaman onun üç yaşı vardı. “Həsrət Yolu” Əsir və 

Girovlara Kömək İctimai Birliyin sədri Esmira Orucovanın 

araşdırmalarına  görə,  Şövqinin  bazu  sümüyü  Xankəndində 

erməni  həkimləri  tərəfindən  çıxarılmış,  nəticədə  isə  Şövqi 

ömürlük  şikəst  qalıbdır.  –  Füzuli  ara  vermədən  qadını 

göstərərək  həmin  tərzdə  sözünə  davam  etdi.  –  İnsanlığa 

sığmayan müdhiş hadisələr zamanı isə Nəzakət Məmmədo-

vanın  15  yaşı  vardı.  Ermənilər  onun  qulaqlarını  kəsmiş-

dilər.  Balasının  dərdinə  və  əzablarına  tab  gətirməyən  ana 

bunlara  dözməyərək  dəli  olmuşdu.  Qızın  özünü  isə  sonra-

dan dörd milyon rubla ailəsinə satıblar.  

Əziz qonaq, belə çıxır ki, biz müsəlman olduğumuz üçün 

avropalı hüquq müdafiəçiləri bu cinayətlərə arxa çevirməli-

dirlər? 


-  Mən  də  anlaya  bilmirəm  ki,  Azərbaycan  ərazisində 

yerli əhaliyə qarşı soyqırım xarakterli bir cinayət törədilib-

sə, dünya birliyi nəyə görə susmağa üstünlük verir? – deyə 

özünü halsız hiss edən qonaq çaşqınlıqla dilləndi. 

Bir  neçə  dəqiqə  ərzində  qonağın  yanına  daha  bir  neçə 

şikəst  adam  gəlib  onu  salamladılar.  Gələnlərin  bəzilərinin 

ayaq,  əl  barmaqları,  biləyi  kəsilmiş,  bəzilərinin  sinəsinə, 

kürəyinə,  alnına  xaç  damğası  vurulmuş,  bəzilərinin  isə  bir 

gözü  çıxarılmış,  burnu  və  ya  qulağı  kəsilmiş,  avtomat 



                                                     

 

  



                                                                            

                                                    

349 

qundağı  ilə  endirilən  zərbələrdən  sifət  quruluşu  deforma-



siyaya  uğramışdı.  Onlar  da  dərdlərini  rus  qonağı  ilə 

bölüşmək fikirində idilər.  

Sergey  hamısını  da  olmasa,  lakin  onların  bir  çoxlarını 

dinləməli oldu və mənəvi cəhətcə sarsılaraq özünü pis hiss 

etməyə başladı. Rus pedaqoqunun halı pisləşən zaman onun 

yanına yenə də bir neçə qaçqın gəldi. Dəhşətdən pedaqoqun 

az qala ürəyi dayanacaqdı. 

Bütün  eşitdikləri  tarixçi  pedaqoq  üçün  dəhşətli  yuxu 

kimi görünürdü. Ona elə gəldi ki, sadəcə laraq adamlar ərz 

etdikləri  hadisələrin  tarixini  səhv  salırlar  –  yəni,  həmin 

dəhşətli  hadisələr  indi  yox,  qırx  il  bundan  əvvəl  alman 

nasistləri tərəfindən törədilibdir.  

Saat  yarımlıq  dinləmələrdən  sonra  Bakıdan  gələnlər 

gəldikləri  istiqamətdə  geri  qayıtmağı  qərara  aldılar.  Çadır 

şəhərciyindəki  görüntülər  Sergeyi  həddindən  artıq  sarsıt-

dığından  o,  demək  olar  ki,  dinib-danışmırdı.  Lakin  buna 

baxmayaraq o, daxilində nəsə götür-qoy edərək, Qarabağda 

baş  verən  dəhşətli  hadisələrin  məğzini  anlamağa  çalışırdı. 

Maşının  istiqaməti  Yevlax  rayonuna  tuşlananda  tarixçi 

pedaqoq dil açıb danışmağa qərar verdi. O, qabaqda əyləş-

diyindən başını sol tərəfə yanakı çevirib həqarətlə dedi: 

Hələ  də  anlaya  bilmirəm  ki,  müasir  informasiya 



texnologiyasının  inkişaf  etdiyi  bir  dövrdə,  Haaqa  hərbi 


                                                     

 

  



                                                                            

                                                    

350 

tribunalının  fəaliyyəti  zamanı  belə  bir  cinayətlər  necə  baş 



verə  bilər  və  bütün  bulara  necə  reaksiya  verməmək  olar? 

Axı, 1946-cı ildəki Nürnberq prosesi göstərdi ki, insanlığa 

qarşı  kim  cinayət  törədibsə,  həmin  kəs  mütləq  şəkildə  öz 

cəzasına,  o  cümlədən  edam  olunacaq.  Bildiyimiz  kimi 

həmin prosesdə böyük hegemon dövlət sayılan faşist Alma-

niyasının  siyasi  və  hərbi  rəhbərliyi  ən  layiqli  cəzalarını 

almışdılar.  

Keçmiş  Yuqoslaviyanın  ərazisində  baş  verən  soyqırıma 

görə Miloşeviç, Qaraciç və ölkənin bir çox siyasi və dövlət 

xadimləri  Haaqa  hərbi  tribunalının  hökmü  ilə  məsulyyətə 

cəlb olundular. 

Məgər, Ermənistan rəhbərliyi bütün bunları unudubdur? 

Mənə  bəlli  oldu  ki,  vaxtilə  İrandan  və  Türkiyədən  qaçan 

ermənilər  gəlib  Azərbaycanda  məskunlaşıblar,  onlar  isə 

özlərini belə bir barbar şəkildə aparırlar. 

Heydər o dəqiqə tarixçi pedaqoqun  nə istədiyini anladı. 

Sergey ifadəsini tamamlayan kimi o, ürək ağrısı ilə dedi:  

-  Sergey  Vladimiroviç,  əlləri  minlərlə  dinc  insanın 

qanına  bulaşmış  goreşən  Köçəryan,  Sərkisyan,  Balayan  və 

digər qatillər isə dünyanın hansı ölkəsinə istəyirlər, ora da 

gedirlər. 

Ermənilər bu torpağa qədəm qoyduqdan bəri bizimkilərə 

yalnız düşmən gözü ilə baxmış və bir qədər keçəndən sonra 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə