  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə89/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   85   86   87   88   89   90   91   92   ...   113

                                                     

 

  



                                                                            

                                                    

335 

Heyranlığını  gizlədə  bilməyən  pedaqoq  “İçərişəhər” 



metrostansiyasından çıxan kimi Abrama dedi:  

-  Buradakı  sakinlərin  mədəniyyətinə,  ədəb-ərkanına, 

əxalqına,  tərbiyəsinə  mən  həsəd  aparıram.  Nəqliyyatdakı 

mədəniyyətə isə demək olar ki, dünyanın heç bir ölkəsində 

rast  gəlməmişəm.  Yaşda  kiçik  olanlar  böyüklərə  yer  verir, 

cavan  qızla  oğlanlar  və  ər-arvad  yanbayan  dayansalar  da, 

bir-biriləri ilə nə qucaqlaşır, nə də ki, öpüşürlər. Hətta qol-

qola  gedən  cütlüklərin  sayına  nadir  hallarda  rast  gəldim. 

Ümumiyyətlə, bəzi hallar istisna olmaqla kiçiklərin böyük-

lərə olan hörməti məni valeh etdi.  

Bəs,  geyimləri?  Yerli  sakinlərin  geyimləri  çox  zövqlü-

dür,  elə  bil  hamı  kübar  ailələrinin  nümayəndələridir. 

İnsanda  ikrah  hissi  doğuran  açıq-saçıqlıqdan  heç  bir  əsər-

əlamət yoxdur. 

-  Sergey  Vladimiroviç,  bütün  bunlar  yüz  illər  bundan 

əvvəl  ailələrdə  cilalanan  ənənələrdir  ki,  indiyənə  kimi  hə-

min  ənənələr  nəsillərdən-nəsillərə  ötrülür.  –  deyə  qonağın 

belə  incəliklərə  diqqət  yetirməsindən  həvəslənən  Heydər, 

Abramı  qabaqlayaraq  ehtiramla  dilləndi.  –  Hələ  əvvəlki 

illərə  nisbətən,  indi  həmin  ənənədən  yan  keçməyə  hazır 

olan cavanlar var ki, onlar öz əməlləri ilə cəmiyyət arasında 

yalnız  nifrət  qazanırlar.  Bütün  bu  neqativ  halların  yaran-

masında isə televiziya kanalları müstəsna rol oynayır. 



                                                     

 

  



                                                                            

                                                    

336 

-  Lakin  buna  baxmayaraq,  belə  bir  münasibətə  və 



bənzərsiz  mədəniyyətə  görə,  sizin  millət  yalnız  tərif 

mükafatına layiqdir. – Sergey heyranlıqla dilləndi. – İnsan-

lar arasında belə bir isti münasibət olanda, həyətin özü hər 

bir  kəs  üçün  ev  kimi  görünür.  Yenə  də  təsəvvür  etmək 

çətindir, belə bir istiqanlıq sizin millətdə necə yoğrulubdur? 

-  Fikir  verdin,  biz  azərbaycanlılara  oxşamasaq  da,  yerli 

camaat bizə heç gözucu da nəzər salmırdılar. – deyə Abram 

öz fikrini bildirdi. – baxanların isə üzündə yalnız təbəssüm 

sezilirdi. 

-  Mən  belə  şeyləri  nəzərdən  qaçırmıram.  –  deyə  Sergey 

həvəslə dilləndi və ətrafdakı camaatı nəzərdən keçirə-keçirə 

həmin  tərzdə  sözünə  davam  etdi.  –  Həqiqətən  də  mən 

azərbaycanlıların mehribançılığına həsəd aparıram.    

Beləliklə,  onlar  Fünikulyora  tərəf  gedib,  oradan  yuxarı 

qalxdılar.  Ətrafdakı  mənzərəni  və  cürbəcür  arxitekturalı 

tikililəri  diqqətlə  nəzərdən  keçirən  tarixçi  pedaqoq,  sanki 

bütün gördüyü hər bir xırda detala vurulurdu. Heyranlığını 

gizlədə bilməyən qonaq başını bəh-bəhlə tərpədərək fəhmlə 

dedi:  

-  Mən  əvvəl  Bakıda  olsam  da,  yadımda  yalnız  “Gülüs-



tan” sarayı qalıbdır. Qalan tikililər isə demək olar ki, yeni-

dən  yaranıbdır  və  gözəlliyinə  görə  heç  də  “Gülüstan” 

sarayından geri qalmırlar.  



                                                     

 

  



                                                                            

                                                    

337 

-  Hələ  bu  harasıdır,  -  deyə  qonağın  xoşhal  olmasından 



məmnun  olan  Vahid  canfəşanlıqla  dilləndi.  -  yuxarıda  bir-

birindən  gözəl  olan  modern  tipli  binalar  var  ki,  onların 

hamısı şəhərindən simasına xüsusi gözəllik verirlər.  

-  Həqiqətən  də  Bakı  postsovet  şəhərləri  arasında 

astronomik sürətlə inkişaf etmiş yaşayış məskənidir. – deyə 

Sergey təqdiredici tərzdə dilləndi.  

Onlar söhbət edə-edə gəlib xatirə kompleksinin ərazisinə 

daxil  oldular.  Füzuligil  ictimai  nəqliyyatla  gələnləri  elə 

məscidin yanında qarşıladılar. 

Mərmər  plitələrlə  və  baş  daşıları  ilə  əhatə  olunmuş 

ziyarətgah  sakitliyə  qərq  olmuşdu.  Burada  xeyli  sayda 

insan  olsa  da,  demək  olar  ki,  onların  heç  birisi  dinib-

danışmırdı.   

Füzuli  xarakter  etibarilə  millətçi  deyildi,  amma  vətən-

pərvər  bir  döyüşçü  kimi,  yaşlı  olmasına  baxmayaraq 

müharibə  yenidən  başlansa  o,  digər  silahdaşları  kimi 

növbəti  dəfə  öz  ölkəsinin  müstəqilliyi  uğrunda  canından 

keçməyə  hazır  idi.  Ona  görə  də  o,  ayda  ən  azı  iki  dəfə 



“Şəhidlər  Xiyabanı”na  gedib,  orada  Azərbaycanın  azad-

lığı və ərazi bütövlüyü uğrunda şəhid olanların, o cümlədən 

silahdaşlarının əziz xatirəsini yad edirdi. Vahid isə ayrılmaz 

bir dost kimi daim həmin missiyalarda onu müşayiət edirdi. 

Məhz  bu  səbəbdən  xarici  ölkələrdən  Füzulinin,  Kamiln  və 



                                                     

 

  



                                                                            

                                                    

338 

ya  Vahidin  evinə  kim  qonaq  gəlirdisə,  onlar  ilk  növbədə 



həmin adamı Azərbaycan xalqının başına gətirilən müsibət-

lə tanış etmək üçün mütləq “Şəhidlər Xiyabanı”na aparır-

dılar.  Hal-hazırda  belə  bir  ənənəni  bir  çox  müharibə 

veteranları da davam etdirirdilər. 

Ziyarətçilər  şəhidlərin  uyuduğu  müqəddəs  ziyarətgaha 

gəlib  “20-si  yanvar”  qurbanlarının  məzarı  üzərində  olan 

şəkillərə baxa-baxa əbədi məşələ tərəf gedirdilər. Rus alimi 

həddi-buluğa  çatmayan  Svetlananın,  İlqarın,  gözləri  tutul-

muş Yuranın və digərlərinin  məzarlarının yanından ötəndə 

dəhşətə  gəlirdi.  Axı,  həmin  qurbanlar  sovet  hərb  maşınına 

müqavimət  göstərən  inqilabçılara  oxşamır  və  onları  necə 

amansızcasına qətlə yetirmək olardı? 

Onlar  əbədi  məşəlin  yanından  ötüb  meydançanın  cənub 

kənarına çatdılar və oradan Xəzər dənizinə və Bulvar sahil 

zolağına  baxmağa  başladılar.  Bir  qədər  keçəndən  sonra 

Füzuli dərindən köksünü ötürüb ehtiramla dedi:  

-  Əziz  dost,  bu  qurbanların  əksəriyyəti  barrikadalarda 

yox, tamamilə başqa-başqa yerlərdə öldürülüblər. Meyidlər 

nəzərdən  keçiriləndə  məlum  olub  ki,  onların  tam  əksəriy-

yəti arxadan, ən azı üç-dörd güllə ilə qətlə yetiriliblər.  

- İş ondadır  ki, həmin  gün  mülkü  azərbaycanlılara qarşı 

əsl cinayət törədilmişdi. – deyə Abram hüznlə əlavə etdi. - 

Ona görə ki,  yanvarın  19-da axşam vaxtı  Bakıya  yeridilən 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə