367
- Nizami, sən dedin-demədin yadda saxla ki, həm
Avropada, həm də Rusiyada yaşayanlar yaxşı bilirlər ki,
kabab bizim milli mətbəximizin nümunəsidir və bu barədə
çoxlu kitablar da yazılıbdır.
- Əsl mütəxəssislərin iştirakı olmadan yazılan hər hansı
kitab, müəmmalı iş, ciddi ədəbiyyat sayılmır. – deyə Raisa-
nın sözlərinə ciddi əhəmiyyət vermək istəməyən Nizami
soyuqqanlıqla dilləndi. - Bunu Saşa da təsdiqləyə bilər.
Necə olsa da o, elmlər namizədinin oğludur.
- Bu barədə narahat olma, - deyə dodaqlarında acı
təbəssüm sezilən qız istehza ilə dilləndi. – həmin kitabları
əsl mütəxəssislər yazıbdır.
- Elə mütəxəssislər araşdırma aparmadan min dollara nə
istəsən yaza bilərlər. – deyə Aleksandr ağzında tikə kababı
çeynəyə-çeynəyə həvəslə dilləndi.
- Raya, yadda saxla ki, mən əqidəsini heç bir maddiyyata
dəyişməyən mütəxəssislərdən danışıram. – deyə Nizami
əlavə etdi. – Gün kimi aydındır ki, biz bu məsələdə kom-
promiss variant əldə edə bilməyəcəyik. Sonra isə bunun
üstündə bir-birimizə qarşı düşmən kimi qənim kəsiləcəyik.
Bu sözlərdən sonra erməni qızının qanı qaraldı və o,
Nizaminin hazırladığı təamdan dadmadan həmsöhbətinə
tərəf nifrətlə nəzər salmağa başladı. Onların arasında yara-
nan soyuq münasibətə əhəmiyyət verməyən Aleksandr elə
368
hey yediyi kababı tərifləyirdi. O, araqdan süzüb dalbadal
iki badə içdi və kefi saz halda İqor Lozanın ifa etdiyi
“Plot” mahnısının sədaları altında İrina ilə rəqs etmək
istədi. Qız əlindəki kababı nimçəyə qoyub məmnu-niyyətlə
həmin dəvəti qəbul etdi. Raisanın əsəbiləşdiyini görən Yeli-
zaveta, erməni qızına acıq verə-verə, nazı-qəmzə ilə Niza-
mini rəqsə dəvət etdi və oğlanla söhbət edə-edə oynamağa
başladı.
Onların arasında olan sıx əlaqələri görən Raisa paxıllığı-
nı gücbəla ilə saxlayırdı. Necə olsa da, Nizami bir neçə
dəqiqə bundan əvvəl, arada yaranan söhbət zamanı erməni
qızını susmağa vadar etmişdi.
Pərt olmağa öyrəşməyən erməni qızı elə hey fürsət axta-
rırdı ki, azərbaycanlı tələbədən qisas alsın və bu işdə elə
Aleksandrın köməyindən istifadə etməyi qərara aldı. Bunun
üçün o, bir neçə dəfə keçmiş sevgilisini içizdirərək hücuma
keçməyə hazırlaşırdı. Hamı bilirdi ki, Aleksandr keflənən-
dən sonra siyasətlə bağlı söhbətlər açaraq ürəyindəki sözləri
boşaltmadan sakitləşmirdi.
Lakin bu dəfə dekan oğlu erməni qızının dedikləri ilə
oturub-durmaq istəmirdi. Aleksandrın belə bir saymazyana
hərəkəti Raisanı daha da qıcıqlandırdı və o, belə bir özü
üçün alçaldıcı vəziyyətdə qalmaq fikirində deyildi.
369
Həmişə özünü yuxarıdan aparan, daim təkəbbürü ilə
ətrafındakı adamlarda ikrah hissi oyadan Raisa, bu dəfə
sanki tək qalmışdı və hüç kim, hətta qızlar da onunla
ünsiyyət qurmaq istəmirdilər. Hər şey bir neçə dəqiqədən
sonra Robertin gəlişi ilə dəyişdi. Evdəkilərin bir-birilərinə
olan təəccüb dolu baxışları ondan xəbər verirdi ki, heç kim
həddindən artıq özünü lovğa aparan erməni kommersantı-
nın gəlişini gözləmirdi. Robertin qeyri-adekvat hərəkətləri
onun içkili olmasından xəbər verirdi. Onun belə bir həyasız
hərəkəti ilk növbədə Yelizavetanın əsəblərinə toxundu.
Çünki qız yaxşı bilirdi ki, belə olan halda, həmin həyasız
oğlan qalmaqal yaradırdı. Buna baxmayaraq o, gəlib düz
Sergeyin qızının yanında əyləşdi və qarşısındakı badəyə
araq süzüb, bir anda həmin içkini başına çəkdi.
Robert elə görüntü yaratmağa çalışırdı ki, guya təsadüf
nəticəsində bura gəlibdir, halbuki bu gün bu evdə tədbir
keçirilməsi haqda məlumatı ona Eduard çatdırmışdı.
Raisa qohumunun gəlişini görən kimi sanki hərəkətə
gəldi və birbaşa gedib onun o biri tərəfində əyləşərək nəsə
haqda pıçıldaşmağa başladı. Halbuki hərəkətlərinə görə
qızın Robertdən xoşu gəlmirdi, lakin bu dəfə bir masa
arxasında onunla yanyanaşı əyləşərək, özündə bir təpər hiss
etdi.
370
Raisa qohumu ilə sövdələşərək sağlıq demək üçün söz
aldı. O, dedi:
- Uşaqlar, universiteti bitirmək üçün bir aydan bir qədər
çox vaxt qalıbdır. Mən, Mixail Lomonosovun, Leninin
qardaşı Aleksandr Ulyanovun, Aleksandr Blokun və başqa
görkəmli şəxsiyyətlərin təhsil aldıqları universitetə qəbul
olanda özümə söz vermişdim ki, diplom alan kimi ən əziz
adamlarımla birlikdə Şuşaya gedib, İsa bulağında həmin
diplomu yuyacayıq. Həmin tədbirdə kim iştirak etmək
istəsə, əvvəlcədən xəbər versin.
Erməni qızın belə bir həyasız bəyanatı Robertin ürəyin-
dən olsa da, həmin ifadələr acı tikan kimi azərbaycanlı
tələbənin ürəyini deşdi və o, az qala yerindən qalxıb Raisa-
nın üzərinə yeriyəcəkdi. Lakin son məqamda Yelizaveta
onu özünü ələ almağa çağırdı. Məhz bundan sonra Nizami
elə sözlə də həmin qızın cavabını verməyə qərara aldı. O,
badəsini masanın üstünə qoyub hirsindən boğula-boğula
dedi:
- Raisanın istəyini başa düşmək çətin deyil. Azərbay-
canın o qədər bir-birindən gözəl və səfalı yerləri var ki, bir
çox insanlar müəyyən tədbirlərini keçirmək üçün məhz
həmin yerlərə üz tuturlar. Şuşa isə Molla Pənah Vaqif, xan
qızı Natəvan, Qasım bəy Zakir, Üzeyir Hacıbəyli, Bül-Bül,
Polad Bül-Bül oğlu, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski,
Dostları ilə paylaş: |