  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə105/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

                                                     

 

  



                                                                            

                                                    

399 

–  Sergey  sol  tərəfdəki  kitabxananın  rəflərin  birindən  bir 



kağız  parçası  götürüb  oxumağa  başladı.  -  “Krua  l'Evene-

man” jurnalı (Paris), 25 fevral:“Ermənilər Xocalıya hücum 

etmişlər.  Bütün  dünya  eybəcər  hala  salınmış  meyidlərin 

şahidi  oldu”.  “Sandi  Tayms”  qəzeti  (London),  1  mart: 

“Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”. “Tayms” 

qəzeti (London), 4 mart: “Çoxları eybəcər hala salınmışdır, 

körpə qızın ancaq başı qalmışdır”. “İzvestiya” (Moskva), 4 

mart:  “Videokamera  qulaqları  kəsilmiş  uşaqları  göstərdi. 

Bir  qadının  sifətinin  yarısı  kəsilmişdir.  Kişilərin  skalpları 

götürülmüşdür”.  “Faynenşl  Tayms”  qəzeti  (London),  9-u 

mart: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. 

Azərbaycanlılar  1200-ə  qədər  cəsəd  saymışlar”.  “Le 

Mond”  qəzeti  (Paris),  14  mart:  “Ağdamda  olan  xarici 

jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında 

skalpları  götürülmüş,  dırnaqları  çıxardılmış  3  nəfəri  gör-

müşlər. Bu  azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”. 



“İzvestiya”  (Moskva),  13  mart:  Mayor  Leonid  Kravets: 

“Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın 

başı  yox  idi.  Hər  tərəfdə  xüsusi  qəddarlıqla  öldürülmüş 

qadın,  uşaq,  qocalar  görünürdü”.  “Valer  aktuel”  jurnalı 

(Paris),  14  mart:  “Bu  "müxtar  regionda"  erməni  silahlı 

dəstələri  Yaxın  Şərqdən  çıxmışlarla  birlikdə  müasir 

texnikaya,  o  cümlədən  vertolyotlara  malikdirlər.  ASALA-



                                                     

 

  



                                                                            

                                                    

400 

nın  Suriya  və  Livanda  hərbi  düşərgələri  və  silah  anbarları 



vardır.  Ermənilər  yüzdən  artıq  müsəlman  kəndlərində 

qırğınlar  törədərək  Qarabağdakı  azərbaycanlıları  məhv 

etmişlər”. R. Patrik, İngiltərənin "Fant men nyus" teleşir-

kətinin  jurnalisti  (hadisə  yerində  olmuşdur):  “Xocalıdakı 

vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq 

qazandırmaq olmaz”. 

- Ata, bu nə dəhşətdir? – deyə Aleksandr əlləri ilə başını 

tutaraq şok vəziyyətinə düşdü. 

-  Demək  istəyirsiniz  ki,  həmin  vəhşilikləri  bizimkilər 

törədiblər?  –  çaş-baş  qalan  Eduard  dili  topuq  vura-vura 

dilləndi. – Oxuduqlarınız türklərin informasiya təbliğatıdır. 

Bakıda  baxdığnız  videolar  sadəcə  olaraq  montajdır.  Məni 

təəccübləndirən  odur  ki,  həmin  müharibədə  qırılan  bizik, 

lakin azərbaycanlılar günahsız kimi qələmə verilir.  

- Bəlkə, əksinə demək istəyirsən, qırılan onlardır, günah-

sız göstərilən isə sizinkilərdir. Montaj hesab etdiyin video-

ları  universitetin  humanitar  fakültələrində  təhsil  alan  tələ-

bələrə təqdim edəcəm və həmin faciə ilə bağlı onların fik-

rini öyrənəcəm. Məhz ondan sonra görüm nə deyəcəksən?  

O  ki  qaldı  mənim  oxuduqlarıma  və  disklərdəki  görün-

tülərə,  mən  həmin  yazıların  hamısını  Sankt-Peterburqa 

qayıdan  kimi  yoxlamış  və  əmin  olmuşam  ki,  bütün  bunlar 

əsl həqiqətdir. 



                                                     

 

  



                                                                            

                                                    

401 

Mən biləni Raisa ilə Saşa bu mövzu ilə bağlı xeyli sayda 



məqalələr  yazmış  və  bizim  universitetdə  yaymışdılar.  Özü 

də  bu  işdə  mən  müəyyən  köməkliklər  göstərmişəm.  Onda 

belə çıxır ki, Qarabağ münaqişəsi ilə olan hadisələri Raisa 

mənə və Saşaya yanlış şəkildə nəql edibdir. 

-  Sergey  Vladimiroviç,  mən  qohumlardan  və  dost-

tanışlardan  eştdiyim  hadisələrlə  sizi  tanış  etmişəm.  –  deyə 

yalanın  üstünün  açıldığını  görən  qız,  üzü  qızara-qızara 

günahı başqalarının boynuna atmağa çalışdı.   

-  Təəssüflər  olsun  ki,  mən  bu  məsələ  ilə  bağlı  araşdır-

malarımı gec apardım. – Sergey başını bulayaraq pəncərəyə 

tərəf getdi və üzünü uzaqda ucalan Petropavlovsk məbədi-

nin  qülləsinə  tutaraq  sanki  xəyala  dalmış  bir  insan  kimi 

sözünə əlavə etdi. - Məni dəhşətə gətirən odur ki, azərbay-

canlılar  dədə-baba  toraqlarından  qovularaq  çadırlarda 

məskunlaşmağa  məcbur  olur,  ermənilər  isə  böyük  bir 

ərazini  işğal  etməsinə  baxmayaraq,  hətta  öz  yaşadıqları 

ocaqları tərk edib Rusiyaya, Fransaya, Amerikaya və digər 

dövlətlərə  üz  tutur  və  hamıya  bəyan  edirlər  ki,  onları 

müsəlmanlar qovublar.   

Xocalıda törədilən qətliamdan sonra bu cinayəti başqası-

nın boynuna atmaq Allahın özünə də xoş getməz. İnanma-

ram  ki,  azərbaycanlılar  körpə  uşaqların  başını  yarı  bölsün, 

qocaların  başının  dərisini  soysun,  qadınların  müəyyən 



                                                     

 

  



                                                                            

                                                    

402 

orqanlarını  kəssin  və  ümumiyyətlə,  ölən  adamların  cəsəd-



lərini  tanınmaz  hala  salsın.  Çünki  insana  zülm  etmək, 

balaca uşaqların və meyidlərin üzərində işgəncələr aparmaq 

onların xislətinə uyğun deyil.  

Edik, Xocalı soyqırımında iştirak etmiş soydaşlarının və 

onların  köməkçilərinin  hərəkətləri  insan  haqlarının  kobud 

surətdə  pozulması,  beynəlxalq  hüquqi  aktların  –  Cenevrə 

konvensiyası,  Ümumdünya  İnsan  Haqqları  Bəyannaməsi, 

vətəndaş  və  siyasi  hüquqlar  barədə  Beynəlxalq  Sazış, 

Fövqəladə  vəziyyətlərdə  və  hərbi  münaqişələr  zamanı 

qadınların  və  uşaqların  müdafıəsi  Bəyannaməsinə  məhəl 

qoyulmamasıdır. 

Eduard gördü ki, qısa müddət ərzində tarixçi pedaqoqun 

xassiyyəti kəskin dərəcədə dəyişibdir və o, Bakı səfərindən 

sonra  Qarabağ  münaqişə  ilə  bağlı  bir  çox  faktlara 

yiyələnibdir.  Sergey  həmin  faktları  sadalamaqla  bir  növ 

onların insanlığa qarşı törədilən çirkin siyasətini ifşa edirdi. 

Lakin  bütün  bunlara  baxmayaraq  başqalarına  böhtan  atan 

evdəki  ermənilər  hələ  də  öz  həyasızlıqlarını  davam  etdir-

məkdə idilər.  

-  Sergey  Vladimiroviç,  bildiyiniz  kimi  valideynlərim 

Sumqayıtda  yaşayırdılar.  –  deyə  bəraət  qazanmağa  çalışan 

Raisa ev sahibi ilə dayısının arasında gedən əvvəlki söhbət-

dən  bixəbər  kimi,  xəcalət  çəkmədən  dilləndi.  –  Həmin 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə