  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə106/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   102   103   104   105   106   107   108   109   ...   113

                                                     

 

  



                                                                            

                                                    

403 

şəhərdə  yaşayan  türklər  mənim  atamı  öldürdülər,  anamın 



başına  min-bir  müsibət  açdılar,  özümüzü  isə  doğma  ev-

eşikdən didərgin saldılar. 

- Sən heç vaxt özünə belə bir sual verməmisən ki, atanı 

öldürdükləri halda anan necə sağ qalıbdır? – deyə pedaqoq 

həmin an qızı sorğuya tutdu. – Axı, sən həmişə deyirdin ki, 

yerli adamlar minlərlə sizin millətin nümayəndələrini qətlə 

yetiriblər.  

-  Dəqiq  bilmirəm  necə,  amma  eşitdiyimə  görə  o,  başqa 

ermənilərin  evində  gizlənməyə  imkan  tapmışdır.  –  Raisa 

dayısına nəzər sala-sala tərəddüdlə cavab verdi.  

-  Sənin  atanı  elə  ermənilərin  özləri  öldürmüş,  ananı  da 

həmin  canilər  zorlamışdılar  və  onun  sağ  qalmasında  məhz 

azərbaycanlılar  mühüm  rol  oynayıblar.  –  deyə  ev  sahibi 

ekstremist ruhlu qızın diqqətini özünə cəlb edərək qətiyyət-

lə  dilləndi.  –  Kim  də  bilməsə,  dayın  Eduard  həmin  məlu-

matı  dəqiq  bilir.  Həqiqəti  anlamaq  istəmirsənsə,  sən  son 

anda fəlakətlə üzləşəcəksən. 

Söylənilən  ifadələr  qarşısında  pərt  qalan  qız  təəccüb 

dolu  hisslərlə  dayısını  süzməyə  başladı.  Ortaya  bir  arqu-

ment çıxara bilməyən yaşlı erməninin dili-ağzı qurumuşdu. 

Çünki  bu  sözləri  başqa  bir  kəs  yox,  vaxtilə  onun  hər  bir 

kəlməsinə  inanan  rus  ziyalısı  söyləyirdi.  Lakin  buna  bax-

mayaraq,  belə  bir  ifadələr  qarşısında  sudan  duru  çıxmağa 



                                                     

 

  



                                                                            

                                                    

404 

çalışan,  eşitdiyi  sözləri  qulaq  ardına  vuran,  həyasızlığını 



boynuna  alan,  sərt  ittihamlardan  çəkinməyən,  daim  öz 

dediklərini  yeritməyə  öyrəşmiş  Eduard  titrəyən  əllərini 

sıxıb sırtıqcasına dedi: 

-  Sergey  Vladimiroviç,  siz  mənim  xətirimə  dəyirsiniz. 

İki  gün  Bakıda  qalmaqla  siz  heç  bir  şeyi  araşdırmadan 

müsəlmanların  uydurmalarına  inanmısınız.  Bağışlayın 

məni,  əsl xristian belə  bir cəfəngiyyatları iftira saymalıdır. 

Türklər  daim  biz  erməniləri  ləkələməyə  çalışıblar.  Bütün 

dünya bilir ki, biz ermənilər Cənubi Qafqazda vəhşi sayılan 

müsəlmanların  bütün  təzyiqlərinə  sinə  gərərək,  orada  xris-

tianlığı nəinki qorumağa müvəffəq  olmuş, hətta yaymaqda 

da  xüsusi  fəallıq  göstərmişik.  Bu  bizim  minnətdarlığı-

mızdır?  

- Azərbaycanlılar kimi istəsəniz yoldan çıxara bilərlər. – 

deyə  Robert  əsl  millətçi  kimi  öz  millətinin  mövqeyini 

qorumağa  çalışdı.  –  Biz  xristianlar  bir-birimizi  müdafiə 

etməliyik  ki,  müsəlmanlar  başımızın  üstündə  at  oynada 

bilməsinlər. 

-  Deyəsən,  unudursunuz  ki,  mən  tarixçiyəm.  Mənim 

ağlım  var,  həmişə  də  ağlım  ilə  də  hərəkət  edirəm.  Bəzən 

məni  sadəlövlük  və  insanları  yaxşı  tanımamağım  pis 

vəziyyətdə qoyur. Azərbaycanda həqiqəti həm qulaqlarımla 

eşitdim,  həm  də  gözlərimlə  gördüm  və  vaxt  itirmədən 



                                                     

 

  



                                                                            

                                                    

405 

əcnəbi  yazıçıların  həmin  hadisələrlə  bağlı  elmi  ədəbiyyat-



ları  nəzərdən  keçirdim  və  hal-hazırda  da  gecə-gündüz 

həmin  materiallarla  məşğulam.  –  O,  üzünü  yaşlı  erməniyə 

tutub  siddi  halda  sözünə  əlavə  etdi.  -  Amma  etiraf  etməli-

yəm  ki,  vaxtilə  sənin  söylədiklərinin  əksəriyyəti  uydur-

malar imiş.  

- Siz mənim... 

Eduardın  coşmaq  istədiyini  görən  elmlər  namizədi  sağ 

əlinin  hərəkətini  ilə  onun  yerində  qalmasına  işarə  etdi  və 

ara vermədən sözünə davam etmək üçün həmin tərzdə dedi:  

-  Xahiş  edirəm,  yerində  qal  və  sözümü  kəsmə.  Axı, 

əvvəlcədən  dedim  ki,  biz  bir-birimizlə  açıq  söhbət  edəcə-

yik.  


Həmin  vaxt  mən  elə  bilirdim  ki,  həqiqətən  azərbay-

canlılar  türk  emissarlarının  fitvasına  uyaraq,  sizin  millətin 

deportasiyası  ilə  məşğuldur.  Onsuz  da  illər  boyu  mənəvi 

əzab  çəkən  ermənilərin  Bakıdan,  Sumayıtdan  və  digər 

yaşayış  məntəqələrindən  qovulmasına  görə  mən  azərbay-

canlılara  üz  göstərmir,  onlarla  heç  bir  məclislərdə  iştirak 

etmir,  ümumiyyətlə  onlara  qarşı  nifrətim  artmışdı. 

Azərbaycan  xalqının  tarixinə  qara  həriflərlə  həkk  olunmuş 

20-si  yanvara  görə  Mixail  Qorbaçova  və  Sovet  ordusuna 

haqq  qazandırırdım.  Məhz  bu  yaxınlarda  başa  düşdüm  ki, 

mənim şübhələrim və mülahizələrim yanlışdır.   



                                                     

 

  



                                                                            

                                                    

406 

Hər bir insan bu dünyaya gələndə valideyn onun xoşbəxt 



olmasını  arzulayır.  Bunun  üçün  yaxşı  ev-eşik,  münasib  iş 

və  ətrafdakı  insanların  diqqət  və  qayğısı  lazımdır.  Sizin 

millətin  nümayəndələri  Bakı,  Sumaqayıt,  Gəncə  və  başqa 

şəhərlərdə əlverişli yerlərində azərbaycanlılardan yaxşı ev-

eşiklərə, milis və prokurorluq orqanlarında, bütün nazirlik-

lərdə,  rayon  icraiyyə,  partiya  komitələrində,  Mərkəzi 

Komitədə yüksək vəzifələrdə işlə təmin olunmuş və onlara 

həddindən  artıq  hörmət  bəslənilirdi.  Qarabağın  ən  səfalı 

yerləri  sizlərə  verilmişdi  ki,  heç  bir  şeydən  narazı 

qalmayasınız.  Sizin  millət  isə  bununla  razılaşmayıb  onlara 

qarşı silahlı münaqişəyə başladı. Müsəlmanların elə Bakıda 

yaşadıqları  qəsəbələri,  Qarabağdakı,  Ermənistandakı  yaşa-

yış  məntəqələri  və  tutduqları  vəzifələrini  üzə  çıxardanda, 

onda başa düşdüm ki, burada ədalət kobud surətdə pozulub-

dur.  Anlaya  bilmirəm  ermənilər  niyə  belə  yaxşılıqları 

unudurlar? Yoxsa, onlara bütün bunlar azlıq edibmiş? 

-  Türklər  ev-eşiklə,  verdikləri  vəzifələrlə  başlarımızı 

qatmaq istədilər, - deyə hirsindən partlayan Eduard bir badə 

araq içib həyasız halda təkzib bildirməyə başladı.  - biz isə 

öz sayıqlığımızı itirmədik.  

Sergey  Vladimiroviç,  sizin  iradlarınızın  heç  bir  əsası 

yoxdur.  Ona  görə  ki,  biz  öz  müstəqilliyimiz,  azadlığımız, 

torpaqlarımızın  geri  qaytarıl-ması  uğrunda  mübarizəyə 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə