  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə109/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   105   106   107   108   109   110   111   112   113

                                                     

 

  



                                                                            

                                                    

415 

Sergey Vladimiroviç, siz mənim millətimi təhqir etmək-



lə mənim şəxsiyyətimə  toxunursunuz.  Başqa adam olsaydı 

mən onu əlil olana qədər şil-küt edərdim. Təəssüflər olsun 

ki... 

-  Sən  kimsən  axı,  müasir  sivilizasiyanı  qurub-yaradan 



erməniləri təhqir edirsən? – deyə kifayət qədər kefli olan və 

ayaq  üstə  ləngər  vuran  Robert  yumruqlarını  sıxaraq  ikrah 

hissi ilə dilləndi. – Bu sözlərə görə səni nəslin qarışıq yox 

edərəm.  

-  Qarabağda  etdiyiniz  quldurluğu  mənim  evimdə  etmək 

istəyirsiniz?  –  deyə  səsini  qaldıran  Sergey  hiddətləndi.  – 

Düz sözə tab gətirmirsiniz?  

Öldürülmüş  uşaqların  cəsədlərinin  iyi  gələn  ziyalısının 

əsəri ilə fəxr edən bir millətə, - “tfu” deyərək lənətləyirəm.   

-  Bu  artıq  ağ  oldu.  –  deyə  daha  da  qəzəblənən  Eduard 

həyasızcasına qışqırdı. – Mənə yaşamaq üçün ev vermisiniz 

deyə,  kefiniz  istədiyiniz  şəkildə  təhqir  etməlisiniz.  Kefli 

olduğunuza görə ağınıza nə gəldi danışırsınız.  

-  Hamı  bilir  ki,  mən  qədərində  içir  və  heç  vaxt  da 

keflənməmişəm. – deyə ev sahibi qətiyyətlə dilləndi.  

-  Mənim  də  özümə  görə  qürurum  var  və  təhqir  olun-

mağımı  heç  cürə  qəbul  edə  bilmərəm.  –  Eduard  əvvəlki 

tərzdə  fikrini  bildirdi.  –  Guya  ruslar  türklərin  qanını  axıt-

mayıblar? 



                                                     

 

  



                                                                            

                                                    

416 

-  Biz  türklərlə  müharibə  aparmış  və  heç  vaxt  dinc 



əhaliyə qarşı ekzekusiya tətbiq etməmişik. – Sergey əlində 

olan  kağızları  yuxarı  qaldırıb  əsəbi  halda  dilləndi.  –  Çox 

təəssüflənirəm  ki,  bizimkilər  erməniləri  müdafiə  etməklə, 

onlara  yaşamaq  üçün  yer  ayırmaqla  özümüzə  çoxsaylı 

düşmənlər qazandıq.  

- Bizim millət olmasaydı, Qafqaz çoxdan türklərin və ya 

iranlıların  olardı.  –  deyə  Qarabağda  törədilən  cinayətlərə 

bəraət qazandırmağa çalışan yaşlı erməni israrla dilləndi. – 

Milli  ideologiyamızın  əsas  şərtlərindən  biri  odur  ki,  öz 

torpaqlarımızı  türklərdən  azad  edib,  onları  bir  millət  kimi 

yer üzündən silək. Katolikos da bu ideyanın gerçəkləşməsi 

üçün öz xeyir-duasını veribdir. 

-  Əgər,  sizin  millətin  kilsə  başçısı  terroru,  qətliamları, 

soyqırımları  dəstəkləyirsə  siz  kanniballardan  da  beşbetər-

siniz. – deyə ev sahibi daha da coşdu və qapıya tərəf gedib 

əlini  dəstəkdən  tutaraq  qəzəblə  sözünə  əlavə  etdi.  –  Faşist 

ideologiyasından  seçilməyən  bir  ideologiya  ilə  öyünən  bir 

millətin  nümayəndələrinin  mənim  evimdə  olması  mənim 

üçün  qəbahətdir  və  bundan  sonra  mən  sizin  kimiləri  heç 

vaxt yaxınıma buraxmayacağam.  

-  Bundan  sonra  sözlərinizə  hədd  qoymasanız  aramızda 

böyük narazılıq yaranacaq. – deyə Robert də araya girdi. – 

Bakıya  gedib  türklərin  ağızdolusu  uydurmalarından  sonra 



                                                     

 

  



                                                                            

                                                    

417 

siz  bizi  təhqir  etməklə  məşğulsunuz.  Bir  xristian  kimi 



müsəlmanları müdafiə etmək sizə başucalığı gətirməz. 

-  Robert,  mənim  evimdə  oturub  mənə  hədə-qorxu  gəl-

mək,  sənin  yaramaz  olduğundan  xəbər  verir.  –  deyə  əsəb 

içərisində boğulan ev sahibi daha da hiddətləndi və qapını 

açaraq həmin tərzdə əlavə etdi. – Türklər nə qədər yalançı 

olsalar  da,  onlar  həmin  sahədə  sizin  millətə,  xüsusən  də 

Edikə çata bilməzlər. İndi isə mənim evimi tərk edin. 

Bu  dəfə  Eduard  əmisi  oğlunu  qabaqlayaraq  ev  sahibin-

dən sözlərinə hədd qoymasını tələb etdi. Hər iki qohum az 

qala tarixçi pedaqoq qarşı güc də tətbiq edəcəkdilər. Lakin 

onların hədə-qorxusuna heç bir əhəmiyyət verməyən elmlər 

namizədi  zala  keçib  əli  ilə  çöl  qapısını  göstərərək  təkidlə 

dedi:  

-  Sizə  dedim  axı,  hamınız  evimi  tərk  edin.  Edik,  sənin 



üçün aydınlıq olsun deyim ki, iki gün ərzində qaldığın evi 

tərk  edib  açarları  mənə  təhvil  verməlisən.  Həmin  evdə 

sənin kimi yalançı yox, əsl qaçqınlar qalıb öz güzəranlarını 

bir qədər yaxşılaşdırmalıdırlar.  

Ev sahibinin bu tələbi Eduardı və onun qohumlrını tama-

milə rüsvay etdi. Belə bir təhqirə dözmək istəməyən Robert 

yumruğunu  sıxıb  Sergeyi  vurmaq  istədi,  lakin  son  anda  o, 

bir  qədər  aralıda  Nizamini  görüb  –  “araya  düşmənçiliyi 




                                                     

 

  



                                                                            

                                                    

418 

salan,  bu  türkdür”  deyərək,  ləngər  vura-vura  həmin  səmtə 



yollandı.  

Vəziyyətin gərginləşməsini istəməyən Yelizaveta qarda-

şı  ilə  birlikdə  onun  qabağını  kəsib,  fiziki  zor  tətbiq  etmə-

məsini  tələb  etdilər.  Lakin  buna  baxmayaraq  Robert 

hücumunu  davam  etdirmək  üçün  onları  kənar  itələdi.  Bu 

məqamda ev sahibinin qızı tarazlığını saxlamayaraq, arxası 

üstə yerə sərildi. Gözlərini qan bağlamış kefli erməni qızın 

yıxılmasına  əhəmiyyət  vermədən  Nizamiyə  yaxınlaşdı  və 

ona var gücü ilə yumruq zərbəsi endirdi. 

Hamıdan ayıq olan azərbaycanlı tələbə özünü  sığortala-

maq  üçün,  boksçulara  xas  olan,  ani  məqamda  aşağı  əyilib 

təzədən qalxmaq fəndini işlətdi. Zərbəsi boşa çıxan erməni 

yerində  fırlanaraq  böyrü  üstə,  yenicə  ayağa  qalxmış 

Yelizavetanın ayaqları altına yıxıldı. Robert ayağa qalxmaq 

istəyəndə,  kefli  olduğundan  tarazlığını  itirib  bir  daha  yerə 

sərildi,  lakin  bu  dəfə  onun  başı  yemək  masasının  küncünə 

dəyərək,  möhkəm  zədələndi.  Erməni  kommersantının 

başından açılan qan yeri bulayanda, o biri qohumlar qışqır-

bağır  salaraq,  Nizaminin  üstünə  yeridilər.  Heç  bir  təqsiri 

olmayan  azərbaycanlı  tələbə  çaşqınlıq  içərisində,  onları 

özündən kənarlaşdırmağa başladı.  

İşi  belə  görən  Sergey  gənc  oğlanın  müdafiəsinə  qalxa-

raq,  həyasızlıq  edənlərdən  evini  tərk  etməsini  tələb  etdi. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə