  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə112/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   105   106   107   108   109   110   111   112   113

                                                     

 

  



                                                                            

                                                    

427 

həyat yolu erməni xalqının taleyinin bir hissəsidir və demək 



olar ki, o, xoşbəxt anların nə olduğunu bilmir.  

Daha sonra Mesrop Sergeyin qulağını qabar edən Eduar-

dın  uydurduğu  həyatının  müəyyən  dövrünü  nəql  edərək, 

masa arxasında olanları həmin iftiralı həyatla bezikdirdi. Ev 

sahibi  təngə  gələrək  onun  sözünü  kəsdi  və  başını  dik 

tutaraq ciddi halda dedi: 

-  Dünyada  ruslar  kimi  fiziki  məhrumiyyətlərə  məruz 

qalan  ikinci  xalq  tanımıram.  XIII  əsrdən  başlayaraq  mon-

qollar,  isvec  və  alman  cəngavərləri,  polyaklar,  Osmanlı 

türkləri,  XII  Karlın  isveç  ordusu,  II  Fridrixin  Prussiyası, 

Napoleon  Fransası,  başda  Avstriya-Macarıstan  olmaqla 

üçlər  ittifaqı,  Hitler  Almaniyası  ölkəmizə  daxil  olaraq, 

burada total qırğınlar törətmişdilər. Lakin buna baxmayaraq 

biz həmin xalqlara qarşı nifrət hissi bəsləmirik. 

Siz  əminsiniz  ki,  Eduardın  taleyi  erməni  xalqının  taleyi 

kimi eyni oxşarlıq təşkil edir? 

-  Elə  bir  taleyi  demək  olar  ki,  hər  bir  erməni  vətəndaşı 

yaşayıbdır  və  bütün  varlığımız  ilə  başımıza  gələn  müsi-

bətləri  bütün  dünya  istimaiyyətinə  çatdıracayıq.  Əks  təq-

dirdə başımıza gələn müsibətlər bir daha təkrarlana bilər.  

-  Əgər,  hər  bir  erməni  Eduard  kimi  ağır  həyat  tərzi 

yaşayıbdırsa, onda ümumiyyətlə, ermənilərin belə bir həyat 

sürməsi məndə şübhə doğurur. – Sergey istehza ilə dilləndi. 



                                                     

 

  



                                                                            

                                                    

428 

–  İş  ondadır  ki,  onun  kimi  frıldaq,  dələduz,  aferist  adamla 



mən heç vaxt rastlaşmamışam. O, daim qarşımda ağlamaqla 

özünü  məzlum  adam  kimi  təqdim  etməyə  çalışıbdır. 

Halbuki məzlum yox, miskin bir ünsür imiş. 

-  İnciməyin  məndən,  amma  imkan  vermərəm  ki,  kimsə 

mənim  yanımda  hüquqları  tapdalanmış  həmyerlimi  ən  sərt 

ifadələrlə  təhqir  etsin.  –  deyə  başını  narazı  halda  yellədən 

Mesrop emosonal halda dilləndi və üzünü sahə müvəkkilinə 

tərəf tutaraq, işlədilən təhqirlərin qeydə almasını tələb etdi. 

Lakin  mövzunun  dəyişməsinə  imkan  verməyən  pedaqoq 

səbirsizliyini nümayiş etdirərək, ciddi halda dedi:   

-  Mənim  sözümü  kəsməyin.  Canıma  yığılan  sözləri 

söyləməsəm  ürəyim  partlayar.  Mən  adını  çəkmək  istəmə-

diyim həmin çirkin ünsürə uzun müddət hörmət edərək, onu 

ailəsi  ilə  birlikdə  səfalətdən  qurtardım.  Lakin  bütün  bu 

hörmətin  müqabilində  o,  həyasızcasına  məndən  120  min 

dollar tələb edir. həmin əclaf düşünür ki, məni də azərbay-

canlılar kimi şərləyə bilər.  

Məzum  insanlara  qan  udduran,  onları  fiziki  cəhətcə 

məhv edərək əmlakını mənimsəyən, öz həmyerlilərini alda-

daraq  pullarını  oğurlayan,  ümumiyyətlə  Qarabağda  qatil 

kimi  tanınan  həmin  canini  müdafiə  edənlər,  birdəfəlik 

anlamalıdırlar  ki,  onun  kimiləri  başqalarını  şərləyərək  pul 




                                                     

 

  



                                                                            

                                                    

429 

tələb  etmək  yox,  qatil  kimi  dəmir  barmaqlıqlar  arxasında 



saxlanılmalıdır. 

-  Hər  kəs  özünü  müdafiə  etmək  üçün  belə  bir  absurd 

fikirlər  söyləyir.  –  deyə  ev  sahibinin  sözlərinə  əhəmiyyət 

vermək  istəməyən  diaspora  nümayəndəsi,  özünü  arsızlığa 

qoyaraq, həqiqəti qulaq ardına vumaqdan çəkinmədi. – Siz 

məsuliyyət  hiss  etmədən  mənim  həmyerlimi  təhqir  edir-

siniz.  

Eduard  Muradyanın  ailəsi  başqa  erməni  ailələri  kimi 

Qarabağda  xəsarət  alan  ailə  sayılır.  Heç  bilisiniz  azərbay-

canlılar onların neçə ailə üzvünü qətlə yetiriblər? Bir bacısı 

isə  indiyədək  Bakıda  girovluqda  saxlanaraq,  ağır  işgəncə-

lərə məruz qalır.   

-  O,  belə  bir  rəvayəti  qoşmaqla  böyük  fırıldaqçı 

olduğunu sübuta yetiribdir. – deyə pedaqoqun dodaqlarında 

acı  təbəssüm  sezildi  və  o,  bir  qədər  ara  verəndən  sonra 

Muradyanlar  ailəsinin  demək  olar  ki,  hər  bir  üzvünün 

tarixçəsini millətçi erməniyə danışdı. 

Mesrop  həqiqət  dolu  ifadələri  eşitdikdə  sir-sifətini 

əyərək, bütün bunların uydurma olduğunu bəyan etdi. Onun 

fikirlərinə  heç  bir  əhəmiyyət  verməyən  pedaqoq  gözlərini 

bərəldərək, hiddətlə dedi:  

-  Mən  hələ  də  başa  düşmürəm,  siz  ermənilər  üçün 

həqiqət nəydən ibarətdir? Bütün hərəkətləriniz üzdə ola-ola 



                                                     

 

  



                                                                            

                                                    

430 

yenə  də  həqiqəti  inkar  etmək  istəyirsiniz.  Onu  bilin  ki, 



xristian pərdəsi altında belə bir qeyri-insani hərəkətlərlə siz 

bütün sivil dünyadan təcrid oluna bilərsiniz. Ümumiyyətlə, 

sizin kimilər müqəddəs amalın nə olduğunu azacıq da olsun 

anlamır.  

- Deməli, biz öz haqqımızı tələb edəndə, siz bunu qeyri-

insani  hərəkət  kimi  qəbul  edirsiniz?  –  deyə  özünü  təhqir 

hesab edilən diaspora nümayəndəsi həyasızcasına soruşdu. 

-  Haqqınız  nəydən  ibarətdir?  –  deyə  əsəbləri  tarıma 

çəkilən ev sahibi qəzəbli halda sual verdi. – Qarabağda dinc 

insanları  amansızcasına  qətlə  yetirmək,  onların  varidatını 

və torpaqlarını ələ keçirmək sizin haqqınızdır? 

-  Yoldaş  pedaqoq,  birincisi  bizi  dədə-baba  torpağımız 

sayılan Qarabağda  azadlıq müharibəsi gedirdi.  Bu  mühari-

bədə  bizim  soydaşlarımız  müdafiə  olunmaq  üçün  silahdan 

istifadə etməli olmuş və bununla da türkləri layiqincə məhv 

etmişdilər. Bu, nəinki bizim, ümumilikdə xristian dünyası-

nın müsəlmanlar üzərində qələbəsi deməkdir və buna görə 

də  bir  çox  dövlətlər  və nüfuzlu  təşkilatlar  hərtərəfli  olaraq 

bizi dəstəkləyirlər.  

-  Xristian  dini  buyurmayıbdır  ki,  başqa  dindən  olan 

bəndələrin  hamısı  ucdantutma  fiziki  cəhətcə  məhv  edilsin. 

Eduard kimi mənfur adamı müdafiə etdiyinizə görə sizə bir 

neçə sualım olacaq. Birincisi, Xocalıda öldürülən uşağın nə 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə